10
BAKI, AzerVoice
“McLaren” komandasının britaniyalı pilotu Lando Norris “Formula 1” üzrə 2025-ci il dünya çempionatının 13-cü mərhələsi olan Belçika Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.
AzerVoice xəbər verir ki, yarışlar “Spa-Francorchamps” avtodromunda keçirilir.
İkinci yeri “McLaren”dən avstraliyalı Oskar Piastri, üçüncü yeri isə “Ferrari”nin monakolu pilotu Şarl Lekler tutub.
Əsas yarış 27 iyul tarixində baş tutacaq.
Xatıradaq ki, bundan əvvəl “Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen Böyük Britaniya Qran Prisinin seçmə mərhələsində birinci yeri tutmuşdu.