17
BAKI, AzerVoice
Britaniyalı pilot Lando Norris “Formula-1” üzrə 2025-ci il dünya çempionatının səkkizinci mərhələsi – Monako Qran-prisinin sıralama turunun qalibi olub.
AzerVoice xəbər verir ki, o “McLaren” komandasının heyətində birinci yeri tutub.
İkinci yeri “Ferrari” komandasının monakolu pilotu Şarl Lekler, üçüncü yeri isə yenə “McLaren” pilotu, avstraliyalı Oskar Piastri qazanıb.
Qeyd edək ki, Monako Qran-prisi bazar günü keçiriləcək əsas yarışla yekunlaşacaq. Qran-priyə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.