BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi, Dr.Ramin Vəkilov
Papalıq bu gün 2 min ildir ayaqda qalmağı bacaran bəşəriyyətin ən qədim qurumudur. Dünyanın dörd bir yanında insanlara dini rəhbərlik etməyin yanında çox böyük maddi imkanlara da sahibdir. Bütün tarixi boyu bir şəkildə dünyanın siyasi səhnəsinə təsir etmişdir. Bu gün bəşəriyətin bu təlatümlü vaxtında yenə meydandadır.
Dünya katoliklərinin lideri XIV Leonun ilk xarici səfərini Türkiyəyə gerçəkləşdirdi və xristianlıq üçün xüsusi əhmiyət kəsb edən məkanlardan olan İznikdə (Bursanın bir ilçəsi)ayin düzənlədi.
Bir Papanın Türkiyəyə gəlməsi ilk dəfə deyil. 1960-ci illərdn bu tərəfə I İohan Paul xaric bütün Papalar Türkiyəyə səfər etmişlər. Diqqətə sayan miqdarda katolik nüfusa sahib olmasa da (ortalama 33 min) Papaların əski xilafət mərkəzi olmuş bir dövlətə səfərləri həmişə diqqət mərkəzində olmuşdur.
Türkiyə Roma Papaları üçün sadəcə önəmli bir müsəlman ölkəsi deyil,eyni zamanda xristianlığın tarixi baxımından da əhəmiyət kəsb etməkdədir. Xristianlığ bir dini təlim olaraq formalaşmasının ən əhəmiyyətli hadisələrindən birini təşkil edən kilsə papalarının ilk böyük toplantısı miladi 325-ci ildə İznikdə yəni bu günkü Türkiyənin Bursa vilayətinin İznik bölgəsində keçirilmişdir.
Ümumiyyətlə həm Katolik həm də Ortadoks kilsələri tərəfindən məşru qəbul edilən ilk 7 Ümumdünya Kilsə Şurasın hamısı bu günkü Türkiyə ərazisində keçirilmişdir. Bu baxımdan Papaların Türkiyəyə diqətlərinin ciddi tarixi kökləri vardır.
Papalığı əlaqədar edən digər önəmli məsələ əsrlərcə Katolik kilsəsinin rəqibi olan Ortadoks kilsəsinın İstanbulda yerləşməsidir. Bilindiyi kimi Roma mərkəzli Qərb xristianlığı ilə İstanbul mərkəzli Şərq xristianlığı 1054-cü ildə birbirini lənətləmiş beləliklə Katolik və Ortodoksluq olmaqla iki böyük xristian məzhəbi meydana çıxmışdı.
Fəqət bu gün İstanbul Ortodoks Kilsəsi əvvəlki ehtişamında deyildir. İstanbulun Türklər tərəfindən fəth edilməsi ilə zatən bəlli bir nəzarət altına düşən kilsə Türkiyə Cumhuriyətinin qurulması ilə də hər nə qədər üzünün ekümenik olduğunu iddia etsədə bunu heç zaman reallaşdıra bilməmişdir.
Yəni Yunan, Rus Bolgar və s. kilsələr İstanbul kilsəsinə bağlı olmadan müstəqil fəaliyət göstərməkdədirlər. (Bu İstanbul Kilsəsini Roma kilsəsindən ayıran ən önəmli idari xüsusiyyətdir) Bunun yanında Ortodoks dünyasının ən böyük dövləti olan Rusyadaki kilsə də dünya ortodoksluğunun bir şəkildə liderliğinə iddialıdır. Məhz bu nöqtədə Vatikanın İstanbul patrikliğinə marağını bir az daha artırmaqdadır.
Bilindiyi kimi 2018-ci ildə Ukrayna Ortodoks Kilsəsi Rus Kilsəsindən İstanbul Patrikliyinin himayəsi altına girərək ayrıldı və ona İstanbul kilsəsi otosefallıq (bağımsızlıq) verdi. Beləcə İstanbul Patrikliyi yenidən dünya siyasi arenasında məhhdud şəkildə də olsa özünün varlığını hiss etdirdi. İstanbul kilsəsinin bu yönü əslində Qərb mədəniyyətinin önəmli mühafizlərindən olan Papalığın nəzərindən qaçmamışdır. Buna görə bölgəsəl ortodoks kilsələr üzərində rus kilsəsinin təsirini önləmək kimi bəzi mühüm məsələlərdə İstanbul kilsəsinin tarixi nüfuzundan istifadə etmək Vatikanı düşündürür və bu olduqca təbiidir.
İznikdəki ayini katolik papanın ortaoks patriarxla birgə idarə etməsi bu diqqətin bir nəticəsi olaraq düşünə bilərik.
Papa İznikdə arxeoloji qazıntılar nəticəsində yeni tapılmış qədim kilsə ərazisində ayin icra etdi. Papanın burada ayin icra etməsi o məkanın müqəddəsləşdirilməsi anlamına gəlməkdədir. Bu o deməkdir ki, o yer rəsmən artıq bundan sonra katoliklərin müqəddəs ziyarət yerinə çevrilmiş olur. Türkiyədə bu bəzi çevrələrdə narahatlıqla qarşılanıb.
Ümuiyyətlə papanın ziyarətindən narahat olan həm mühafizəkar dindar çevrələr olduğu kimi eyni zamanda kamalist milliyətçi dairələr də vardır. Fəqət görünən odur ki,mühafizəkar AK Parti iktidarı, bu işə praqmatik baxmaqda dəyişən dünya sistemində Vatikanın dəstəyini ummaqdadır.