BAKI,AzerVoice
Bu gün İstanbulun fəth günüdür... Zəfərin mübarək olsun TÜRK islam dünyası
İstanbuldan qaçanların Egey adalarına çatmasından sonra şəhərin fəth olunduğu xəbəri hər yerə yayıldı. Məktublar yazılaraq sürətli gəmilərlə Venesiya senatına və papaya göndərildi. Xəbər 29 iyun axşamı İtaliyaya çatmışdı.
Məktub senatda oxunduqda salonu dərin bir sükut bürüdü. Senat üzvləri qorxu və təəccüblə bir-birilərinə baxdılar. Ağılar, fəryadlar ard-arda gəldi. Bəziləri saçını yolur, bəziləri sinəsinə yumruq vururdu. Xristian dünyası hələ bu gün belə tam unuda bilmədiyi bir şoka düşmüşdü. Heç kim bu hadisəyə inana bilmirdi.
Bəziləri Bizansa yardım edilmədiyinə görə Avropadakı xristian dövlətlərini ittiham edir, digərləri isə bunun Bizanslıların günahlarının nəticəsi olduğunu deyirdilər. Xəbər yayıldıqca hər yerdə yeni bir Səlib yürüşü ideyası meydana çıxdı. Xəbər papa V. Nikolausa çatdıqda o, “Bu, xristianlığın rüsvayçılığıdır!” deyə qışqırmışdı. Əvvəldə, xüsusilə papa olmaqla bir neçə il birlik təmin etməyə çalışsalar da, nəticə əldə edə bilmədilər.
İtaliyadan Serbiyaya qədər hər kəs növbənin onlara çatdığına inanır və qorxurdu. Vaizlər şəhərləri dolaşaraq xalqı məlumatlandırırdılar. Onlar deyirdilər ki, insanların günahlarına görə Şərqi Roma imperiyasının paytaxtı türklərin əlinə keçdi və əgər insanlar dinə dönməzsə, Fateh Roma şəhərinə qədər gələcək.
İstanbulun türklər tərəfindən fəth olunması xristian dünyasında çoxlu ağıların yazılmasına səbəb oldu. Xristianlar İstanbulun türklərin əlinə keçməsini Romalıların Qüdsü viran etməsi, Hz. İsanın çarmıxa çəkilməsi və dünyanın sonu kimi bəşəriyyət tarixinin böyük fəlakətlərindən biri olaraq qəbul etdilər.