Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    SEPAH niyə Suriyanı tərk etdi? Sızdırılan detallar və şok dialoqlar

    8 Dekabr 2025 10:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVocie Analitik Təhlil Mərkəzi

    İranın əsas müttəfiqi olan Bəşşar Əsədin 8 dekabr 2024-cü ildə devrilməsindən bir il keçib. Buna baxmayaraq, Suriyada İranın necə və hansı mexanizmlə geri çəkilməsi məsələsi hələ də maraq doğurur . Bir il əvvəl Suriyanın hazırkı prezidenti Əhməd əl-Şəraanın rəhbərlik etdiyi islamçı fraksiyalar Şimal-Qərbdən sürətli və gözlənilməz hücumla Dəməşqə daxil olmuş və cəmi bir neçə gün ərzində ölkəni yarım əsrdən çox idarə edən Əsəd rejimini devirmişdilər.

    2011–2024-cü illər arasında davam edən münaqişə dövründə İran Əsədin ən güclü siyasi-hərbi dayağı idi. İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Suriyaya hərbi məsləhətçilər və bölmələr yerləşdirmiş, eyni zamanda ona sadiq qüvvələr olan Livan Hizbullahı, həmçinin İraq və Əfqanıstan qruplaşmaları Suriya ordusunu dəstəkləmişdilər. Bu qüvvələr strateji cəbhələrdə əsas döyüş yükünü daşıyırdı.

    Dəməşqdə SEPAHa bağlı bir mərkəzdə çalışan keçmiş Suriya zabiti (təhlükəsizlik səbəbi ilə adı açıqlanmır) deyir ki, o, 5 dekabr 2024-cü ildə İran komandanlığından “təcili və vacib əməliyyat iclasına dair” göstəriş alıb.

    6 dekabr səhəri Mazzə-Vilat Şərqiyyə bölgəsindəki əməliyyat qərargahına gələn zabit burada dəhşətli xəbər eşidib: həmin vaxt İran qüvvələrinin komandanı kimi tanınan “Hacı Əbu İbrahim” bütün Suriya zabit və döyüşçülərinə elan edib və bildirib ki, “Bu gündən sonra Suriyada İran İnqilab Keşikçiləri olmayacaq. Biz gedirik.”

    İranlı komandanın göstəriş verib ki, kritik sənədlər dərhal yandırılsın, bütün kompüterlərin yaddaş qurğuları çıxarılsın,şəxsi məlumatlar məhv edilsin.

    “Hər şey bitdi. Artıq sizə cavabdeh deyilik. Bir neçə günə mülki şəxsiyyət vəsiqələriniz sizə çatdırılacaq.”-deyə Hacı Əbu İbrahim deyib.

    Adı açıqlanmayan zabit deyir ki, “Hiss olunurdu ki, hər şey əvvəlcədən planlaşdırılıb. Amma bizim üçün tam şok oldu.”

    İki keçmiş Suriya səfirlik əməkdaşı da bildirir ki, İranın Dəməşqdəki konsulluğu 5 dekabr axşamı tamamilə boşaldılıb. Diplomatik heyət həmin gecə Livanın paytaxtı Beyruta yollanıb. Suriyalı işçilərə isə “evdə qalmaq” göstərişi verilib və onlara üç aylıq maaş əvvəlcədən ödənilib.

    Bəzi suriyalı əməkdaşlar eyni zamanda İran vətəndaşı da olduqları üçün iranlı zabitlərlə birlikdə ölkəni tərk edib.Növbəti gün səfirlik binası və bütün İran hərbi-məhkəmə strukturları tam boş vəziyyətdə olub.

    Hələb — İran ordusunun ən böyük itkisi

    Suriyanın Müdafiə Nazirliyindən polkovnik Məhəmməd Dibbu deyir ki, “Hələb süqut etdikdən sonra İran başqa heç bir döyüş cəbhəsində döyüşmədi.” Onun sözlərinə görə, hücumun ilk günlərində HTŞ-yə bağlı “inqimasi” qruplar iranlı hərbçilərə ağır itkilər verib.

    İran qoşunlarının əsas dayaqları Qərbi Hələb, Nubl–Zəhra xətti, Hələb aerodromu və cənub kəndləri olub.

    İran mediasının məlumatlarına görə, noyabr 2024-də Hələbdə yüksək rütbəli SEPAH zabiti Sərdar Pur Haşimi öldürülmüş və dəfni Tehranda böyük mərasimlə keçirilmişdi.

    “Onların Hələbdəki qərargahlarına daxil olanda masaların üstündə İran zabitlərinə aid pasportlar, şəxsiyyət sənədləri qalmışdı. Çıxarmağa belə vaxtları olmayıb.”-deyə Polkovnik Dibbu bildirib.

    Frans Press-in jurnalistləri tərəfindən tərk edilmiş hərbi məntəqədə tapılan divar yazıları arasında Hizbullah şüarları və İsrail bayrağını iki yerə ayıran qılınc təsviri də olub.

    Polkovnik Dibbu bildirir ki, Hələb süqutundan dərhal sonra 4000-ə yaxın iranlı döyüşçü Rusiya ordusunun nəzarətində olan Hmeymim aviabazasından təxliyə edilib, digərləri isə canlarını qutarmaq üçün Livan və İraqa qaçıb.

    8 dekabr səhərində Livan Hizbullahının sahə komandirlərindən biri AFP-yə bildirib ki, :“Hizbullah öz döyüşçülərinə Hums və Dəməşq ətrafındakı mövqeləri tərk etməyi əmr etdi.”

    İranın dəstəklədiyi qruplar ən çox Mazzə, Zeynəb məqbərəsi, Dəməşq aeroportu, Livan sərhədi, İraq sərhədində cəmlənmişdi. Uzun illər ərzində İran Suriyada ölkə ordusu ilə birgə bazalar qurub, silah anbarlarını idarə edib, qruplaşmaların təlimini təmin edib.

    Bu obyektlərin çoxu son illərdə İsrail aviazərbələri ilə dağıdılıb. İsrail dəfələrlə bildirib ki, sərhədləri yaxınlığında İran meyilli qrupların “qurulmasına icazə verməyəcək”.

    #İranın Suriyadan Geri Çəkilməsinin Pərdəarxası: Əsəd Rejiminin Süqutu Ərəfəsində Gizli Plan #SEPAH niyə Suriyanı tərk etdi? Sızdırılan detallar və şok dialoqlar #İranın Suriyada 13 illik müharibəsinin sonu: Geri çəkilmə əməliyyatı necə başladı? #Тайная эвакуация Ирана из Сирии: как исчез Корпус стражей революции перед падением Асада #Почему Иран стремительно покинул Сирию? Новые свидетельства и документы #Конец иранского присутствия в Сирии: шокирующие детали декабрьской операции #The Hidden Withdrawal: How Iran’s Revolutionary Guard Vanished from Syria Before Assad’s Fall #Why Did Iran Leave Syria Overnight? Testimonies Reveal a Secret Plan #End of Iran’s 13-Year War in Syria: Inside the Rapid Evacuation Operation #İran SEPAH-ın Suriyadan çıxmasının səbəbləri 2024 #İran SEPAH-ının Suriyadan qəfil çıxışı: yeni detallar #Əsəd devrilərkən İran niyə geri çəkildi? #Suriyada İranın yoxa çıxması: İçəridən sensasion məlumatlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    SEPAH niyə Suriyanı tərk etdi? Sızdırılan detallar və şok dialoqlar

    8 Dekabr 2025 10:04

    12 Gündə Dağılmış Yarım Əsrlik Güc: Rejim Getdi, Suriya Yenidən Doğdu

    8 Dekabr 2025 09:00

    Yaponiyada müsəlmanları harada dəfn edirlər?

    7 Dekabr 2025 16:23

    Azərbaycan Yaxın Şərqdə çoxistiqamətli diplomatik xəttini gücləndirir-kimlər narahatdır?

    7 Dekabr 2025 11:23

    Şəraa üçün əsas mübarizə daxili sabitlik və azlıqların etimadıdır - Analitiklər

    6 Dekabr 2025 07:00

    İsraildə beyin axını başladı — Dövlət təməlindən sarsılır

    4 Dekabr 2025 20:10

    Köklərdən ayrılmadan gələcəyi formalaşdıran lider: BƏƏ modelinin yüksəlişi və Şeyx Məhəmməd bin Zayedin strateji baxışı

    3 Dekabr 2025 13:16

    Hollivudun gizlətdiyi həqiqət: “Zombi” adı əslində müsəlman qəhrəmanın adıdır

    2 Dekabr 2025 12:18

    Suriya Əsəd rejiminin süqutundan bir il sonra: ölkə qarşısında yeni mərhələ açılır

    2 Dekabr 2025 11:21

    Vatikanın Türkiyə planı: Ortodoks dünyasında güc balansı dəyişirmi?

    1 Dekabr 2025 19:54

    Latın Amerikasında ərəb prezidentlər: Livan və Fələstindən prezident saraylarınadək

    30 Noyabr 2025 18:10

    Qəzzada müharibədən sonrakı təhlükəsizlik: 10 min nəfərlik polis qüvvəsi planı

    30 Noyabr 2025 18:00
    Demo
    XƏBƏR LENTİ

    Milli Məclisdə Azərbaycan dili ilə bağlı konfrans keçirilir

    Türkiyədən Azərbaycana xalça ixracı 8 milyon dolları keçib (ÖZƏL)

    Ukrayna və Rusiya planı bəyənib, amma Zelenskidən əmin deyiləm - Tramp

    Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı iştirakçı sayı ilə rekord qırıb

    SEPAH niyə Suriyanı tərk etdi? Sızdırılan detallar və şok dialoqlar

    Bu gün onun doğum günüdür - Şuhada Davit kimdir?

    Suriya xalqının iradəsi dəyişimin mümkün olduğunu sübut etdi - Quterreş

    Antalyada 4,3 bal gücündə zəlzələ olub

    Türkiyənin kimyəvi maddə ixracı 29 milyard dolları keçib (ÖZƏL)

    12 Gündə Dağılmış Yarım Əsrlik Güc: Rejim Getdi, Suriya Yenidən Doğdu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.