Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Azərbaycan qazı Suriyanın enerji təchizatını 2 dəfə artıracaq - Suriya

    2 Avqust 2025 09:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Suriya Energetika Nazirliyinin Korporativ Əlaqələr müdiri Əhməd Süleyman bildirib ki, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılması ilə ölkədə elektrik enerjisi istehsalı əhəmiyyətli dərəcədə artacaq və gündəlik elektrik verilişi 10 saata qədər yüksələcək.

    AzerVoice xəbər verir ki, 14 illik müharibədən sonra yenidənqurma mərhələsinə qədəm qoyan Suriyada enerji infrastrukturunun böyük ölçüdə dağıldığını vurğulayan Süleyman, bu sahədə bərpa işlərinə ciddi səy göstərildiyini qeyd edib.

    Hazırda ölkənin elektrik istehsal gücünün 1500–2000 meqavat arasında olduğunu deyən Süleyman əlavə edib ki, “24 saat fasiləsiz enerji təminatı üçün təxminən 7000 meqavat gücə ehtiyac var. Yenidənqurma və sənaye istehsalının artması ilə bu ehtiyac 14-15 min meqavata qədər yüksələcək.”

    Süleymanın sözlərinə görə, Azərbaycandan gələn və Türkiyə üzərindən nəql olunan gündəlik 3,4 milyon kubmetr təbii qaz bu gündən etibarən Suriyaya çatacaq.

    “İstehsal gücünün 2500–3000 meqavata çatdırılması ilə elektrik verilişi indiki gündəlik 4 saatdan təxminən 10 saata yüksələcək. Qaz axını şənbə günü başlayır, xalq bu artımı bazar və ya ən geci bazar ertəsi günü hiss edəcək,” – deyə o bildirib.

    Əhməd Süleyman ilk mərhələdə qazın Hələbdəki elektrik stansiyasına yönləndiriləcəyini, növbəti mərhələlərdə isə bu qazın Hama və Humsdakı stansiyalara da çatdırılmasının planlaşdırıldığını qeyd edib. O əlavə edib ki, Türkiyə tərəfdəki təzyiq vəziyyətindən asılı olaraq ölkənin cənubundakı digər elektrik stansiyaları da bu qazdan faydalana bilər.

    #Suriya #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya siyasi həll #Suriya daxili siyasət #Suriya əməliyyatları #Türkiyənin Suriya siyasəti #Suriya-Azərbaycan münasibətləri #Suriya-Azərbaycan təbii qaz layihəsi #Azərbaycan-Türkiyə-Suriya təbii qaz layihəsi #Suriya Azərbaycan münasibətləri #Əhməd Süleyman
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Suriya ərazi bütövlüyünü və sabitliyini dəstəkləyir - Ərdoğan

    8 Dekabr 2025 16:46

    ABŞ Suriyada yeni hökuməti dəstəkləmək üçün sanksiyaları azalda bilər

    8 Dekabr 2025 12:45

    Suriya xalqının iradəsi dəyişimin mümkün olduğunu sübut etdi - Quterreş

    8 Dekabr 2025 09:51

    12 Gündə Dağılmış Yarım Əsrlik Güc: Rejim Getdi, Suriya Yenidən Doğdu

    8 Dekabr 2025 09:00

    Kanada Suriyanı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxardı

    6 Dekabr 2025 11:57

    BMT Təhlükəsizlik Şurası 14 İldən Sonra İlk Dəfə Suriyaya Səfər Edib

    4 Dekabr 2025 14:40

    Suriya Colanın tamamını geri almaq haqqını təsdiqlədi

    3 Dekabr 2025 10:35

    Suriya Prezidenti ABŞ-ın xüsusi təmsilçisi ilə görüşüb

    2 Dekabr 2025 12:31

    Dirçəliş Hələbdən başladı – Prezident Əhməd əş-Şəraa

    1 Dekabr 2025 15:32

    Suriya Aralıq dənizi əməkdaşlıq forumunda iştirakını bərpa edib

    1 Dekabr 2025 14:47

    Suriya ərazisində İsrail qüvvələrinin hərbi fəaliyyəti artıb

    1 Dekabr 2025 14:05

    İran İsrailin Suriyaya hücumlarını pisləyib

    29 Noyabr 2025 13:45
    Demo
    XƏBƏR LENTİ

    Tramp, Avropanı Putinə satır - İngiltərəli siyasətçi

    Tarixdə bu gün – 9 Dekabr

    Prezident İlham Əliyev: Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır

    ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb

    İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub

    Türkiyə və Macaristan arasında ticarət həcmi 10 milyard dollara yüksəlib

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Devin qəsrində olublar

    Netanyahu Tramp ilə dekabrın 29-da Qəzza atəşkəsinin növbəti mərhələsini müzakirə edəcək

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Azadlıq Qapısı abidəsini ziyarət ediblər

    Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.