BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin Milli Müdafiə Naziri Yaşar Güler, rəsmi səfərlə Ankaraya gələn Suriya Müdafiə Naziri Murhef Əbu Kasra, Xarici İşlər Naziri Əsəd Həsən Şeybani və Ümumi Kəşfiyyat İdarəsinin rəhbəri Hüseyn əl-Səlimə ilə bir araya gəlib.
AzerVoice xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında yayılan məlumata görə, görüş Türkiyə Milli Müdafiə Nazirliyinin binasında baş tutub və ikitərəfli, həmçinin regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub.
Görüşdən sonra Türkiyə Milli Müdafiə Naziri Yaşar Güler və Suriya Müdafiə Naziri Murhef Əbu Kasra arasında Ortaq Təlim və Məşvərət Anlaşma Memorandumu imzalanıb.