Əsas səhifə » Ferstappen Britaniya Qran-Prisinin təsnifat mərhələsinin qalibi olub

Ferstappen Britaniya Qran-Prisinin təsnifat mərhələsinin qalibi olub

BAKI, AzerVoice

“Formula-1” üzrə dünya çempionatının 12-ci mərhələsi olan Britaniya Qran-Prisinin təsnifat mərhələsinin qalibi “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen olub.

AzerVoice xəbər verir ki, son dörd mövsümdə çempion olan 27 yaşlı pilot bu mövsümdə dördüncü, karyerasında isə 44-cü poul mövqeyini qazanıb.

İkinci yerdə “McLaren” pilotu, avstraliyalı Oskar Piastri, üçüncü yerdə isə onun komanda yoldaşı, britaniyalı Lando Norris qərarlaşıb.

Ümumi sıralamada Piastri 216 xalla birinci yerdədir. Onu 201 xalla Norris və 155 xalla Ferstappen izləyir.

Britaniya Qran-Prisi iyulun 6-da Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice