BAKI, AzerVoice, Səməd Əyyubov
ABŞ-ın Tennessi ştatında güclü yağışlar və daşqınlar nəticəsində, aralarında bir uşağın da olduğu üç nəfər həyatını itirib.
AzerVoice-un məlumatına görə, Hemilton Bölgəsi Fövqəladə Halların İdarə Olunması Ofisinin sözçüsü Eymi Maksvell bildirib ki, Çattanuqa bölgəsində leysan zamanı üzərinə ağac aşan avtomobildəki biri uşaq olmaqla üç nəfər hadisə yerində ölüb.
Maksvell qeyd edib ki, bölgədəki ziyanın miqyası hələ müəyyənləşdirilməyib və gün ərzində aidiyyəti qurumlar tərəfindən qiymətləndirmə aparılacaq.
Şiddətli yağış və daşqın səbəbindən bölgədə fövqəladə vəziyyət elan olunub.
Xatırladaq ki, ötən ay ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində onlarla insan həyatını itirmişdi.