11
BAKI, AzerVoice
Britaniyalı pilot Lando Norris, Formula 1 dünya çempionatının 11-ci mərhələsi olan Avstriya Qran-Prisinin qalibi olub.
AzerVoice xəbər verir ki, yarış Avstriyanın “Red Bull Rinq” avtodromunda keçirilib.
Norrisin komanda yoldaşı, avstraliyalı Oskar Piastri ikinci yeri tutub. Üçüncü yerdə isə “Ferrari” pilotu, monakolu Şarl Lekler qərarlaşıb.
Çempionatın 12-ci mərhələsi 4–6 iyul tarixləri arasında Böyük Britaniyada, “Silverstone” avtodromunda keçiriləcək.