Əsas səhifə » Real Madrid Qrimaldonun transferini gündəmə gətirib

Real Madrid Qrimaldonun transferini gündəmə gətirib

BAKI,AzerVoice

Real Madrid, sol cinah müdafiəçisi axtarışında Benfikanın futbolçusu Alvaro Carrerasla bağlı danışıqlar nəticəsiz qaldıqdan sonra diqqətini Bayer Leverkuzenin müdafiəçisi Alejandro Grimaldoya yönəldib.

AzerVoice xəbər verir ki, Carrerasla maraqlanan Madrid klubu, Benfikanın 50 milyon avro tələbini qəbul etməyib. Futbolçunun Real Madridə keçmək istəməsinə baxmayaraq, Portuqaliya təmsilçisi qiymətdən geri çəkilmir.

Bunun fonunda Madrid klubu daha münasib alternativ kimi Qrimaldonu nəzərdən keçirməyə başlayıb.

29 yaşlı ispaniyalı müdafiəçi ötən mövsüm Leverkuzen forması ilə 10 qol və 7 assistlə yadda qalıb. Qrimaldo Barselonanın La Masia akademiyasının yetirməsidir. Daha sonra Benfikada çıxış edib və hazırda Bundesliqada Xabi Alonsonun rəhbərliyi altında oynayır. Məhz Alonso ilə keçmiş iş birliyi onun Real Madrid üçün uyğun transfer namizədi olmasına səbəb olur.

Real Madridin hazırkı əsas sol cinah müdafiəçisi Ferlan Mendinin gələcəyi sual altındadır. Klubda qalması planlaşdırılan Fran Qarsiya isə ehtiyat oyunçu rolunu oynayacaq. Bu səbəbdən, Qrimaldonun həm təcrübəsi, həm də taktiki uyğunluğu Kral Klubu üçün cəlbedici sayılır.

Real Madridin yaxın həftələrdə Qrimaldo ilə rəsmi danışıqlara başlaması gözlənilir. Futbolçunun İspaniyaya qayıtmaq istəyi və Alonso ilə münasibətləri bu transferi sürətləndirə bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice