Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı iştirakçı sayı ilə rekord qırıb

    8 Dekabr 2025 10:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    17-28 noyabr tarixlərində Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) uğurlu nəticələrlə yadda qalıb. Tədbir iştirakçı sayı və yüksəksəviyyəli qonaqların iştirakı baxımından əvvəlki illərin nəticələrini üstələyərək rekord qırıb.

    Bu barədə AzerVoice-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

    “WTDC-25”də iştirak üçün ümumilikdə 2572 nəfər qeydiyyatdan keçib. Bu göstərici Bakı konfransını son illərdə təşkil edilən “WTDC”lər arasında ən yüksək iştirakçı sayına malik tədbirə çevirib. Müqayisə üçün bildirək ki, “WTDC-2017” 1360 fiziki iştirakçı, “WTDC-2022” isə ümumilikdə 1763 iştirakçı ilə keçirilib.

    “WTDC-25”, həmçinin yüksəksəviyyəli qonaqların sayına görə də seçilib. Konfransda 196 yüksəkvəzifəli qonaq iştirak edib. Bu, “WTDC-2022”dəki göstəricidən xeyli yüksəkdir və konfransın beynəlxalq səviyyədə artan əhəmiyyətini əks etdirir.

    Bakının ev sahibliyi etdiyi tədbirdə iştirakçı rahatlığı, təşkilati işlər, protokol, media və kommunikasiya məsələləri yüksək səviyyədə həyata keçirilib. Konfrans həm bu baxımdan, həm də beynəlxalq tərəfdaşların geniş iştirakını təmin etməsi baxımından yüksək qiymətləndirilib.

    “WTDC-25”in əsas nəticələrindən biri 2026 – 2029-cu illəri əhatə edən qlobal rəqəmsal inkişafın əsas bələdçisi rolunu oynayacaq Bakı Fəaliyyət Planının qəbulu oldu. Bu plan inkişaf etməkdə olan ölkələrin, xidmətlərdən kənarda qalan cəmiyyətlərin rəqəmsal ehtiyaclarına xüsusi diqqət yetirərək insan mərkəzli və inklüziv rəqəmsal inkişaf üçün strateji istiqamətləri müəyyən edir.

    Bu öhdəliyin əhəmiyyəti qlobal çağırışla vurğulanır: “Dünyada iki milyarddan çox insan hələ də internetə çıxışa malik deyil. Bakı Fəaliyyət Planı rəqəmsal iqtisadiyyatın faydalarının bütün cəmiyyətlər arasında paylanılması üçün vacib olan universal və əlçatan əlaqə təmin etməklə bu fərqi aradan qaldırmağa yönəlib”.

    #WTDC-25 Bakı konfransı #Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatı #Telekom sektorunun qlobal inkişafı #Rəqəmsal transformasiya təşəbbüsləri #İnformasiya-kommunikasiya texnologiyaları siyasəti #Rəqəmsal bərabərlik və inklüzivlik #Beynəlxalq telekommunikasiya əməkdaşlığı #İştirakçı sayı üzrə rekord #Yüksəksəviyyəli qonaqların iştirakı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Milli Məclisdə Azərbaycan dili ilə bağlı konfrans keçirilir

    8 Dekabr 2025 11:00

    Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı iştirakçı sayı ilə rekord qırıb

    8 Dekabr 2025 10:33

    Qubada ASAN Könüllüləri üçün insan hüquqları və mediasiya mövzusunda maarifləndirici görüş keçirilib

    7 Dekabr 2025 21:25

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər

    7 Dekabr 2025 17:59

    Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert proqramı ilə çıxış edib

    7 Dekabr 2025 16:05

    “Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı

    7 Dekabr 2025 15:55

    FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirib

    7 Dekabr 2025 12:59

    İndoneziyada daşqın qurbanlarının sayı 900 nəfəri ötüb

    6 Dekabr 2025 14:29

    Azərbaycan TDT ilə sosial sahədə təcrübə mübadiləsinə hazırdır - Nazir

    6 Dekabr 2025 13:15

    Türk Dünyasının Animasiya İrsi Bakıda nümayiş olunur

    6 Dekabr 2025 12:01

    "Boşluğa Xütbə" filminin premyerası olacaq

    6 Dekabr 2025 10:46

    Rusiyada güclü zəlzələ olub

    6 Dekabr 2025 09:25
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev İranın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

    Azərbaycan dilinin qorunması dövlət siyasətinin prioritet istiqamətidir – Sahibə Qafarova

    Milli Məclisdə Azərbaycan dili ilə bağlı konfrans keçirilir

    Türkiyədən Azərbaycana xalça ixracı 8 milyon dolları keçib (ÖZƏL)

    Ukrayna və Rusiya planı bəyənib, amma Zelenskidən əmin deyiləm - Tramp

    Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı iştirakçı sayı ilə rekord qırıb

    SEPAH niyə Suriyanı tərk etdi? Sızdırılan detallar və şok dialoqlar

    Bu gün onun doğum günüdür - Şuhada Davit kimdir?

    Suriya xalqının iradəsi dəyişimin mümkün olduğunu sübut etdi - Quterreş

    Antalyada 4,3 bal gücündə zəlzələ olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.