Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Azərbaycan və Ermənistan arasında sülh prosesi Qəzzə və Suriya üçün nümunə ola bilər - Misir

    9 Avqust 2025 15:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice,Nailə Babazadə

    Türkiyənin Xarici İşlər naziri Hakan Fidan və Misirin Xarici İşlər naziri Bədir Əbdülati, Misirdə keçirdikləri görüşdən sonra birgə mətbuat konfransı təşkil ediblər.

    AzerVoice xəbər verir ki,görüşdə bölgə məsələləri, xüsusilə Suriya və Fələstindəki vəziyyət əsas gündəm mövzuları olub.

    Nazir Əbdülati çıxışında bildirib ki, Misir və Türkiyə Suriyanın ərazi bütövlüyünə və bütünlüyünə dəstək verir, eyni zamanda heç kimi istisna etməyən daxili siyasi həllin vacibliyi mövzusunda razılığa gəliblər.

    “Bölgənin ərazi bütövlüyünə hörmət göstərmək əsas məsələdir. Bu, yalnız Suriya üçün deyil, hər yer üçün keçərlidir. Beynəlxalq hüquqa hörmət prinsipi təməl olmalıdır. Hərbi yolla həll yoxdur. Hamımız siyasi həll yolunda anlaşmadığımız müddətdə çıxış yolu olmayacaq,” – deyə Əbdülati vurğulayıb.

    Əbdülati həmçinin bildirib ki, heç bir tərəf daha çox silaha sahib olduğu üçün başqa bir ölkənin daxili işlərinə qarışa bilməz.

    Nazir, Qəzzədə yaşanan humanitar faciənin də Hakan Fidanla görüşlərinin əsas mövzularından biri olduğunu bildirib və bölgədə sabitliyin yalnız siyasi yanaşma ilə əldə edilə biləcəyini qeyd edib.

    Nazir Əbdülati həmçinin Azərbaycan və Ermənistan arasında əldə olunacaq mümkün razılaşmanı ümidlə qarşıladıqlarını bildirib:

    “Bu konstruktiv mövqenin davam etməsini və onun bölgəmizə də müsbət təsir göstərməsini gözləyirik. Eyni mövqenin Fələstin məsələsinə də əks olunmasını arzulayırıq. Siyasi həll yollarına açıq vizyonları dəstəkləyirik. Bizə sabitlik gətirəcək yanaşmalara ehtiyac var.”

    #Fələstin #Qəzza zolağı #Hakan Fidan #Misir #Türkiyə XİN #Suriya #Azərbaycan-Ermənistan #Qəzza hücumu #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya siyasi həll #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Humanitar fəlakət Qəzza #Misir-Azərbaycan Dostluq Cəmiyyəti #Türkiyə Misir müdafiə əməkdaşlığı #Türkiyə-Misir strateji əməkdaşlığı #ABŞ Azərbaycan Ermənistan münasibətləri #Azərbaycan Ermənistan sülh razılaşması #Azərbaycan Ermənistan danışıqları #ABŞ Azərbaycan Ermənistan liderlər görüşü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    Türkiyənin Misir bazarına mebel satışı azalıb (ÖZƏL)

    11 Fevral 2026 09:00

    Misirdə kabinet islahatı: Prezident Sisi yeni hökumətin hədəflərini açıqlayıb

    10 Fevral 2026 16:57

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    10 Fevral 2026 12:52

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    İran ABŞ-la nüvə danışıqları barədə region ölkələrini məlumatlandırıb

    10 Fevral 2026 10:11

    Qahirə Universitetində Azərbaycan dili dərsləri davam edir

    9 Fevral 2026 15:50

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22
    Demo
    XƏBƏR LENTİ

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib

    ASELSAN Bakı-nın 28-ci ildönümü qeyd olunur

    Azərbaycan və Çin metrologiya sahəsində əməkdaşlıq edəcək

    Türkiyə istehsalı pilotsuz dəniz vasitələri Səudiyyədə

    İran rejimi və nüvə təhlükəsi: regional gərginlikdə yeni mərhələ

    Prezident İlham Əliyev: Azərbaycanın xarici siyasətində müsəlman və ərəb ölkələri ilə əlaqələr prioritetdir

    Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Pezeşkian Prezident İlham Əliyevə təşəkkür edib

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.