Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    İsraildə beyin axını başladı — Dövlət təməlindən sarsılır

    4 Dekabr 2025 20:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İsrail tarixində elə dövrlər olub ki, dövlət nə orduya, nə diplomatiyaya, nə də iqtisadiyyata görə dayanıb. Onu ayaqda saxlayan ən böyük sütun insanların inamı idi. Yəhudilər onlara “vəəd olunan” torpaqların gələcəyi olduğuna dair dərin, kollektiv inama sahib idilər.

    Bu inam bir sözlə ifadə olunurdu və buna ALIYA deyilirdi. Bu, sadəcə köç deyildi, “evə qayıdış” anlamı daşıyan mistik bir hicrət idi.

    Lakin 2025-ci ilin sonunda bu anlayış tamamilə tərsinə çevrilir və bu utopik nəzəriyyə iflasa uğramağa başlayır.

    Dolayısıyla, bir zamanlar dünya gücləri tərəfindən “cazibə mərkəzi” kimi qurulan İsrail bu gün kütləvi qaçışın, mühacirətin mərkəzinə çevrilir.

    Afinaya, Lissabona, Kiprə uçan hər təyyarə sadəcə insanları daşımır, dövlətin dayaqlarını uçurur. İsraillilərin öz sözləri ilə desək: “Bu, hökmün, daha doğrusu, sonun elanıdır.”

    2024-cü ildə ölkəni 82 min nəfərin tərk etməsi buzdağının yalnız görünən hissəsidir. Əsas göstərici rəqəmlər köç edən təbəqənin sosial statusudur.

    Son sorğulara görə, əhalinin 27%-i artıq ölkədən hara olur-olsun qaçmaq fikrindədir. Ölkədən gedənlərin dediklərinə qulaq asanda bir həqiqət ortaya çıxır: İsrail demoqrafik yox, mövcudluq böhranı yaşayır.

    Netanyahu “Super-Sparta” təklif edir, vətəndaşlar isə normal ölkə istəyir

    Baş nazir Benyamin Netanyahu ölkəni “Super-Sparta”ya çevirmək çağırışı ilə patriotizm oyatmaq istəyirdi.

    Ancaq çoxları bu çağırışda başqa mesajı eşitdi: “Daimi mühasirədə yaşamağa hazır olun.”

    Müasir İsrail artıq kiçik, ətrafı düşmənlərlə dolu kibuts deyil. Bu ölkə London, Berlin, San-Fransisko ilə bağlı qlobal bir sistemdir. Texnologiya, tibb, elm sahəsində çalışanlar, daha doğrusu, büdcəni dolduranlar düşüncə etibarilə Qərbə yaxındır. Netanyahu isə onları qədim yunan hərbi düşərgəsinə bənzər modelə sürükləmək istəyir. Böhran da buradan başlayır.

    Dövlət mobilizasiya tələb edir, insanlar isə yaşamaq istəyir — sadəcə sağ qalmaq yox.

    7 oktyabr müharibəsi problemlərin yalnız bir hissəsidir. Əsl böhran İsrail cəmiyyətini birləşdirən son bağ olan ədalət hissinin hökumət tərəfindən qoparılmasıdır.

    2025-ci ilin büdcəsi bu qopmanın rəsmi simvoluna çevrilib. Ölkə hərbi rejimdədir, lakin vergi yükü ən çox işləyən və ödəyənlərin üzərinə salınıb.

    Eyni zamanda, milyardlarla şekel dünyəvi fənləri belə tədris etməyən dini məktəblərə axıdır. Bu isə sıravi israillilərin səbr kasasını daşırır.

    İşləyən israilli anladı ki, onu “başqalarının rifahını təmin edən pul kisəsinə” çevirirlər.

    Digər tərəfdən, rezidentlər ildə üç ay xidmət edir, döyüşür, biznesini itirir, ailədən, sağlamlıqdan olur. Bu vaxt hökumət yeşiva tələbələrinə tam azadlıq verən qanunu irəli sürür. Bu, artıq dinlə bağlı mübahisə deyil. Bu, dövlətin ən fundamental prinsipidir: Əgər hamı eyni yükü daşımırsa, demək ki, o ölkə hamının ölkəsi deyil.

    Bu gün İsraili tərk edənlər turist və ya sıravi işçi deyil. Ölkənin “peşəkar kodunu” daşıyan təbəqə ölkədən gedir. Aparıcı həkimlər, yüksək texnologiya mühəndisləri, startap qurucuları, elmi tədqiqat liderləri ölkəni ən çox tərk edənlər arasındadır.

    İsrail Səhiyyə Nazirliyi də etiraf edir ki, xaricdə təhsil alan həkimlərin üçdə biri geri qayıtmır.

    İsraildə bu gün yaşananlar nə bir hökumətin səhvi, nə də bir müharibənin nəticəsidir. Dövlət ümumi xalq layihəsi olmaqdan çıxıb, dar siyasi qrupun layihəsinə çevrilib. Bu çat sağalmayana qədər İsrail yalnız ərazisini yox, gələcəyini itirmək riski ilə üz-üzə qalacaq.

    #İsraildə kütləvi köç: dövlətin təməli sürətlə boşalır #Netanyahunun Super-Sparta siyasəti ölkəni parçalayır — israillilər kütləvi şəkildə gedir #İsrail 2025-ci ildə mövcudluq böhranı yaşayır: həkimlər #mühəndislər #startapçılar ölkəni tərk edir #Bu artıq müharibə deyil #demontajdır: İsrail cəmiyyəti tarixi böhranla üz-üzə #İsraildə sosial müqavilə çökdü — ölkədən böyük beyin axını başlayıb #Израиль стремительно пустеет: начинается демонтаж государства #Политика Супер-Спарты раскалывает страну — израильтяне массово уезжают #Кризис существования: лучшие кадры покидают Израиль в 2025 году #Социальный контракт разрушен — Израиль потерял доверие общества #Это не миграция #это демонтаж: Израиль переживает глубочайший внутренний кризис #Israel Faces Massive Exodus as State Foundations Begin to Crumble #Super-Sparta Policy Backfires: Israelis Leave the Country in Record Numbers #2025 Identity Crisis: Israel Loses Doctors #Engineers #and Innovators #Social Contract Collapse Triggers Unprecedented Brain Drain in Israel #This Is Not Migration — It’s Dismantling: Israel Enters Existential Crisis #İsrail boşalıyor: Devlet kendi elleriyle temelini söküyor #Netanyahu’nun Süper-Sparta vizyonu çatladı — İsrailliler ülkeyi terk ediyor #2025 krizi: Doktorlar ve mühendisler İsrail’i kitlesel olarak bırakıyor #Toplumsal sözleşme çöktü: İsrail’de rekor beyin göçü #Bu göç değil #demontajdır: İsrail varoluş krizine giriyor #İsraildə köç #İsraildə böhran #Netanyahu siyasəti #İsraildə beyin axını #İsraildə sosial müqavilə #İsrail demoqrafik böhranı #2025 İsrail crizi #İsraildə orta sinifin çöküşü #yüksək texnologiya sektoru İsrail #dini məktəblərə vəsait #yeşiva problemi #İsrail ordu böhranı #israillilərin kütləvi gedişi #кризис в Израиле #массовый исход из Израиля #политика Нетаньяху #демографический кризис Израиля #оциальный контракт разрушен #бегство специалистов #миграция из Израиля #отказ резервистов #обвал системы #кризис доверия #Israel crisis
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dollar zəifləyir: Tramp bunu risk deyil, strategiya sayır

    13 Fevral 2026 04:00

    Tramp Netanyahunu əmin etdi ki, Tehranla danışıqlar davam edəcək

    12 Fevral 2026 07:56

    “Yolun düşsə bu dünyaya bir də gəl” və ya reinkarnasıya haqqında kiçik bir tarixi-dini dəyərləndirmə

    11 Fevral 2026 10:55

    Raket proqramı yoxdur, yalnız nüvə: Tehranın danışıqlardakı "qırmızı xətti"

    10 Fevral 2026 14:56

    İsraildə fələstinli məhbuslar üçün edam hazırlığı: Xüsusi kameralar tikilir

    9 Fevral 2026 15:55

    Türkiyənin İran qorxusu: Miqrasiya dalğası, enerji böhranı və yeni terror aktları

    9 Fevral 2026 10:00

    Qəzza üçün bərpa yoxsa yeni siyasi mərhələ?

    9 Fevral 2026 04:00

    Rusiya neftinə son, Venesuela və ABŞ-a "hə": Hindistanın yeni enerji strategiyası

    8 Fevral 2026 19:00

    Avropa zindanında yeni müttəfiqlər: İsrail niyə ifrat sağa sığınır?

    8 Fevral 2026 18:00

    Günahkar axtarışı: Netanyahunun Dövlət Müfəttişinə verdiyi qalmaqallı cavablar

    8 Fevral 2026 10:31

    Energetik içkilər: Müasir dövrün gizli təhlükəsi və süni gümrahlığın bədəli

    8 Fevral 2026 09:00

    Məhəmməd Heydər Zammarın ölümü ilə "Əl-Qaidə" və "İŞİD"in qanlı tarixinə şahidlik etmiş ən önəmli fiqurlardan birinin dosyesi bağlandı

    8 Fevral 2026 02:00
    XƏBƏR LENTİ

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı

    Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

    Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

    Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi

    Almaniya kansleri Avropanın "nüvə qalxanı"nın yaradılmasını təklif edir

    “AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.