BAKI, AzerVoice, Səməd Əyyubov
Türkiyənin Muğla vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 20:39-da (Bakı vaxtı ilə saat 21:39) baş verib. Yeraltı təkanların ocağı 56,87 kilometr dərinlikdə yerləşib.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.
Xatırladaq ki, Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində 16 bina çökmüşdü, bir nəfər isə həyatını itirmişdi. Zəlzələ Balıkesir vilayəti ilə yanaşı ölkənin digər bölgələrində də hiss olunmuşdu.