Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Kimdir

    Şuhada Davit kimdir?

    11 İyul 2024 09:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    İrlandiya əsilli dünyanın ən tanınmış müğənnilərindən biri olan , Şineyd O`Konnor ( ŞUHADA DAVİT ) 8 dekabr 1966-cı ildə Dublinin yaxınlığındakı Qlennagirdə qəsəbəsində anadan olub. Onun səkkiz yaşı olanda valideynləri boşanıblar. O, həvəssiz oxuduğu katolik məktəbindən qovulur, daha sonra mağaza oğurluğuna görə həbs edilir və Maqdalena sığınacağına göndərilir.

    Kiçik yaşlarından musiqiyə həvəsi olan , Şineyd qohumlarının toyunda Barbra Streisandın “Evergreen” mahnısını ifa edir və bununla da 15 yaşlı O'Konnor Bono və U2-nin himayədarı kimi tanınan İrlandiyalı In Tua Nua (İng. In Tua Nua) qrupunun nağaraçısı Paul Byrne-nin diqqətini çəkir. O'Konnor bir müddət qrupla birlikdə çalışıraq vokalist kimi çıxış edir. O öz debüt sinqlı olan "Take My Hand"i birlikdə yazır və təhsilini yarımçıq buraxır.

    O'Konnorun anası 1985-ci ildə avtomobil qəzasında ölür və bundan sonra o Dublin kafelərində mahnı oxumağa başlayır, daha sonra isə musiqi kollecinə daxil olur.

    1985-ci ildə O'Konnor Ensign Records şirkəti ilə müqavilə bağlayaraq Londona köçür. 1986-cı ildə "Əsir" filminin saundtreki ilə debüt edir. Uğurlu mahnı debütünə baxmayaraq, etiket trekləri onun ilk albomunu nəşr etməkdən imtina etdi. Sonra O'Konnor öz bəstələrini müstəqil şəkildə hazırlamağı başladı və yeni albom buraxaraq onu "The Lion and the Cobra" (1987) adlandırdı.

    Albomun buraxılmasından sonra verdiyi müsahibələrdə O'Konnor terror təşkilatı kimi tanınan IRA ( İralndiya Respublika Ordusunun) fəaliyyətini müdafiə etdi. Bu həmklarları və dinləyicilərin qəzəbinə səbəb oldu.

    Onun "I Want Your Hands On Me" 'Nightmare on Elm Street' qorxu filminin saundtrekində səslənib.

    1990-cı ildə ilk əri, nağara ifaçısı Con Reynoldsdan boşandıqdan sonra o, ikinci albomu olan I Do Not Want What I Haven't-ı yazdı. Bu diskin ortaya çıxması ilə O'Konnor super ulduz oldu, "Ən Yaxşı Alternativ Albom nominasiyasında bu diskə görə Grammy aldı.

    Bu diskdə olan mahnılar bir il ərzində ABŞ-ın musiqi restinqi cədvəlini tərk etmədi. Ən məşhur mahnısı dörd həftə ardıcıl olaraq ABŞ hit-paradında birinci olan "Nothing Compares 2 U" adlı hit sinqlı olub. Mahnının klipində O'Konnorun üzünün demək olar ki, hər zaman yaxından çəkilişləri əks olunub, müxtəlif emosiyaları ifadə edir. "Nothing Compares 2 U" hit sinqlı müğənni Prince tərəfindən yazılmış və ilk dəfə 1985-ci ildə “The Family” qrupu tərəfindən ifa edilmişdir.

    İSLAMI QƏBUL ETMƏSİ

    O'Konnor dörd dəfə ailə qurub, 2011-ci ilin sonunda evlənənə müğənni evləndikdən 16 gün sonra qərarın tələsik və səhv olduğunu etiraf edərək boşandı. Müğənninin dörd övladı var: bir qızı və üç oğlu.

    2017-ci ilin payızında o, rəsmi olaraq adını Magda Davitt olaraq dəyişdirdi. 2018-ci ilin oktyabrında o, Twitter-də İslamı qəbul etdiyini rəsmi olaraq elan etdi.

    “Müsəlman olmaqdan qürur duyduğumu bildirmək istəyirəm. Hər bir sağlam düşüncəli insanın yolunun təbii sonu budur. Müqəddəs mətnlərin hər hansı bir tədqiqi İslama gətirib çıxarır. Mənim yeni adım – “Şuhada”-dır.

    İrlandiyada yaşayan İmam Ömər əl-Qədrinin hüzurunda Şuhada - Allaha iman edərəm müsəlman olduğunu elan etdi.

    Şuhada Davit kimdir?
    #Şuhada Davit kimdir?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zahran Mamdani kimdir?

    5 Noyabr 2025 07:54

    Ən islahatçı ABŞ prezidenti - Teodor Ruzvelt kimdir?

    2 Noyabr 2025 10:00

    Teflon Don - Mafiya başçısı Con Qotti kimdir?

    1 Noyabr 2025 20:00

    Tanzaniyanın ilk qadın prezidenti Samia Suluhu Həsən kimdir?

    1 Noyabr 2025 19:33

    Sudanda ölümün siması - Əbu Lülü kimdir?

    30 Oktyabr 2025 18:00

    XX əsr sənətinin simvolu - Pablo Pikasso

    26 Oktyabr 2025 19:53

    Tufan Erhürman kimdir?

    25 Oktyabr 2025 20:00

    Baydenin süfrəsində vegetarian qonaq - çayçı oğlu Modi kimdir?

    19 Oktyabr 2025 12:57

    BMT baş katibliyinə namizəd - Diplomatik səmimiyyətin zirvəsindəki Rafael Qrossi kimdir?

    18 Oktyabr 2025 12:32

    UNESCO-ya rəhbərlik edən ilk ərəb Xalid əl-Ənani kimdir?

    15 Oktyabr 2025 11:50

    Marqaret Tetçer – baqqal qızı – Dəmir Ledi

    12 Oktyabr 2025 20:00

    İraq müharibəsinin memarı - Qəzzada sülh göyərçini - Toni Bleyer

    11 Oktyabr 2025 19:10
    Demo
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanı daha əlçatan turizm layihələrinə başlayır

    Tarixdə bu gün - 9 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 9 noyabr

    Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

    Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub

    Çin raket arsenalını genişləndirir

    Boliviyanın yeni Prezidenti Rodriqo Pas and içib

    Ərdoğan və Şərif Bakıda regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə ediblər

    Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb (FOTO)

    “Zəfər turu”: “Zirə” və “Turan Tovuz” arasında oyun qolsuz bərabərliklə başa çatıb (ƏLAVƏ OLUNUB)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.