Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Rusiya Avropa ölkələrinin İrana qarşı addımlarını qınayıb

    29 Avqust 2025 13:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Rusiya Xarici İşlər Nazirliyi Fransa, Almaniya və Böyük Britaniyanın (E3) BMT-nin sanksiyalarını bərpa etmək üçün “Snapback” mexanizmini işə salmaq qərarını sərt şəkildə pisləyib.

    AzerVoice xəbər verir ki, Moskvanın avqustun 29-da yaydığı açıqlamada bildirilir ki, Avropa üçlüyünün bu addımı hüquqi əsasdan məhrumdur və beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməlidir.

    Nazirlik bəyan edib ki, Böyük Britaniya, Almaniya və Fransanın bu cəhdləri diplomatik səyləri zəiflədən, İranın nüvə proqramının sülh məqsədləri ilə bağlı şübhələri aradan qaldırmaq istiqamətindəki addımları əngəlləyən “ciddi təxribatçı faktor” kimi qiymətləndirilir.

    “İyunda İrana qarşı baş verən xarici təcavüzün də göstərdiyi kimi, gərginliyin daha da dərinləşməsi beynəlxalq sülh və təhlükəsizlik üçün ağır nəticələr doğura bilər” – deyə nazirlik bəyan edib.

    Rusiya tərəfi həmçinin Avropa ölkələrinin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin hüquqi çərçivəsi kənarında hərəkət etməsini və öhdəlikləri pozaraq digər dövlətləri birtərəfli mövqeyə yönəltməsini “qəbuledilməz və qınanmalı” adlandırıb.

    Nazirlik sonda Avropa ölkələrini “yanlış qərarlarını” yenidən nəzərdən keçirməyə çağıraraq, əks halda bu addımların “geridönməz nəticələr və yeni faciələrə” yol aça biləcəyini vurğulayıb.

    #İran #Almaniya #Avropa #Rusiya #BMT #Moskva #Fransa #Böyük Britaniya #London #Paris #Tehran #BMT Təhlükəsizlik Şurası #BMT Təhlükəsizlik Şurası və İran #Avropa üçlüyü və İran #Berlin
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran vətəndaşı MOSSAD ilə əlaqələrinə görə edam edildi

    20 Dekabr 2025 12:04

    Putinin xüsusi nümayəndəsi ABŞ-a gedib

    20 Dekabr 2025 11:29

    Dolayı müharibə strategiyası: Fransanın yeni hərbi aləti

    20 Dekabr 2025 10:14

    İran nüvə obyektlərinin vəziyyəti barədə BAEA-ya məlumat təqdim etməyib - Qrossi

    20 Dekabr 2025 09:55

    Deşam Səudiyyə Ərəbistanı millisini çalışdıra bilər

    20 Dekabr 2025 09:40

    Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirilib

    20 Dekabr 2025 09:37

    "Arsenal"ın ən çox qazanan futbolçusu olacaq

    20 Dekabr 2025 09:23

    Rubio Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyişin əldə edildiyini açıqlayıb

    20 Dekabr 2025 09:19

    Bu gün Berlin Divarı ilk dəfə açıldı

    20 Dekabr 2025 09:00

    Mediada İnklüziv Dildən İstifadənin Təşviqi mövzusunda seminar keçirilir

    18 Dekabr 2025 11:22

    Parisdə Fransa, Səudiyyə Ərəbistanı, ABŞ və Livanın iştirakı ilə dördtərəfli görüşü keçiriləcək

    18 Dekabr 2025 09:40

    3 il öncə bu gün Messi dünya kubokunu qazandı, Argentina Fransanı məğlub etdi

    18 Dekabr 2025 09:30
    Demo
    XƏBƏR LENTİ

    İran vətəndaşı MOSSAD ilə əlaqələrinə görə edam edildi

    Pakistanın sabiq Baş nazirinə hökm oxundu

    Putinin xüsusi nümayəndəsi ABŞ-a gedib

    Coşua Ceyk Polu məğlub etdi

    Strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyirik - ABŞ səfirliyi

    Epşteyn sənədləri yayımlandı - Bill Klinton, Maykl Cekson və başqaları...

    Dolayı müharibə strategiyası: Fransanın yeni hərbi aləti

    Azərbaycan nefti bahalaşıb

    Misli Premyer Liqasında 16-cı turun oyunları keçiriləcək

    İran nüvə obyektlərinin vəziyyəti barədə BAEA-ya məlumat təqdim etməyib - Qrossi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.