BAKI, AzerVoice, Səməd Əyyubov
“Ferrari” komandasının monakolu pilotu Şarl Lekler, 2025-ci il “Formula-1” dünya çempionatının 14-cü mərhələsi olan Macarıstan Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.
AzerVoice xəbər verir ki, yarışlar “Hungaroring” trasında keçirilir.
İlk üçlüyə həmçinin “McLaren” komandasının pilotları - avstraliyalı Oskar Piastri və britaniyalı Lando Norris daxil olublar.
Qran-pri yarışı avqustun 3-də Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Xatırladaq ki, bundan əvvəl Oskar Piastri çempionatın 13-cü mərhələsi olan Belçika Qran-prisində qələbə qazanmışdı.