Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Suriya Əsəd rejiminin süqutundan bir il sonra: ölkə qarşısında yeni mərhələ açılır

    2 Dekabr 2025 11:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Bir il əvvəl Bəşşar Əsəd rejiminin devrilməsi Suriyada yeni siyasi səhifənin başlanğıcı oldu. Lakin beynəlxalq və regional müzakirələr hələ də təhlükəsizlik məsələləri və sanksiyaların yumşaldılması üzərində cəmlənir. Elə bil Suriyanın gələcəyi yalnız hərbi balans və iqtisadi təzyiq mexanizmləri ilə müəyyənləşir.Halbuki belə yanaşma ölkədə gedən dərin və sistemli dönüşümlərin miqyasını izah etmir və əsas sualı açıq qoyur: illərlə dağılmış idarəetmə strukturlarını və parçalanmış cəmiyyəti necə yenidən dövlət halına gətirmək olar?

    Rejimin çökməsindən sonra yaranan idarəetmə boşluğu

    Əsəd hakimiyyətinin süqutu təkcə siyasi dəyişikliyin baş verməsi deyildi — Suriyanı idarə edən bütün mexanizmlərin dağılması demək idi. Rejim təhlükəsizlik orqanlarının, inzibati strukturların, dövlət xidmətlərinin bir-biri ilə bağlı və fəaliyyət göstərən şəbəkəsini yaratmışdı.

    Bu şəbəkə dağıldıqdan sonra yeni hakimiyyət böyük institusional boşluq qarşısında qaldı. İndi həm sabitliyin bərpası, həm də dayanıqlı dövlət institutlarının qurulması eyni vaxtda həyata keçirilməlidir.

    Son bir ildə enerji, infrastruktur və digər sahələrə investisiya etmək istəyən regional və beynəlxalq tərəfdaşlar ortaya çıxdı. Bu, müəyyən bölgələrdə həyat şəraitinin qismən yaxşılaşmasına səbəb olub.

    Bu tendensiya ehtiyatlı nikbinlik yaratsa da, problemlərin böyük hissəsi hələ də qalmaqdadır.

    Yeni Suriya qarşısında duran risklər

    Təhlükəsizlik sektorunun zəifləməsi, siyasi keçidin sürəti və mərkəzi nəzarətin hələ tam bərpa olunmaması cəmiyyətdə aşağıdakı halları artırıb:

    qisas alma meyli,
    özbaşına cəza vermə,
    “qanunu öz əli ilə tətbiq etmə” cəhdləri.

    Bu cür proseslər Suriyada qurulmağa çalışılan yeni dövlətçilik modelini təhlükə altına salır.

    “Kölgə strukturlarının” yüksəlişi

    Suriya daha bir risklə üz-üzə qalıb: Hərbi, dini, sosial və iqtisadi xarakterli qeyri-rəsmi qruplar dövlət çərçivəsindən kənarda fəaliyyət göstərərək yerli hakimiyyət rolunu oynamağa başlayıblar.

    Bu strukturlar rəsmi hakimiyyətlə rəqabət aparır, yerli loyallıq şəbəkələrinə söykənir, xarici dəstək alır, müharibə dövründə formalaşmış qeyri-mərkəzləşmiş sistemləri qoruyur.

    Əgər onlar hüquqi çərçivəyə salınmasa, Suriyada alternativ güc mərkəzləri yaranacaq.

    Xarici maliyyə və suverenlik dilemması

    Yeni hakimiyyət qarşısında iki ağır seçim var:Ölkəni bərpa etmək üçün xarici vəsaitdən istifadə etmək və ya ölkənin siyasi suverenliyini qorumaq.

    Müharibədən sonrakı dünyada təcrübə göstərir ki, islahatlar olmadan daxil olan maliyyə axını korrupsiyanı artırır, yeni hakim təbəqələr yaradır və dövlətlə xalq arasındakı məsafəni daha da böyüdür.

    Ən zəif halqa: dövlət idarəçiliyi

    Keçid dövrünün əsas problemi idarəetmədir. Söhbət yalnız nazirliklərin fəaliyyətindən getmir. Yeni hakimiyyət xidmətlərin şəffaf göstərilməsini, yerli icmaların qərarverməyə cəlb olunmasını, keçid ədalətinin qisas və kollektiv cəzaya çevrilməməsini təmin etməlidir.

    Suriya uğurla yenidən qurularsa, regionda güc balansı dəyişəcək. Əks halda, ölkə yenidən sabitliyi pozan amilə çevrilə bilər.

    Qərb dövlətləri hələ də sanksiyaların tam aradan qaldırılmasına tələsmir. Yeni hakimiyyətin xarakteri və beynəlxalq davranış standartlarına sadiqliyi barədə suallar çoxdur.

    Yeni hakimiyyət strukturlarının müəyyən hissəsi uzun illər radikal silahlı hərəkatların tərkibində olmuş şəxslərdən ibarətdir.

    Onların “dövlətçilik modelinə keçid” haqda bəyanatları praktiki səviyyədə hələ də tam şəkildə reallaşmayıb.

    Ölkənin bərpası yalnız iri layihələrlə məhdudlaşmamalıdır. Yeni hakimiyyətin əsas prioritetləri istehsalatın bərpası, əhalinin məşğulluğu, yerli bazarın gücləndirilməsi olmalıdır.

    Bunlar olmadan Suriya sabitliyi hər an pozula biləcək həssas sistem olaraq qalacaq.

    Əsəd rejiminin devrilməsindən bir il sonra Suriya həm yeni imkanlarla, həm də ciddi risklərlə üz-üzədir.
    Uğur yalnız təhlükəsizlik və iqtisadi göstəricilərdən asılı deyil — legitim və hesabatlı dövlət institutlarının qurulmasından asılıdır.

    Suriya yalnız keçmişlə hesablaşmaqla deyil, həm də onun fərqli şəkildə geri qayıtmasının qarşısını almaqla yeni gələcəyini qurmalıdır.

    Suriya post-Əsəd dövrü dövlət quruculuğu təhlükəsizlik islahatları keçid ədaləti legitim hakimiyyət regional balans Сирия постасадовская трансформация восстановление институтов кризис безопасности переходный период Post-Assad Syria reconstruction state-building conflict recovery stability governance international involvement Esad sonrası Suriye yeniden yapılanma güvenlik boşluğu geçiş dönemi devlet kurumları reform 后阿萨德时代 叙利亚重建 国家治理 影子力量 地区安全 转型期 建设稳定

    #Əsəd rejiminin süqutu #Suriya böhranı #yeni Suriya hakimiyyəti #keçid dövrü Suriya #Suriyada Əsəd rejiminin devrilməsindən sonra dövlətin bərpa prosesi necə gedir? #Yeni Suriya hakimiyyəti qarşısında duran təhlükəsizlik və idarəetmə problemləri. #Suriyada kölgə strukturlarının dövlət quruculuğuna təsiri. #Post-müharibə Suriyada iqtisadiyyatın bərpası üçün lazım olan islahatlar. #Əsəddən sonra bir il: Suriya yeni mərhələyə qədəm qoyur #Yeni Suriya: təhlükəsizlik #idarəetmə və bərpa problemləri #Suriya keçid dövrü: dövlətin yenidən qurulması necə gedir? #Region üçün həlledici il: Suriya post-Əsəd dövrünü yaşayır #Suriya rejim dəyişikliyindən sonra nə yaşayır? #Yeni Suriya hakimiyyəti hansı çətinliklərlə üzləşir? #Suriya cəmiyyəti və dövlət — yenidən doğuluş mümkünmü? #What challenges does Syria face one year after Assad’s fall? #How is the new Syrian authority rebuilding state institutions? #One Year After Assad: Syria Enters a New Chapter #State-Building Challenges Define Syria’s Transition #Esad rejiminin düşüşünden sonra Suriye’de neler değişti? #Esad sonrası bir yıl: Suriye yeni döneme giriyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Eşq

    19 Yanvar 2026 11:48

    Prezidentliyin ilk ili: Tramp hakimiyyətin sərhədlərini necə genişləndirdi?

    19 Yanvar 2026 09:00

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    19 Yanvar 2026 01:00

    “Hizbullah” Aunun çağırışlarından narazıdır, lakin tək qalmaqdan ehtiyat edir

    18 Yanvar 2026 14:00

    Tramp və neft: ABŞ prezidenti niyə 1973-cü ilin siyasətini yürüdür?

    18 Yanvar 2026 12:00

    İranın təhlükəsizlik institutları: onların rolu və “Ali Rəhbər”lə münasibətləri necə tənzimlənir - Rejim gücünü hardan alır?

    18 Yanvar 2026 09:00

    İranda baş verən xalq etirazları İslam Respublikasının taleyini dəyişə bilər

    18 Yanvar 2026 05:00

    Əfqanıstan niyə “fətholunmaz” qaldı? Birinci İngilis–Əfqan Müharibəsinə baxış

    17 Yanvar 2026 18:00

    Qrenlandiya böhranı: Avropa Vaşinqtonun iddialarına qarşı mövqe sərgiləyir

    16 Yanvar 2026 15:00

    İslam dünyasında təhlükəsizlik əməkdaşlığının yeni formatı: Ər-Riyad, Ankara və İslamabad daha da yaxınlaşır

    16 Yanvar 2026 12:06

    Pakistan ərəb dünyasında hərbi təsirini genişləndirir

    16 Yanvar 2026 11:20

    Suriya böhranında İsrailin həqiqi niyyəti nədir - sülh, təzyiq, yoxsa parçalanma

    9 Sentyabr 2025 10:00
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycanda ölümlərin sayı artıb

    Ötən il nikahların və boşanmaların sayında azalma müşahidə olunub

    2025-ci ilin sonunda ölkə əhalisinin sayı 10,26 milyon nəfəri ötüb

    Keçən il Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 105 milyon dolları keçib (ÖZƏL)

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qətərdədir

    HƏMAS İsrail həbsxanalarındakı vəziyyəti insanlıq cinayəti adlandırıb

    Azərbaycanın Türkmənistandakı Səfirliyi 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırma tədbirləri keçirib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiyada “MESOB” dövlət xidməti mərkəzində olub

    TAYFUN BLOK-4 və hipersəs sistemləri 2026-cı ildə seriyalı istehsala keçir

    ROKETSAN keçən il ixracatda rekord artım nümayiş etdirərək 2 milyard dolları keçib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.