
BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
Yaponiyada dəfn məsələsi uzun müddət ictimai müzakirə mövzusu olmayıb. Onilliklər ərzində ölkədə vida mərasiminin yeganə forması demək olar ki, yalnız kremasiya olduğundan, torpağa dəfn, açıq qəbiristanlıqlar və monumental məzarlar kimi ənənələr Yaponiyada məhz mövcud deyil. Ərazisinin 75%-i dağlardan ibarət olan və şəhərlərin hər kvadrat metr uğrunda rəqabət apardığı ölkədə ölüm də məkan çatışmazlığı və sərt memarlıq-kültür normalarına tabe edilmiş, nəticədə kremasiya əhalinin 99%-dən çoxu üçün alternativsiz hala çevrilmişdir.
Yaponların böyük əksəriyyəti üçün bu sistem tamamilə təbii görünür o, buddizm-sintoizm dünyagörüşü ilə uzlaşır və qəbir sahələrinin çatışmazlığının qarşısını alır. Torpağa dəfn yalnız xüsusi hallarda icazə verilən nadir istisnalardır. Lakin son illərdə bu tarazlıq yeni çağırışla üzləşib və bu müsəlman icmasının artması ilə ələqədardır.
Müxtəlif hesablamalara görə, Yaponiyada yaşayan müsəlmanların sayı 200–350 min arasında dəyişir. Onlar arasında tələbələr, fəhlələr, sahibkarlar, tədqiqatçılar var və hamısını birləşdirən dinin dəqiq hökmüdür: mərhum kremasiya edilmədən torpağa tapşırılmalıdır.
Bəs Yaponiyada müsəlmanları harada dəfn edirlər?
Müsəlmanların sayının artması ilə birlikdə yeni suallar ortaya çıxıb. Bu suallar arasında “dəfnlər harada aparılacaq və hansı ərazilər İslam qəbiristanlıqları üçün ayrıla bilər?”-kimi suallar var.
Cavab çətin olub. Belə yerlər çox azdır və bir-birindən uzaqda yerləşir. Onların bir hissəsi Kobe ətrafında, digəri isə Hokkaydounun kənd rayonlarındadır. Tohokudan Kyushyuyə qədər olan geniş regionlarda isə heç bir İslam qəbiristanlığı mövcud deyil. Bu isə minlərlə müsəlman ailəsini çətin seçim qarşısında qoyur: meyiti yüzlərlə kilometr uzağa aparmaq, vəfat etmiş şəxsi xaricə göndərmək, yaxud ehtiyaclarını nəzərə almayan hüquqi boşluqla üzləşmək.
Yaponiyada müsəlman icmasının tələbləri kifayət qədər təvazökar idi. Şəhər kənarında kiçik sahələr, sanitar normalarına tam uyğun dəfn prosesi, bu tələblərdən ən ənəmlisidir.
Lakin dövlətin reaksiyası minimal olaraq qaldı. Yerli səviyyədə etiraz səsləri də yüksəldi, o cümlədən dəfnlərin “yeraltı suların çirkləndirməsiməsi” kimi arqumentlər irəli sürüldü. Amma ekologiya və səhiyyə ekspertləri düzgün təşkil olunduğu təqdirdə islam dəfnlərinin heç bir risk yaratmadığını təsdiqlədilər.
Yerli məsələ milli müzakirəyə çevrilir
Uzun müddət lokallaşmış və sakit şəkildə davam edən müzakirələr qəfil ölkə gündəminə düşdü. Buna səbəb konservativ “Sanseytо” partiyasının deputatı Midzuxo Umimuranın çıxışı oldu. O bildirdi ki, Yaponiyaya “yeni qəbiristanlıqlar lazım deyil” və kremasiya “bu cəmiyyətin strukturuna uyğun yeganə təbii sistemdir”. O müsəlmanları “məntiqli alternativlər” axtarmağa çağırdı və bu “alternativlər” arasında kremasiya və ya cənazəni xaricə göndərmə kimi üsüllar da yer aldı.
Müsəlman icmasının reaksiyası
Bu bəyanat Yaponiyada yaşayan müsəlmanların ciddi narazılığına səbəb oldu. Onlar bu çıxışı potensial siyasət sərtləşməsinin siqnalı kimi qəbul etdilər. Bir neçə deputatın Umimuranı dəstəkləməsi vəziyyəti daha da gərginləşdirdi. Müsəlmanlar narahatdırlar ki, dini qaydalara uyğun dəfn haqqı dövlət tərəfindən “problem” kimi deyil, “haqlı tələbat” kimi qəbul edilməli olduğu halda əksinə təqdim oluna bilər.
Ölkənin məkan məhdudiyyətləri, müsəlmanların dini tələbləri və siyasi sərtləşmələr fonunda İslam qəbiristanlıqları ilə bağlı böhran Yaponiyanın çoxmədəniyyətliliyə uyğunlaşmaq qabiliyyətinin real sınağına çevrilib.
İndi əsas sual budur:
Yaponiya həyatlarında müsəlmanları qəbul etməyə başladığı insanlara, ölümündən sonra da yer ayıra biləcəkmi?