Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Hollivudun gizlətdiyi həqiqət: “Zombi” adı əslində müsəlman qəhrəmanın adıdır

    2 Dekabr 2025 12:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi , NəsrinNəim Bərğusi

    “Zombi” sözü bu gün amerika qorxu filmlərində qara sehrin təsiri ilə hərəkət edən, diri-ölü varlıqlar – yəni yaşayan cəsədlər anlamında işlədilir. Öz mahiyyətində bu ifadə yarı ölü, hərəkət edən, ətrafı qorxu yayan, xəstəlik daşıya bilən və ya öldürən uydurma bir obrazı təsvir edir. Zombi obrazı ilk dəfə 1968-ci ildə istehsal olunan “Ölü Məhəlləsinin Gecəsi” (“Night of the Living Dead”) filmində peyda olub. Sonrakı onilliklərdə yüzlərlə qorxu və fantastik filmdə, həmçinin “PUBG” kimi kompüter oyunlarında zombi motivi geniş yayıldı. “Zombi” anlayışı həmçinin Haiti mədəniyyətində və “vudu” dinində də mövcuddur və ölülərin ruh çağırma ayini ilə yenidən dirildildiyini bildirir.

    Bəs heç düşündünüzmü: bu söz əslən haradan gəlir?

    Az bilinən böyük həqiqət budur ki, “zombi” adı əslində bir əfsanəvi Afrika-braziliyalı müsəlman liderin adıdır — Janja Zombi, və Hollivudun yaratdığı qorxunc obrazla heç bir əlaqəsi yoxdur. O, Braziliyada qurulan ilk müsəlman icmasının rəhbəri olmuş, köləliyə qarşı azadlıq mübarizəsinin simvollarından birinə çevrilmişdir.

    Afrikalı müsəlman liderin hekayəsi: Janja Zombinin doğuluşu

    Zombinin hekayəsi Portuqaliyanın Braziliyanı müstəmləkəyə çevirməsi ilə başlayır. Yeni koloniyanın qurulması üçün onlara çoxlu əmək qüvvəsi lazım idi. Bu məqsədlə təkcə portuqallar deyil, digər Avropa ölkələri də Afrika sahillərinə yönələrek yerli əhalini kütləvi şəkildə köləliyə aparmağa başladılar.

    Afrika Avropanın ən böyük müstəmləkə mənbəyi idi. Minlərlə, milyonlarla afrikalı öz torpaqlarından qoparılaraq ya Avropaya, ya da Amerika qitəsinə kölə kimi daşınırdı. Braziliyada portuqal müstəmləkə dövründə təxminən yarım milyon afrikalı kölə gətirildiyi, ümumilikdə isə Latın Amerikasına aparılanların sayının 13 milyona çatdığı bildirilir — bəzi tarixçilər isə bu rəqəmin daha yüksək olduğunu deyir.

    Kölə ticarətinin qara tarixi

    16–19-cu əsrlərdə kölə ticarəti ən yüksək həddə çatmışdı. Amerikaların kəşfi ilə böyük miqdarda ucuz əmək qüvvəsinə ehtiyac yaranmışdı. Qəhvə, kakao, pambıq, şəkərqamışı plantasiyaları, qızıl və gümüş mədənləri, tikinti və ev xidmətləri…sadalanan hər yerdə kölə qüvvəsinə ehtiya vardı.

    Afrikalı kölələr həm zəhmət, həm də bilikləri ilə Avropanın və Amerikanın iqtisadi sistemini ayaqda saxladılar. Hətta bəzi sahələrdə ağ sahiblərinə əkinçilik və tikinti bacarıqlarını da öyrədirdilər.

    Bu dövrdə kölə ticarəti Avropa və Amerika iqtisadiyyatının əsas sütununa çevrilmişdi — “qara əllər, ağ beyinlər” formulası ilə.

    Kölə ovçuluğu adlanan reydlərdə Afrikanın mərkəzinə doğru hücum edilir, kəndlər talanır, insanlar qandallanaraq sahilə daşınır və orada Avropa ticarətçilərinə satılırdı.

    Afrikalılar gəmi zirzəmilərində dəmir zəncirlərə vurularaq daşınırdı, çoxları yolda ölürdü. Sağ qalanlar isə qeyri-insani şəraitdə işlədilir, təhsildən məhrum edilir, dini ayinlərini yerinə yetirməyə qadağa qoyulur, bəziləri məcburi şəkildə xristianlaşdırılırdı.

    Braziliyadakı muzeylərdə saxlanılan sənədlər sübut edir ki, kölə kimi gətirilən afrikalıların böyük əksəriyyəti müsəlman idi və ərəb dilində Quran oxuyurdular. Onların arasında din alimləri də var idi və imkan daxilində təlim verməyə davam edirdilər. Mütəşəkkil üsyanların qarşısını almaq üçün amansız cəzalar tətbiq olunurdu: döymə, yandırma, cinsi zorakılıq, bədən üzvlərinin kəsilməsi…

    Qaçan kölələr və “Qara meşəliklər”: Azadlıq uğrunda savaş

    Bu ağır şəraitdən xilas olmaq üçün bir çox kölələr meşələrə qaçır, öz icmalarını yaradaraq ağ sahibinə qarşı müqavimət təşkil edirdilər. Bu icmalara “Qara Sığınacaqlar” – “Quilombo” deyilirdi.

    Məhz belə icmalardan biri — Palmares — Zombinin doğulduğu yer idi. Orada təxminən 30 min insan yaşayırdı. Əksəriyyət onlar Angoladan və Konqodan gətirilmiş afrikalılar idi. Onlara yerli hindular və kasıb bəzi ağlar da qoşulmuşdu.

    Palmares Afrikanın uzaq krallıqlarını xatırladan siyasi sistem qurmuşdu. Onların öz qanunları,sərhəd postları, xüsusi dili,vergi sistemi,ciddi cəza və intizam qaydaları, güclü ordu və müdafiə qüllələri var idi.

    Əsas iqtisadi model mübadilə idi — tütün, lobya, kartof, şəkərqamışı əkir, toyuq və mal-qara saxlayır, bunları ətraf icmalarla dəyişdirirdilər. Palmares dövrünün Braziliyasında ən uğurlu azadlıq layihəsi idi.

    Zombinin yüksəlişi: müsəlman liderin azadlıq dövləti

    Zombi 1655-ci ildə Palmaresdə azad şəkildə doğulub (bəzi mənbələr ildə fərqlənir). Onun əmisi Zumba icmanın rəhbəri idi. Gənc Zombi portuqallarla döyüşlərdə fərqlənirdi.

    Daha sonra Zumba portuqallarla razılaşma bağladı: Palmaresa qaçıb gələn kölələr azad ediləcək, əvəzində icma portuqal hakimiyyətini qəbul edəcəkdi. Lakin Zombi bu şərti rədd edərək öz əmisi əleyhinə çevriliş etdi. Gənc lideri dəstəkləyənlər Zumbanın sonradan zəhərləndiyini deyirlər.

    Zombi hakimiyyəti ələ aldıqdan sonra Palmaresi gücləndirdi, portuqallara qarşı uzun illər davam edən mübarizənin önünə keçdi, İslamın yenidən dirçəlişinə səbəb oldu. O, öz xalqına dini maarifçilik verdi, din alimlərini təbliğata təşviq etdi və nəticədə **“Braziliya İslam Dövləti”**ni elan etdi.

    1678–1694-cü illərdə Zombinin apardığı mübarizələr nəticəsində o, Bahiyanın bir çox bölgələrini azad edərək dövlətə qatdı.

    Lakin portuqal hücumlarının çoxluğu nəticəsində dövlət zəiflədi. Zombi son döyüşlərdən birində ayağından ağır yaralandı və Palmares süqut etdi.

    Dövlətin paytaxtı Makakos idi. Portuqallar bu adı təhqir məqsədi ilə “meymunlar” mənasında vermişdilər. Şəhər möhkəm torpaq istehkamı ilə əhatələnmişdi və portuqallar onu yalnız top atəşləri ilə ələ keçirə bildilər.

    Zombinin ölümü və qəhrəmanlığın ölümsüzləşməsi

    1695-ci ilin 20 noyabrında Zombi öz tərəfdarlarından birinin xəyanəti nəticəsində tutuldu. Portuqallar onu vəhşicəsinə öldürdülər — başını və bədənini kəsib şəhərlərdə nümayiş etdirdilər ki, heç kim üsyana cəsarət etməsin.

    Palmares əhalisi onillərlə qırıldı, sağ qalanlar satıldı, icmanın yenidən qurulmasının qarşısı alındı. Zombinin rəhbərlik etdiyi hərəkatla bağlı bir çox sənəd ya qəsdən məhv edildi, ya da itdi. Bu səbəbdən rəqəmlər və tarixlər müasirlərin təxmini hesablamalarına əsaslanır.

    Zombinin irsi: Müsəlman azadlıq hərəkatının unudulmuş simvolu

    Zombi Braziliyada köləliyə qarşı üsyan edən tək lider deyildi — əsrlər boyunca müsəlmanlar da daxil olmaqla müxtəlif qruplar mübarizə aparmışdı. Lakin ən böyük və ən güclü hərəkatı məhz o yaratdı. Bu səbəbdən braziliyalılar onu milli qəhrəman kimi xatırlayırlar, filmlər çəkilib, heykəllər ucaldılıb.

    Braziliyada köləlik yalnız 1888-ci ildə ləğv edildi — yüz minlərlə insanın canı bahasına. Bu müddətdə bir çox afrikalı müsəlman nəslinin İslam kimliyi unuduldu.

    Rəsmi olaraq Braziliyada “Afro-braziliyalı Kimlik Günü” hər il 13 mayda qeyd olunur. Lakin Afrika əsilli braziliyalılar 20 noyabrı — Zombinin öldürüldüyü günü — “Zombi Günü” kimi qeyd edərək onun mübarizəsini yaşadırlar.

    #Hollivudun gizlətdiyi həqiqət: Zombi adı əslində müsəlman qəhrəmanın adıdır #Braziliyanın unudulmuş müsəlman lideri: Zombi kim idi? #Zombi obrazının həqiqi sahibi: əsirliklə mübarizə aparan afrikalı sərkərdə #Kino sənayesinin təhrif etdiyi tarix: Zombi əslində bir qəhrəman idi #Palmares Krallığı və Zombinin İslam mübarizəsi #Köləlik tarixinin gizlədilən üsyançısı: Janja Zombi #Afrikadan Braziliyaya uzanan İslam dirənişi: Zombinin hekayəsi #Qorxu filmləri yalan danışır: Zombi əslində azadlıq simvoludur #Braziliya tarixinin ən böyük üsyançısı: Zombinin inqilabı #Настоящий Зомби: голливуд исказил образ мусульманского героя #Афро-бразильский лидер-мусульманин #скрытый киноиндустрией #Зомби был не монстром #а борцом за свободу #История Зомби: кто стоял за легендой? #Голливуд переосмыслил героя как чудовище #Джанджа Зомби — лидер #которого превратили в миф #Зомби: символ сопротивления рабству #The Real Zombie: The Muslim Brazilian Hero Hollywood Distorted #Zombie Was Not a Monster — He Was a Freedom Fighter #The True Story Behind the Word Zombie #The Forgotten Muslim Leader Who Built an African State in Brazil #Hollywood Lied: Zombie Was a Hero #Not the Undead #Palmares Kingdom and Its Defender: The Real Zombie #Zumbi dos Palmares: A Name America Turned Into a Monster #Hollywood’un çarpıttığı gerçek: Zombi aslında Müslüman bir kahramandı #Brezilya’nın unutulan Müslüman lideri Zombi kimdi? #Zombi bir canavar değil #özgürlük savaşçısıydı #Palmares İslam devletinin lideri: Gerçek Zombi #Sinemanın ters yüz ettiği tarih: Zombi’nin gerçek hikâyesi #Afrika’dan Brezilya’ya uzanan direniş: Zombi #Zombi efsanesinin arkasındaki Müslüman kahraman #Köleliğe karşı en güçlü isyan: Zombi’nin öyküsü #ABD korku filmleri yalan söylüyor: Zombi bir kahramandı #Brezilya tarihinin destansı lideri: Zumbi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hollivudun gizlətdiyi həqiqət: “Zombi” adı əslində müsəlman qəhrəmanın adıdır

    2 Dekabr 2025 12:18

    Suriya Əsəd rejiminin süqutundan bir il sonra: ölkə qarşısında yeni mərhələ açılır

    2 Dekabr 2025 11:21

    Vatikanın Türkiyə planı: Ortodoks dünyasında güc balansı dəyişirmi?

    1 Dekabr 2025 19:54

    Latın Amerikasında ərəb prezidentlər: Livan və Fələstindən prezident saraylarınadək

    30 Noyabr 2025 18:10

    Qəzzada müharibədən sonrakı təhlükəsizlik: 10 min nəfərlik polis qüvvəsi planı

    30 Noyabr 2025 18:00

    Süni intellekt siyasətdə necə düşünür?

    29 Noyabr 2025 20:00

    Tramp və Sisi, Hizbullahın silahsızlaşdırılması üçün Livana təzyiqi artırır

    27 Noyabr 2025 09:00

    Təbtabai suiqəsti: Tramp və Netanyahu arasında nə baş verir?

    26 Noyabr 2025 20:00

    Dini ekstremizm: Xristian radikal qrupların tarixi və müasir təhlükəsi

    26 Noyabr 2025 15:19

    Fransa: LGBT-yə “bəli”, hicaba “xeyr” — Parlamentdən 17 maddəlik “islamçılıqla mübarizə” paketi

    26 Noyabr 2025 09:00

    Netanyahunun yeni müharibə strategiyası bölgəni necə dəyişəcək?

    25 Noyabr 2025 09:00

    İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır

    24 Noyabr 2025 12:24
    Demo
    XƏBƏR LENTİ

    İsrail ordusu Fələstinin Qərb sahilində hərbi əməliyyat keçirib

    Qazaxıstanın Xəzər boru xətti PUA hücumuna məruz qalıb

    “Sevgi palitrası” – Beynəlxalq Əlillər Günü münasibətilə sərgi açılıb

    Suriya Prezidenti ABŞ-ın xüsusi təmsilçisi ilə görüşüb

    Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayıb

    Hollivudun gizlətdiyi həqiqət: “Zombi” adı əslində müsəlman qəhrəmanın adıdır

    Kanada Avropa İttifaqının müdafiə proqramına rəsmi qatılıb

    ABŞ və İsrailin hərbi addımları beynəlxalq hüququ zəiflədir – Əraqçi

    Suriya Əsəd rejiminin süqutundan bir il sonra: ölkə qarşısında yeni mərhələ açılır

    Prezident İlham Əliyev: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.