Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyədə cinayətkar dəstələrə qarşı əməliyyat: 70-ə yaxın şübhəli həbs olunub

    13 Avqust 2025 19:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Türkiyədə İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi əməkdaşları, cinayətkar dəstələrin ifşası və şübhəlilərin saxlanılması məqsədilə 15 iyul–13 avqust tarixləri arasında şəhər üzrə əməliyyatlar keçirib.

    AzerVoice-un məlumatına görə, araşdırmalar nəticəsində "iş yerinə atəş açma", "hədə-qorxu", "quldurluq", "qəsdən xəsarət yetirmə", "icazəsiz silah istehsalı" və "qaçaqmalçılıq" kimi cinayətlərdə iştirak edən şəxslərin kimliyi və ünvanları müəyyən edilib.

    Şəhərin Bağcılar, Kadıköy, Sarıyer, Şile, Sultanqazi, Bahçelievler, Beylikdüzü, Ataşehir, Bakırköy, Beşiktaş, Fatih, Silivri, Avcılar və Zeytinburnu rayonlarında keçirilən əməliyyatlar zamanı 42 hadisədə iştirak etdiyi müəyyən edilən 85 nəfər saxlanılıb.

    Ünvanlarda aparılan axtarışlarda 111 ədəd tapança, bir əl qumbarası, 751 ədəd patron, 474 silah mexanizmi, 124 lülə, cinayət yolu ilə əldə edildiyi ehtimal edilən 4 100 lirə və 17 960 avro pul vəsaiti aşkarlanıb.

    İstintaqdan sonra məhkəməyə çıxarılan şübhəlilərdən 69-u həbs olunub, 16 nəfər isə məhkəmənin qərarı ilə müəyyən məhdudiyyətlər qoyulmaqla azadlığa buraxılıb. Bundan başqa, 6 fərqli iş yerinə atəş açan 14 nəfər və silah alveri ilə məşğul olduğu müəyyən edilən iki nəfər də əməliyyat zamanı saxlanılıb.

    Bundan əvvəl, Türkiyənin 9 şəhərində keçirilən fırıldaqçılığa qarşı genişmiqyaslı əməliyyat nəticəsində 12 nəfərin həbs olunduğu bildirilmişdi.

    #Türkiyə #İstanbul Baş Prokurorluğu #mütəşəkkil cinayətkar #cinayət #cinayətlər #cinayət işi #Cinayətlərin qarşısının alınması #Cinayət şəbəkələri #Cinayət əməliyyatları #mütəşəkkil cinayətkarlığa qarşı əməliyyatlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əfqanıstan Pakistanla görüşlərə başladı, Türkiyə və Qətərə təşəkkür etdi

    31 Oktyabr 2025 12:30

    Türkiyənin yerli tankı “Altay” Bakı üçün də gərəkli ola bilər

    31 Oktyabr 2025 11:32

    Türkiyə Zəngəzur dəhlizinin reallaşmasına töhfə verməyi bir missiya hesab edir - Serdar Bahçıvan

    31 Oktyabr 2025 10:27

    Ərdoğan Almaniya kanslerinin İsraili müdafiə etməsinə etiraz edib

    30 Oktyabr 2025 21:45

    DEM heyəti ilə Ərdoğan arasında ilk görüş baş tutub

    30 Oktyabr 2025 20:42

    Türk-Alman əməkdaşlığı Avropanın təhlükəsizliyi üçün vazkeçilməzdir - Ərdoğan

    30 Oktyabr 2025 17:42

    Türkiyədə kibercinayətkarlara qarşı əməliyyat keçirilib

    30 Oktyabr 2025 12:11

    Atatürk Beynəlxalq Sülh Mükafatı Quterreşə təqdim ediləcək

    30 Oktyabr 2025 02:00

    Pezeşkian Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib

    29 Oktyabr 2025 17:05

    ABŞ Türkiyənin Respublika gününü təbrik edib

    29 Oktyabr 2025 16:45

    Azərbaycan regionda sülhün, sabitliyin və inkişafın simvoluna çevrilib – Şamil Ayrım

    29 Oktyabr 2025 12:15

    Bölgəsində lider, dünyada nüfuzlu Türkiyəni birlikdə inşa edəcəyik - Ərdoğan

    29 Oktyabr 2025 11:24
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Türkmənistana tekstil ixracı 11 milyon dolları keçib (ÖZƏL)

    Ceyhun Bayramov Peter Siyarto ilə görüşüb

    Türkiyə, Misir vasitəsilə Qəzzaya humanitar yardım göndərib

    İranla diplomatik əlaqələr vacibdir - Slovakiya

    Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan sərhədinə doğru yekun mərhələyə çatır - Hikmət Hacıyev

    Əfqanıstan Pakistanla görüşlərə başladı, Türkiyə və Qətərə təşəkkür etdi

    Tofiq Cavadovun 100 illik yubileyinə həsr olunmuş “Yarımçıq qalmış ömür” sərgisi açılıb

    ABŞ senatorları Trampın nüvə testi göstərişini tənqid etdi

    Sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard dolları keçib (ÖZƏL)

    Kral Çarlz qardaşı Endrunu titullarından və evindən məhrum edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.