Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Səhabə həyatı

    Əmmar ibn Yasir: Hicrətdən Şəhadətə Uzanan Bir Həyat

    3 Aprel 2025 14:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Əmmar ibn Yasir (37/658-ci ildəvəfat etmişdir) Məhəmməd peyğəmbərin ən məşhur səhabələrindən biri olmuşdur. Onun atası əslən Yəmənli idi. O, Məkkəyə hicrət etdikdən sonra onun Əmmar adında oğlu doğulmuşdur. O, İslamı ilk qəbul edənlərdən olmuşdur.

    Əmmar ibn Yasir Ərqəmin evində müsəlmanların yığıncaqlarında iştirak etmişdir. Onunla birlikdə ata və anası da İslamı qəbul etmişdirlər.

    Buna görə də o, ailəsi ilə birlikdə qüreyşlilərin təqiblərinə məruz qalmışdır. Ancaq, onun və ailəsinin durumu daha ağır idi.

    Çünki, onun atası məkkəli deyil idi, anası isə məhzümilər qəbiləsinin qulluqçusu olmuşdur. Buna görə də, onun sahibləri bu ailəyə onları İslamdan imtina etmək üçün təzyiqlər edirdilər. Ancaq, müsəlmanların inancı çox güclü olduğundan onlar bütün bu təzyiqlərə dözərək bu işgəncələri bir sınaq hesab edirdilər. Əmmar və yaxınları bütün bunlara sinə gələrək İslamdan dönmədilər.

    Heç bir şey əldə etməyən qureyşlilər isə öncə Əmmarın anası Sümeyyəni, sonra isə onun atasını öldürdülər. Buna səbəbdən də Sümeyyə İslam tarixində inancı uğrunda ilk şəhid olmuş qadındır.

    Bütpərəstlər Əmmara da ağır işgəncələr vermişdirlər.

    Təqiblərdən qurtulmaq üçün Mədinəyə hicrət edən ilk müsəlmanlardan biri də Əmmar olmuşdur. Orada o, İslamın güclənməsi üçün bütün fəaliyyətlərdə iştirak etmiş, Bədrdən Təbuk döyüşünə qədər bütün müharibələrdə İslam ordusunun sıralarında döyüşmüşdür.

    Xəlifə Əbu Bəkrin xəlifəliyi dövründə Əmmar Yəmmamədəki dindən çıxmış ərəb qəbilələrinə qarşı müharibədə iştirak etmişdir. İkinci Raşidi xəlifə Ömər isə onu Kufə valisi vəzifəsinə təyin etmişdir. Bu vəzifədə o təxminən iki il işləmiş, sonra onun yerinə Əbu Musa Əşari keçmişdir.

    Üçüncü Raşidi xəlifə Osmanın dövründə Əmmar onun ən inandığı şəxslərdən biri olmuşdur. Osmanın göstərişi ilə o, Misirə gedib oradakı siyasi durumu öyrənmiş, bu bölgədə başlayacaq üsyan xəbərini xəlifəyə çatdırmışdır.

    Dördüncü Raşidi xəlifə Əlinin dövründə isə Əmmar onun xəlifəliyini tanımış və Xilafətdə başlayan daxili savaşda onun ordusunda vuruşmuşdur. O, Süffeyn döyüşündə həlak olmuşdur.

    #İslam irsi #Səhabə həyatı #İslam tarixi #İslam mədəniyyəti #Azərbaycan İslam ensiklopediyası #Məkkədə İslam irsi #Əmmar ibn Yasirin həyatı #İslamın ilk şəhid qadını Sümeyyə #Peyğəmbərin səhabələri #Raşidi xəlifələr dövrü #Süffeyn döyüşü tarixi #Kufə valisi Əmmar #Bədr döyüşündə iştirak edənlər #İslam tarixi şəxsiyyətləri #İlk müsəlmanlar #Əmmar ibn Yasirin şəhid olması #Əbu Bəkr dövrü döyüşləri #Ömər ibn Xəttab və Kufə #Osman ibn Affan dövründə Misir #Əli ibn Əbu Talibin tərəfdarları #Əmmar ibn Yasir kim olmuşdur? #Əmmar ibn Yasir necə şəhid olmuşdur? #Əmmar ibn Yasirin ailəsi İslamı nə vaxt qəbul etdi? #Əmmarın anası Sümeyyə kimdir və necə öldürüldü? #İlk şəhid qadın kimdir?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İslamın Ən Böyük Komandanı: Xalid ibn Vəlidin Həyatı və Qazandığı Savaşlar

    31 Yanvar 2026 22:00

    Səlib Yürüşlərində Tibb Möcüzəsi: Müsəlman Həkimlər Xristian Kralları Necə Müalicə Edirdi?

    31 Yanvar 2026 18:56

    İslamda xəstələr üçün asanlıq: Üzrlü şəxslərin dəstəmaz və oruc hökmləri

    25 Yanvar 2026 18:30

    İslam məzhəbləri tarixində vasililik cərəyanı nədir?

    10 Yanvar 2026 13:34

    İslam sivilizasiyasında yoluxucu xəstəliklərə yanaşma: elm, inanc və sosial məsuliyyət

    4 Yanvar 2026 18:00

    Bir salam, bir dua, bir vida: İslamda müsəlman qardaşlığının dərin mənası

    4 Yanvar 2026 12:00

    Səlib yürüşləri dövründə tibb: Müsəlman həkimləri və Qərbin böhranı

    31 Dekabr 2025 14:06

    Müsəlman İspaniyasında tibb elminin inkişafı və şərq–qərb elmi Əlaqələri

    31 Dekabr 2025 09:00

    Şeyx Səlahəddin Həsən ibn Ömər Bulğari Naxçıvani

    28 Dekabr 2025 13:50

    İslam Hüquq Təfəkküründə İlk Böyük Metodoloji Ayrım: Əhl-i Rəy və Əhl-i Hədis

    19 Dekabr 2025 09:43

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    Məkkə: Kəbənin yerləşdiyi müqəddəs şəhərin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    24 Noyabr 2025 20:00
    Demo
    XƏBƏR LENTİ

    Sovet Cənnəti" Mifinin Sonu: SSRİ Haqqında İnancınızı Sarsıdacaq 33 Acı Həqiqət

    Hindistan İranın əvəzinə Venesuela nefti alacaq – Tramp

    Yuxuda uşaq görməyin mənası: qız, oğlan və ağlayan uşaq

    Epşteyn Mossad agenti olub? İddialar istintaq materiallarında yer alıb

    Bu gün Ayətulla Xomeyni 15 illik sürgündən sonra içində İrana qayıtdı

    Bu gün Qrinzboroda ABŞ-da vətəndaş hüquqları tarixində dönüş nöqtəsi olan “oturaq etiraz” hərəkatı başladı

    Robert Kolleci idarəçisi Epşteynə məktubunda Türkiyənin mühafizəkarlığını şikayət edib - Türkiyə KİV

    Azad Cammu Kəşmirin prezidenti Sultan Mehmud Çaudri vəfat edib

    Tarixdə bu gün - 1 fevral

    Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olundu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.