Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    12 Gündə Dağılmış Yarım Əsrlik Güc: Rejim Getdi, Suriya Yenidən Doğdu

    8 Dekabr 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi, Dr. Muxtar Fatih Beydili, Suriya–Azərbaycan Dostluq Dərnəyinin sədri

    Rejimin Dağılmasından Dövlətin Yenidən Qurulmasına: 27 noyabr 2024-dən Sonra Suriya

    27 noyabr 2024 səhərinin erkən saatlarından sonra Suriya artıq əvvəlki Suriya deyildi. “Hücumları Əngəlləmə Əməliyyatı” başladıqdan sonra on dörd il davam edən inqilab, müharibə və parçalanmadan sonra gözlənilən an gəldi. Yalnız on iki gün ərzində Bəşşar Əsəd rejimi görünməmiş sürətlə dağılaraq vilayətlər tədricən azad edildi və 8 dekabr səhəri döyüşçülər Dəməşqə daxil olaraq rejimin sona çatdığını elan etdilər. Eyni günün axşamı rejim lideri Moskvaya qaçarkən görüntüləndi.

    Bu əhəmiyyətli əməliyyatın birinci ildönümündə suriyalılar Baath Partiyasının 61 illik və Əsəd ailəsinin 53 illik hakimiyyətini sona çatdıran, ölkəni dövlət qurumlarına və yeni demokratiyaya aparan bu dönüş nöqtəsini xatırlayırlar.

    İlk Sürətli İrəliləyiş: Hələb Kəndlərindən Seraqibə

    Əməliyyat, Hələbın qərb kəndlərindən, rejim və müttəfiqlərinin İdlibə yönəlmiş top atəşinə cavab olaraq başladı. Bombardman bir çox mülki şəxsin ölümünə səbəb olmuşdu. Müharibədən əvvəl “Heyət Tahrir’uş-Şam”, “Ahrar’uş-Şam Hərəkatı” və “Milli Azadlıq Cəbhəsi” birgə əməliyyat otağı qurmuşdu.

    İlk gün rejim qüvvələri hazırlıqsız yaxalandı. Müxalif döyüşçülər Hələbın qərbində 18 kəndi ələ keçirərək Hələb–Dəməşq arasındakı beynəlxalq yolu kəsməyə çalışdılar. Ertəsi gün Seraqibdə kritik dönüş nöqtəsi yaşandı; müxaliflər 50-dən çox kəndi azad edərək rejimin əsas hərbi və iqtisadi yolunu kəsdilər.

    30 noyabrda Seraqib tam azad edildi. Eyni vaxtda Hələb şəhər mərkəzində şiddətli döyüşlər və rejimin nizamsız geri çəkilmələri baş verdi. Bu boşluğu PKK/YPG qüvvələri doldurmağa çalışsa da, uğur əldə edə bilmədilər.

    Hələbin Azad Edilməsi… Rejimin Prestijini Sarsıtdı

    Dekabr ayının əvvəlində müxalif döyüşçülər Hələb şəhərinin tamamilə nəzarət altına alındığını elan etdilər. Şəhərə nizami giriş təmin edildi, dövlət müəssisələri qorunaraq mülki şəxslərə təhlükəsizlik təmin olundu. Bu, yerli əhalinin etibarını artıraraq rejimi Həma istiqətində geri çəkilməyə məcbur etdi.

    Həma və Humus: Zəncirvari Dağılma

    Hələbdən sonra hədəf Həma oldu. Müxaliflər yalnız beş gün ərzində Suran və Taybe əl-İmam daxil olmaqla Həmanın şimal kəndlərini tam nəzarətə götürdülər. Ardınca Həma və Humusun son müdafiə xətti olan Cebel əl-Abidin-də şiddətli döyüşlər baş verdi.

    Dağın düşməsi ilə rejim dağıldı və 5 dekabrda müxaliflər Həma şəhərinə daxil oldular. Bu inkişaf Humusdakı rejim qüvvələrini böyük təzyiq altında qoydu. Eyni vaxtda Rusiya müxaliflərin irəliləməsini dayandırmaq üçün Rastandakı körpüləri hədəf aldı, lakin döyüşçülər maneələri aşaraq Humus kəndlərinə girməyi bacardılar. Dəməşqdə misli görünməmiş panika yaşanırdı.

    Dera və Süveyda… İnqilabın Beşiyi Yenidən Dirçəlir

    Şimal cəbhələri ilə birbaşa əlaqəsi olmasa da Dera əməliyyatla eyni zamanda üsyan etdi. 7 dekabrda şəhər bir neçə saat ərzində azad edildi. Dalğa Süveyda şəhərinə yayıldı və orada da şəhər mərkəzi qısa müddətdə müxaliflərin nəzarətinə keçdi. Hər iki vilayətin 24 saatdan az müddətdə düşməsi Dəməşq üzərində təzyiqi artırdı.

    Dəməşqin Blokadası… və Dağılma Anı

    8 dekabr səhəri müxalif döyüşçülər Dəməşqə daxil oldu. Saat 06:18-də rejimin rəsmi olaraq dağıldığı elan edildi. Axşam isə Bəşşar Əsədin Moskvada “insani sığınacaq” istədiyi görüntüləndi.

    Əməliyyatın ən acı səhnələrindən biri Saydnaya Həbsxanası oldu. Minlərlə məhbus azad edilsə də, on minlərlə nəfərin işgəncə və edamla öldürüldüyü ortaya çıxdı.

    QSD (PKK-YPG) və Əməliyyat Dövründəki Münaqişələr

    Əməliyyat boyunca Demokratik Suriya Qüvvələri (QSD) bir sıra mübahisəli addımlar atdı; rejimin dağıldığı boşluğu öz xeyrinə çevirməyə çalışdı.

    Şimalda: QSD, Mənbicdən Hələb Hava Limanına irəliləyərək müxalif xətlərdə qarışıqlıq yaratmaq istədi, lakin inqilabi qruplar sürətli qarşı hücumla bu cəhdləri dəf etdilər. Daha sonra QSD Tel Rıfatı itirərək geri çəkildi.

    Şərqdə: Rejim qüvvələrinin ani dağılması üzündən QSD qısa müddət Deyrizoru nəzarətə aldı, sonradan Fəratın şərqində yalnız yeddi kənddə məhdud varlıq saxladı. Bu region hələ də QSD ilə yeni Suriya hökuməti arasında ən mübahisəli məsələlərdən biridir.

    Diplomatik Dönüşüm… Suriya Dünyaya Qayıdır

    Yeni Suriya dövləti, Prezident Əhməd əş-Şəraa rəhbərliyində misli görünməmiş diplomatik açılışa başladı. Bir neçə ay ərzində ölkə on ildən çox davam edən təcriddən çıxdı.

    Vaşinqton ilə əlaqələr: Əş-Şəraa ABŞ-a səfərindən sonra Prezident Donald Tramp Dəməşqlə qarşılıqlı səfər təklifinə açıq olduğunu bildirdi.

    Çin ilə açılım: Xarici İşlər Naziri Əsəd Həsən Şeybaninin Pekin səfəri, ABŞ sanksiyalarına baxmayaraq ikitərəfli münasibətlərdə əhəmiyyətli bir dönüş oldu.

    Moskva ilə balans: Yeni hökumət əvvəlki rejimin Rusiya ilə bağladığı razılaşmalara bağlı olmayacağını bəyan etdi; münasibətlər “mərhələli və diqqətli” aparılacaq və milli hüquqlardan güzəşt olmayacaq.

    Yaxın Şərq və Qafqazda Tarixi An

    Suriya Prezidenti Əş-Şəraanın Azərbaycan səfəri yalnız diplomatik görüş yox, iki ölkə arasında yeni bir geopolitik səhifənin başlanğıcı idi. Dəməşq özünə nümunə ola biləcək stabil tərəfdaşlar axtararkən, Bakı sürətlə modernləşən və bölgədə güc mərkəzinə çevrilən ölkə kimi diqqət çəkir. Suriya türkləri isə iki xalq arasında təbii sosial və mədəni körpü rolunu oynayır.

    Siyasi Yol Xəritəsi… Yeni Konstitusiya və Prezident Seçkiləri

    Keçid hökuməti yeni respublikanın təməlini azadlıq və demokratiya üzərinə qoymağı hədəfləyir. Əsas addımlar:

    • İnqilab bazasından seçilən yeni Xalq Məclisi

    • Siyasi həyatın canlanmasına yönəlmiş yeni partiya qanunu

    • Ədalət və Barış Komissiyası və İtkin Şəxslər Qurumunun yaradılması

    • İki parlament dönəmi ərzində daimi konstitusiyanın hazırlanması və referendum

    • 4–5 il ərzində prezident seçkilərinin keçirilməsi

    Bu addımlar, leqal qüvvəni yenidən xalqdan almağı məqsəd qoyur.

    Ən Böyük Çağırış: Ölkənin Yenidən Qurulması

    Dünya Bankına görə müharibənin maliyyəti təxminən 216 milyard dollardır. Təcili ehtiyaclar:

    • Mənzillər, məktəblər və xəstəxanalar

    • Su və elektrik infrastrukturu

    • Partlamamış sursatların təmizlənməsi

    • Nəqliyyat, təhsil və əsas xidmətlərin bərpası

    Bir milyon qaçqın və iki milyondan çox məcburi köçkün infrastruktura böyük təzyiq göstərir. BMT və Aİ Suriyanın dəstəklənməsinin regional sabitlik üçün həyati olduğunu vurğulayır.

    Suriya Tarixində Yeni Səhifə

    Yalnız bir il ərzində Suriyanın siyasi, hərbi və diplomatik xəritəsi köklü şəkildə dəyişdi. “Hücumları Əngəlləmə Əməliyyatı” 50 illik avtoritar dövrü bitirdi və xalqın 14 illik müqavimətini institusional dəyişikliklərlə yeni bir mərhələyə çevirdi.

    Bugün Suriya, müharibədən çıxmış ölkədən daha çox, yenidən qurulan dövlətin, yenidən təyin olunan milli kimliyin və yenidən yazılan sosial müqavilənin mərkəzində dayanır. Əsas sınaq indi başlayır: ədalətin bərpası, qurumların yaradılması, demokratik mexanizmlərin möhkəmləndirilməsi və çoxmədəniyyətli sosial strukturların qorunması.

    Yeni idarəçilik, diplomatik açılımlar, konstitusion hazırlıqlar, iqtisadi bərpa və beynəlxalq əməkdaşlıq ümid verən bir yol göstərir. Lakin bu yol həssas tarazlıqlar və dərin sosial yaralar səbəbindən diqqət və qətiyyət tələb edir.

    Hər çətinliyə baxmayaraq, 2011-ci ildə azadlıq və ləyaqət tələbi ilə başlayan xalq hərəkatı ilk dəfə hədəflərinə əvvəlkindən daha yaxındır.

    #Muxtar Fatih Beydili #Suriya xəbərləri #Suriya münaqişəsi #PKK/YPG və Suriya #Suriya Hazırlıq Komitəsi #Suriya Müdafiə Nazirliyi #Suriya siyasi həll #Suriya daxili siyasət #Suriya və təhlükəsizlik məsələləri #Suriya ordusu və təhlükəsizlik #Suriya əməliyyatları #Suriya münaqişəsi və Türkiyənin rolu #Suriya Xarici İşlər Nazirliyi #Suriya hökuməti #Suriya-Azərbaycan münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Suriyanın şimal-qərbində sel fəlakəti: Ölənlər var

    9 Fevral 2026 09:43

    Suriya ordusu Həsəkəyə daxil oldu

    2 Fevral 2026 17:20

    Dəməşq ABŞ-ın dəstəyi ilə Süveydaya nəzarəti gücləndirməyə hazırlaşır

    26 Yanvar 2026 11:42

    Rəqqadakı Aktan həbsxanası nəzarətə götürülüb - Suriya XİN

    23 Yanvar 2026 14:33

    PKK-nın Suriya qolu SDQ hərbi və diplomatik olaraq çökmə mərhələsindədir - Ankara

    22 Yanvar 2026 12:17

    Brüsseldə YPG/SDQ tərəfdarlarının aksiyasına polis sərt müdaxilə edib

    21 Yanvar 2026 17:25

    Suriya Prezidenti Əhməd Əş-Şəraa Davos səfərini ləğv edib

    21 Yanvar 2026 15:42

    Ərdoğan Trampla Suriyanın gələcəyini və Qəzza sülhünü müzakirə edib

    21 Yanvar 2026 09:18

    Süni böhran: Suriyada kürd separatizminin xarici faktorları və tarixi reallıq

    21 Yanvar 2026 09:00
    XƏBƏR LENTİ

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    Birinci vitse-prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)

    Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır

    Prezident İlham Əliyev: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir

    Prezident İlham Əliyev: Bizim Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var

    Prezident İlham Əliyev: Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.