BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani ilə keçirdiyi görüşdən sonra bəyanatla çıxış edib.
AzerVoice xəbər verir ki,nazir Fidan çıxışında Suriyada yeni bir dövrün başladığını bildirib.
Onun sözlərinə görə, bu yeni prosesdən narahat olan bəzi qüvvələr vəziyyəti mənfi istiqamətə yönəltməyə çalışır. Fidan bildirib ki, Süveyda bölgəsində baş verən hadisələrdə əsas rol oynayan qüvvələrdən biri İsraildir və İsrail bölgədə nüfuzunu genişləndirməyə çalışır.
Nazir həmçinin qeyd edib ki, yeni Suriya bütün xalqların, inancların və mədəniyyətlərin qorunduğu, insanların birgə yaşaya bildiyi bir ölkə olmalıdır. Fidan əlavə edib ki, Türkiyə bu istiqamətdə tövsiyələr verir və dəstəyini davam etdirir.