Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Azərbaycan Yaxın Şərqdə çoxistiqamətli diplomatik xəttini gücləndirir-kimlər narahatdır?

    7 Dekabr 2025 11:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Azərbaycan Fələstin və Suriya ilə diplomatik münasibətlərini rəsmi səfərlər, beynəlxalq platformalarda ardıcıl mövqe və humanitar təşəbbüslər vasitəsilə gücləndirir. Bəziləri Azərbaycanın Yaxın Şərq siyasətinin olmadığı düşüncəsində olsalar da, əslində bu belə deyil. Azərbaycan iddia olunanların əksinə olaraq, İsrail, İran və Türkiyədən asılı olmayan müstəqil Yaxın Şərq siyasəti yürütməkdədir. Təbii ki, Bakının rəsmi Yaxın Şərq siyasətində adı sadalanan ölkələrlə, xüsusən də Türkiyə ilə siyasi məsləhətləşmələri var.

    Rəsmi Bakının bu istiqamətdə həyata keçirdiyi siyasət həm İslam həmrəyliyinə sadiqliyi, həm də Yaxın Şərqdə sabitlik və dialoqu dəstəkləyən strateji xətti əks etdirir. Azərbaycan bunu dəfələrlə sübüt edib.

    Təəssüflər olsun ki, bu gün bəzi ölkələrdə Azərbaycan əleyhinə bir çox sahələrdə qarayaxma kompaniyaı hələ də davam etməkdədir.Xüsusən də bu rəsmi Bakının Yaxın Şərq siyasəti ilə əlaqələndirilir. Güya Bakı, İsrail ilə əlaqəri üçün Ərəb-İslam dünyası, xüsusən də Fələstin ilə əlaqələrini qurban verməkdədir.Bu cəfəngiyatdan başqa bir şey deyil.

    Azərbaycan–Fələstin əlaqələri uzun illərdir yüksək diplomatik səviyyədə inkişaf edir. Fələstin Dövlətinin prezidenti Mahmud Abbasın Bakıya bir neçə rəsmi səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşləri iki ölkə arasında siyasi əməkdaşlığın möhkəm əsaslara söykəndiyini göstərir. Bu görüşlərdə Fələstin dövlətçiliyi, Qüdsün hüquqi statusu, iqtisadi əməkdaşlıq və humanitar dəstək məsələləri mütəmadi müzakirə olunur. Azərbaycan eyni zamanda Fələstin Dövlətinin Bakıdakı səfirliyinin fəaliyyətini də yüksək qiymətləndirir və rəsmi təmasların genişlənməsinə önəm verir.
    Qeyd etmək lazımdır ki, bu əlaqələrin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub. O Fələstin lideri Yasir Ərəfatla görüşü zamanı belə deyib : “Nəzərə çarpdırıram ki, Azərbaycan Fələstinin dostudur. Müstəqil Azərbaycan Respublikası Fələstin xalqının qəhrəmanlıq mübarizəsini həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir.”

    Ərəfat da cavabında ümummilli liderə , “ Vurğulayıram ki, biz Azərbaycanın dəstəyini həmişə hiss etmişik. Biz bununla fəxr edirik və bundan qüvvət, güc alırıq. Biz azərbaycanlılarla fələstinlilərin tarixi dostluq əlaqələrinin böyük əhəmiyyətini qeyd etməklə yanaşı, bu münasibətlərin daha da yaxşılaşdırılmasının vacib olduğunu vurğulayırıq.Əminik ki, İslam Konfransı Təşkilatının VIII zirvə görüşü Müsəlman Dünyası Birliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaqdır.” (Mənbə: "HEYDƏR ƏLİYEV İRSİ"BEYNƏLXALQ ELEKTRON KİTABXANA)

    Rəsmi Bakı BMT Baş Assambleyası, İƏT Zirvələri və digər beynəlxalq tədbirlərdə Fələstin xalqının legitim hüquqlarını müdafiə edən sənədlərin qəbulunda fəal iştirak edib. Azərbaycanın Qəzzaya humanitar yardım göndərməsi, beynəlxalq ictimaiyyəti mülki əhalinin müdafiəsinə çağırması Bakının prinsipial mövqeyinin davamıdır. Digər tərəfdən, Azərbaycan iki dövlətli həll prinsipini dəstəkləyən ölkələr sırasında ardıcıl yer tutur.

    Təəssüf olsun ki, bu gün həm Azərbaycan daxilində, həm də ölkə sərhədlərindən kənarda bəzi qeyri milli dairələrin olduqca güclü anti-Azərbacyan propaqandası aparanlar bu faktlara göz yumurlar. AzerVoice Analitik Təhlil Mərkəzinin apardığı araşdırma nəticəsində bəlli olur ki, xaricdə anti-Azərbaycan və Azərbaycanda anti-ərəb təbliğatı aparan qüvvələrin böyük əksəriyyəti ya İran ya da İsrail tərəfindən idarə olunurlar.

    Gələk Azərbaycan-Suirya münasibətlərinə
    Azərbaycan–Suriya münasibətləri də rəsmi səviyyədə əhəmiyyətli mərhələlərdən keçib. Suriyanın rəsmi nümayəndə heyətlərinin Bakıya səfərləri, çoxtərəfli formatlarda aparılan dialoqlar və BMT-də Azərbaycanın ardıcıl mövqeyi Suriya ilə münasibətlərin strateji-siyasi çərçivəsini gücləndirib. Azərbaycan Suriyanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir və münaqişənin siyasi həllinə dair beynəlxalq konsensusun vacibliyini vurğulayır.

    Humanitar sahədə də Bakı Suriyadakı mülki əhalinin vəziyyətinə həssas yanaşır. Azərbaycan suriyalı ailələr üçün ərzaq yardımı, tibbi ləvazimatlar və təhsil layihələrinə dəstək göstərib. Bu fəaliyyət regionda sabitliyə töhfə verən bir model kimi dəyərləndirilir.
    Onu da qeyd etmək lazmdır ki, Bəşşar Əsəd rejiminin devrilməsindən sonra Dəməşqə bir çox ərəb ölkələrindən öncə rəsmi təbrik məktubu Bakı göndərib.
    Yüksələn xət ilə davam edən bu əlaqələrdən narahat olan qüvvələr də az deyil.

    Bakı-Dəməşq əlaqələrindən ən çox narahat olan qruplar isə heç şübhəsiz İsrail və İran tərəfindən təbliğat mexanizminin lokomotivinə çevrilmiş qruplardır.

    Azərbaycanın həm Fələstin, həm də Suriya ilə diplomatik əlaqələri yalnız humanitar və siyasi dəstək xarakteri daşımır, eyni zamanda ölkənin Yaxın Şərqdə artan nüfuzunun mühüm göstəricisidir. Bakı balanslaşdırılmış siyasətini qoruyaraq həm müsəlman ölkələri ilə həmrəyliyi, həm də regional təhlükəsizlik proseslərində aktiv iştirakını uğurla birləşdirir. Bu isə İran və İsraildə olan dairələri olduqca qıcıqlandırmadadır.
    Azərbaycanın Yaxın Şərq siyasəti Fələstin və Suriya ilə məhdudlaşmır.
    Azərbaycan həmçinin Körfəz ölkələri ilə , Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Oman və İordaniya ilə yüksək səviyyəli diplomatik təmaslarını genişləndirir. Bu əlaqələr Yaxın Şərqdə Azərbaycanın siyasi çəkisini artıran mühüm faktorlardan biridir.

    Azərbaycanın çoxistiqamətli diplomatiyası ölkəyə regionda sabitlik təşəbbüslərinin mərkəzi aktoruna çevrilmək imkanı verir. Rəsmi Bakı həm humanitar proseslərdə, həm siyasi dialoq mexanizmlərində, həm də beynəlxalq təşkilatlarda fəallığını artıraraq Yaxın Şərqdə balanslaşdırılmış siyasətini möhkəmləndirir.

    Azərbaycan-İordaniya: Siyasi dialoq və müdafiə-təhlükəsizlik əməkdaşlığı genişlənir

    Azərbaycan ilə İordaniya arasında münasibətlər uzun illərdir strateji sabitliyə əsaslanır. İordaniya kralı II Abdullah ilə Prezident İlham Əliyev arasında görüşlər, Bakıda və Ammanda keçirilən rəsmi səfərlər iki ölkənin siyasi gündəmini ardıcıl şəkildə dərinləşdirib. Tərəflər təhlükəsizlik, müdafiə sənayesi, turizm, təhsil və mədəni irs sahələrində əməkdaşlığı genişləndirir.

    İordaniya parlamenti və hökumət nümayəndələrinin Bakıya mütəmadi səfərləri Qarabağın post-münaqişə dövründə bərpa prosesinə dəstək gündəliyini gücləndirib. Amman rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyərək rəsmi Bakının regional sülh təşəbbüslərini yüksək qiymətləndirib.

    Azərbaycan - İraq: Enerji, təhlükəsizlik və dini-diplomatik əlaqələr güclənir

    Azərbaycan–İraq əlaqələri son on ildə yeni mərhələyə keçib. İraqın xarici işlər nazirlərinin, parlament rəhbərlərinin və yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin Bakıya ardıcıl səfərləri enerji, nəqliyyat, dini əməkdaşlıq və təhlükəsizlik sahələrində qarşılıqlı anlayışı genişləndirib.

    Bakı və Bağdad arasında enerji ticarətinin artırılması, SOCAR layihələri, post-müharibə dövründə mina təmizləmə sahəsində təcrübə mübadiləsi əsas prioritetlər sırasındadır. İraq rəsmiləri Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfəni xüsusi olaraq vurğulayırlar.

    Azərbaycan - Misir: Qədim dostluq modern strateji tərəfdaşlıq mərhələsinə keçir

    Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə Prezident İlham Əliyev arasında keçirilən yüksək səviyyəli görüşlər iki ölkəni siyasi, iqtisadi və enerji sahələrində strateji tərəfdaşlığa yaxınlaşdırıb. Azərbaycan–Misir Biznes Şuralarının fəaliyyəti, turizm sahəsində qarşılıqlı uçuşların artırılması, enerji və bərpa olunan enerji layihələrində əməkdaşlıq perspektivləri gündəmdədir. Misir rəsmiləri Azərbaycanın İslam dünyasında sabitləşdirici rolu və Qafqaz regionunda yaratdığı yeni geosiyasi reallığın əhəmiyyətini qeyd edirlər.

    Azərbaycan – Səudiyyə Ərəbistanı: Strateji əməkdaşlığın yüksəksəviyyəli mərhələsi

    Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələr son illərdə ən dinamik inkişaf edən istiqamətlərdən biridir.

    Riyad və Bakı arasında enerji diplomatiyası, nəqliyyat-logistika əməkdaşlığı, “Yaşıl Səudiyyə” və “Yaşıl Azərbaycan” təşəbbüsləri çərçivəsində geniş tərəfdaşlıqlar formalaşıb.

    Səudiyyə Ərəbistanının Qarabağın bərpası layihələrinə dəstək verməyə hazır olduğunu bildirməsi iki ölkə arasında münasibətləri yeni strateji mərhələyə daşıyır.

    Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda ünvanladığı məkdtubda belə deyir : “Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini şərtləndirən başlıca amillərdəndir. Etibarlı tərəfdaşımız olan Səudiyyə Ərəbistanı ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin bugünkü səviyyəsi bizi sevindirir. Ölkələrimizin beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığını təqdir edir, gələn il Azərbaycanda İƏT-in Zirvə Görüşünün keçiriləcəyini məmnunluqla qeyd edirəm.

    Əminəm ki, zəngin mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından güc alan Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası əlaqələri və əməkdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir”

    Azərbaycan - Qətər: Enerji, investisiya və diplomatik tərəfdaşlığın genişlənməsi

    Azərbaycan-Qətər münasibətləri də son illər sürətlə dərinləşib. Doha və Bakı arasında yüksək səviyyəli rəsmi səfərlər, iqtisadi komissiyaların fəaliyyəti və investisiya layihələrinin həcmi Qətəri Azərbaycanın Körfəz regionunda ən aktiv diplomatik tərəfdaşlarından birinə çevirib.

    Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə Prezident İlham Əliyev arasında keçirilən görüşlər enerji investisiyaları, idman sahəsi, turizm infrastrukturu və humanitar layihələrin inkişafını prioritetləşdirir.

    Qətər Airlinesin Bakı istiqamətində uçuşlarının artırılması və yeni ticarət-logistika əməkdaşlığı Azərbaycan-Qətər əlaqələrinin genişlənməsini möhkəmləndirir.

    Azərbaycan-BƏƏ: Regional liderlik və strateji tərəfdaşlığın ən yüksək səviyyəsi

    Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan üçün yalnız iqtisadi deyil, həm də strateji, texnoloji və humanitar tərəfdaş kimi çıxış edir.

    Prezident İlham Əliyev ilə Əbu-Dabi Vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyan arasında keçirilən görüşlər ikitərəfli münasibətlərin regiondakı ən güclü siyasi-iqtisadi əməkdaşlıq modellərindən birinə çevrilməsinə şərait yaradıb.

    BƏƏ Azərbaycanın bərpa olunan enerji layihələrində əsas investor ölkələrdən biridir. Qaradağ Günəş Elektrik Stansiyası və digər iri layihələr iki ölkə arasındakı strateji əməkdaşlığın qlobal enerji xəritəsinə təsir edən nümunələrdəndir.

    Əlavə olaraq, Azərbaycan və BƏƏ müdafiə sənayesi, kosmik texnologiyalar, süni intellekt və “ağıllı şəhər” layihələrində çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirirlər.

    Eyni zamand Azərbaycan BƏƏ ilə hərbi sahədə də əməkdaşlığı genişləndirir. Bülə ki, bu ilin oktyabrında, İkitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.

    Bu ilin sentyabr ayında isə, Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşü olub.
    görüşdə çıxış edən Prezident İlham Əliyev belə deyib : “Biz Sizinlə həm Azərbaycanda, həm də Birləşmiş Ərəb Əmirliklərində tez-tez görüşürük. Siz keçən il iki dəfə Azərbaycana səfər etmisiniz. Bu il bir neçə ay bundan əvvəl mən Sizin ölkənizə səfər etmişəm. Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki Siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu, bizi, bütün Azərbaycan xalqını çox məmnun edir. Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub. Bu gün imzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. İmzalanmış hər bir sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir.

    Bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Biz hər zaman beynəlxalq təşkilatlarda bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik”

    Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan çıxış edərək belə deyib: “Qardaşım, cənab Prezident, Birləşmiş Ərəb Əmirlikləri Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olmasına çox böyük əhəmiyyət verir, Azərbaycan başda olmaqla, bütün xalqların mənafeyi üçün bölgənin bütün ölkələri ilə əlaqələrini və əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır. Bu xüsusda Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilmiş nailiyyətlərin və müsbət inkişafın davam etməsini səbirsizliklə gözləyirik. Bu münasibətlə Birləşmiş Ərəb Əmirlikləri dövlətinin regionda sülhün və əmin-amanlığın bərqərar olmasına, buradakı xalqların sülh şəraitində yaşamasına hər cür dəstək verməyə hazır olduğunu bir daha vurğulayırıq”

    Siyasi ekspertlər hesab edir ki, Azərbaycan bütün bu dövlətlərlə əlaqələrində balanslaşdırılmış diplomatiyanı, İslam həmrəyliyinə sadiqliyi,iqtisadi-ticari praqmatizmi, geosiyasi sabitlik missiyasını,humanitar təşəbbüsləri bir araya gətirir.

    Bu yanaşma Bakını Yaxın Şərqdə etibarlı, dialoq yönümlü və praqmatik aktor kimi möhkəmləndirir. Azərbaycan regionda həm siyasi müzakirələrdə, həm enerji i̇nteqrasiyasında, həm də humanitar yardım proseslərində önəmli funksional mövqe tutur.

    #Səudiyyə Ərəbistanı #Misir #İraq #Azərbaycan Yaxın Şərqdə çoxistiqamətli diplomatik xəttini gücləndirir #Bakı Fələstin və Suriya ilə münasibətləri dərinləşdirir #ərəb dünyası ilə strateji tərəfdaşlığı genişləndirir #Azərbaycan–İordaniya #Qətər və BƏƏ ilə əlaqələri yeni mərhələyə keçir #Azerbaijan strengthens its multi-vector Middle East diplomacy #From Jordan to the UAE: Azerbaijan elevates regional cooperation to a new stage #Азербайджан расширяет дипломатическую активность на Ближнем Востоке #Azerbaijan expands strategic partnerships across the Middle East #Baku positions itself as a key diplomatic actor between Arab states and regional powers #Azerbaijan deepens cooperation with Saudi Arabia #Qatar #Egypt and the UAE #Azərbaycan Yaxın Şərqdə hansı diplomatik modeli tətbiq edir? #Bakı ərəb ölkələri ilə əməkdaşlığı hansı sahələrdə genişləndirir?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədən Misirə tekstil ixracı artıb (ÖZƏL)

    7 Dekabr 2025 15:00

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    İraq Hizbullahı və Husiləri terror təşkilatı kimi qəbul etdi

    4 Dekabr 2025 14:08

    Səudiyyə Ərəbistanı və Bəhreyn arasında bir sıra yeni əməkdaşlıq sazişləri imzalanıb

    4 Dekabr 2025 10:30

    Qırğızıstanın 25 mindən çox vətəndaşı xaricdə səsvermədə iştirak edib - Qırğızıstan seçkiləri

    1 Dekabr 2025 10:04

    Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

    30 Noyabr 2025 19:12

    Türkiyədə Misir Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    28 Noyabr 2025 13:50

    Səudiyyə Hərbi Dəniz Qüvvələri Misirdə birgə dəniz təlimlərini tamamlayıb

    28 Noyabr 2025 12:32

    Azərbaycanın turizm imkanları Yaxın Şərqdə nümayiş etdirilib

    27 Noyabr 2025 11:42

    Fələstin dövlətinin yaradılması üçün tərəfdaşlarla iş davam etdiriləcək - Səudiyyə Ərəbistanı

    26 Noyabr 2025 14:42

    Türkiyədə Səudiyyə Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    25 Noyabr 2025 13:45
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Yaponiyada müsəlmanları harada dəfn edirlər?

    Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert proqramı ilə çıxış edib

    Türkiyədən Qazaxıstana polad ixracı artıb (ÖZƏL)

    “Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı

    Türkiyədən Misirə tekstil ixracı artıb (ÖZƏL)

    Fəlsəfə, dilçilik və siyasət kəsişməsində...Noam Çomski kimdir?

    Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb

    Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.