Axtarış nəticələri "Donald Tramp" (2330)

Almaniya Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun bu gün Qrenlandiyanı tərk edəcəyi bildirilib. Almaniya Xəbər Agentliyinə (DPA) danışan hərbi rəsmi 15 əsgərdən ibarət heyətin mülki təyyarə ilə Kopenhagenə yola düşəcəyini açıqlayıb. Heyətin qarşıya qoyulan vəzifəni yerinə yetirdiyini qeyd edən rəsmi kəşfiyyat nəticələrinin yaxın günlərdə qiymətləndiriləcəyini vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampın İran hakimiyyətinin 800-dən çox edam qərarını ləğv etməsi barədəki açıqlamalarına reaksiya verib. Bəqayi həftəlik mətbuat konfransında çıxış edərək bu ifadələri məsuliyyətsiz və həqiqətdən uzaq adlandırıb. O qeyd edib ki, məhkəmə prosesləri müəyyən zaman tələb edir və bu qədər əhəmiyyətli məsələ barədə belə sürətli qərar verilməsi hüquqi baxımdan mümkün deyil.

İranın ali rəhbəri Əli Xamenei ölkədə baş verən iğtişaşlarda yenidən ABŞ-ni günahlandırıb və bildirib ki, Tehran “müharibə istəmir”, lakin “ölkə daxilində iğtişaş törədənlərə göz yumulmayacaq”.Etirazların başlamasından sonra üçüncü dəfə çıxış edən Xamenei deyib ki, Vaşinqton öz maraqları naminə müxtəlif hazırlıqlar və vasitələrlə ölkədə “fitnə” yaradıb. Onun sözlərinə görə, bu addımlar “yetərli deyil” və ABŞ buna görə “məsuliyyət daşımalıdır”.

2025-ci ilin dekabrında başlayan və qısa müddətdə ölkənin əksər əyalətlərini əhatə edən kütləvi etirazlar İslam Respublikasının mövcud idarəçilik modelini sarsıdıb. Etirazların yüzlərlə insanın ölümü, minlərlə şəxsin həbs olunması ilə müşayiət olunmasına baxmayaraq, proseslər rejimin daxili dayaqlarına birbaşa təsir göstərib. Müşahidəçilərin fikrincə, hazırkı mərhələdə sistem qısa müddətdə çökməsə də, bu xalq hərəkatı ölkə daxilində elitalar arasında güclənən rəqabəti daha da kəskinləşdirib. Xüsusilə 86 yaşlı ali rəhbər Əli Xameneinin mümkün varisliyi ətrafında formalaşan ziddiyyətlər İslam Respublikasının gələcək mahiyyətini müəyyən edəcək əsas faktor kimi qiymətləndirilir.

İsrail Qəzza zolağında fəaliyyət göstərən fələstinli silahlı qruplara, o cümlədən “HƏMAS”a silahların tam şəkildə təhvil verilməsi üçün iki ay müddət tanıyıb. İsrail mənbələrinin bildirdiyinə görə, Tel-Əviv bu müddət ərzində “HƏMAS”ın silahsızlaşdırılmaması halında İsrail ordusunun yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı barədə xəbərdarlıq edib. Qərarın ABŞ-la tam koordinasiya şəraitində verildiyi və silahsızlanmanın məzmunu, meyarları və icrasının İsrail tərəfindən müəyyən ediləcəyi qeyd olunur.

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya üzərində ABŞ nəzarətinə qarşı çıxan Avropa müttəfiqlərinə qarşı iqtisadi təzyiqləri artırmaq niyyətində olduğunu bəyan edib.Donald Tramp “Truth Social” platformasında yaydığı açıqlamada Danimarka, Finlandiya, Fransa, Almaniya, Norveç, İsveç, Niderland və Böyük Britaniyaya qarşı tariflərin tətbiq ediləcəyini bildirib. Prezidentin sözlərinə görə, fevralın 1-dən etibarən bu ölkələrə 10 faiz həcmində gömrük rüsumları qüvvəyə minəcək, iyunun 1-dən isə tariflər 25 faizə yüksələcək. Tramp qeyd edib ki, bu tədbirlər ABŞ-ın Qrenlandiyanı əldə etməsi ilə bağlı razılaşma əldə olunana qədər davam edəcək.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanettin Duran BMT Təhlükəsizlik Şurasının 2803 saylı qərarı ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən açıqlanan Qəzza münaqişəsinə son qoymaq üçün Kompleks Planın dəstəklənməsinə qərar verildiyini xatırladıb. Bu çərçivədə Qəzzada təhlükəsizliyin təmin edilməsi və bölgənin yenidən qurulmasından məsul olacaq Sülh Şurası və müvafiq qurumların təsis edildiyi bildirilib.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Prezidenti Donald Trampın Misir və Efiopiya arasında Nil çayı suları ilə bağlı yaranmış mübahisəni həll etmək üçün təqdim etdiyi vasitəçilik təklifini yüksək qiymətləndirdiyini bildirib. Şənbə günü sosial media hesabı vasitəsilə açıqlama verən Sisi, Trampın məktubuna cavab olaraq Misirin mövqeyini və Efiopiyanın "Böyük Efiopiya İntibah Bəndi" (GERD) layihəsi ilə bağlı su təhlükəsizliyi qayğılarını bir daha təsdiqlədiyini qeyd edib.

ABŞ Prezidenti Donald Tramp 13 yanvar, çərşənbə axşamı kütləvi etirazlar fonunda İrana hücum əmrini vermək niyyətində olub, lakin son anda bu qərarından imtina edib. Nəşr bildirir ki, Tramp axşam saatlarında əmri verməyə meylli olub və Pentaqona İran üzərinə hücuma hazırlıq göstərişini verib. Lakin prezident məsləhətçilərinin arqumentləri onun fikrini dəyişməsinə səbəb olub. Məsləhətçilər yalnız sürətli hava zərbələri ilə İran rejimini devirmək barədə zəmanət verə bilməyəcəklərini qeyd ediblər.

ABŞ Prezidenti Donald Tramp, ölkəsinin Qrenlandiya üzərində nəzarəti ələ keçirmək planını dəstəkləməyən dövlətlərə gömrük vergiləri tətbiq edə biləcəyini açıqlayıb. Bu fikir, NATO müttəfiqi Danimarka-nın yarımuxtar bölgəsinə yönəlmiş son təhdidlərindən sonra yenidən gündəmə gəlib. Tramp bildirib ki, Avropa müttəfiqləri ABŞ-ın təşəbbüsünü dəstəkləməkdə israr etməsələr, dərman məhsullarına gömrük vergisi tətbiq edə bilər.

ABŞ prezidenti Donald Tramp Qəzza üzrə atəşkəs razılaşmasının ikinci mərhələsinin başlanması fonunda HƏMAS-a qarşı yeni və sərt tələblər irəli sürüb. Donald Tramp sosial şəbəkə paylaşımında HƏMAS-ın dərhal silahsızlanmalı olduğunu bəyan edib və qrupla bağlı hədələyici ifadələr işlədib. ABŞ prezidenti HƏMAS-dan son israilli girovun cəsədinin təxirəsalınmadan İsrailə qaytarılmasını tələb edib və silahsızlanmanın “ya asan, ya da çətin yolla” həyata keçiriləcəyini bildirib.

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında sülhün təmin olunması məqsədilə yeni beynəlxalq mexanizmin formalaşdırıldığını açıqlayıb. ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında yaydığı bəyanatda Qəzzada Sülh Şurasının yaradıldığını və qurumun üzvlərinin yaxın vaxtlarda açıqlanacağını bildirib. O, bu şuranın indiyədək formalaşdırılmış ən böyük və ən nüfuzlu beynəlxalq qurumlardan biri olacağını vurğulayıb.

ABŞ administrasiyası Yaxın Şərqdəki hərbi imkanlardan istifadə etməklə İrana zərbələr endirilməsi ssenarilərini dəyərləndirir. ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqdə yerləşən Amerika esmineslərindən buraxılan “Tomahawk” tipli qanadlı raketlərin İrana qarşı tətbiqini nəzərdən keçirir. Məlumata əsasən, mümkün əməliyyat çərçivəsində ABŞ-ın regiondakı hərbi bazalarından qalxa bilən döyüş təyyarələri və bombardmançıların da istifadəsi istisna edilmir.

ABŞ-da apellyasiya məhkəməsi fələstinli fəal Mahmud Xəlilin saxlanılması və deportasiyasına qarşı verdiyi müraciətin rədd edilməsinə qərar verib. Qərar Donald Tramp administrasiyasının mövqeyinə hüquqi üstünlük qazandırıb. Qərar Xəlilin yenidən saxlanılması ehtimalını artırır. O, ötən il immiqrasiya orqanları tərəfindən həbsdə saxlanıldığı müddətdə ilk övladının doğumunda iştirak edə bilməyib. Hüquq müdafiəçiləri bildirirlər ki, Xəlilin vəkilləri apellyasiya qərarından yuxarı instansiyaya şikayət verə bilərlər.

ABŞ-ın Qrenlandiyanı nəzarətə götürmək niyyəti ilə bağlı Vaşinqtonda keçirilən danışıqlar uğursuzluqla nəticələndikdən sonra Avropa ölkələri adaya hərbi personal göndərməyə başlayıb. Fransa, İsveç, Almaniya və Norveç Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə kəşfiyyat missiyası çərçivəsində hərbçilər yerləşdirəcəklərini elan ediblər. Qrenlandiya Baş nazirinin müavini Mute Egede bildirib ki, bölgədə NATO hərbçilərinin, hərbi uçuşların və gəmilərin sayının artması gözlənilir. Fransa Prezidenti Emmanuel Makron ilk hərbi heyətin artıq yola düşdüyünü təsdiqləyib. Almaniya isə Danimarkanın dəvəti ilə 13 nəfərlik kəşfiyyat qrupunu bölgəyə göndərib.

ABŞ administrasiyası Qəzzada atəşkəs planının ikinci mərhələsinə keçildiyini açıqlayıb. Bu mərhələ HƏMAS-ın tərksilah edilməsi, müharibədən ciddi zərər görmüş ərazinin bərpası və Qəzzanın idarəçiliyini həyata keçirəcək fələstinli texnokratlardan ibarət müvəqqəti qurumun yaradılmasını nəzərdə tutur. ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, Tramp administrasiyasının vasitəçiliyi ilə əldə olunan razılaşma iki illik müharibədən sonra yeni mərhələyə daxil olub. Onun sözlərinə görə, bu mərhələdə Qəzzada texnokrat hökumət formalaşdırılacaq və proses ABŞ nəzarəti altında həyata keçiriləcək.

Venesuela Parlamentinin sədri Xorxe Rodriqes çərşənbə axşamı çıxış edərək bildirdi ki, ölkədə 400-dən çox məhbus buraxılıb. Bu açıqlama insan hüquqları qruplarının son günlərdə yalnız 60–70 məhbusun sərbəst buraxıldığı iddiası ilə ziddiyyət təşkil edir. Rodriqes parlamentdə çıxış edərək deyib ki, buraxılanlar siyasi məhbuslar deyil, qanunu pozmuş və konstitusiyanı pozmaqda ittiham olunan şəxslərdir. O, bu addımı “sülh jesti” kimi xarakterizə edib, lakin dəqiq zaman çərçivəsi təqdim etməyib.

İran ABŞ-ın ölkəyə mümkün hərbi müdaxiləsi halında regionda yerləşən ABŞ hərbi bazalarına zərbələr endirə biləcəyi barədə ABŞ qoşunlarına ev sahibliyi edən qonşu dövlətləri xəbərdar edib. Məlumata əsasən, ABŞ-ın regiondakı əsas hərbi obyektlərindən biri olan Qətərdəki Əl-Udeyd aviabazasında xidmət edən bəzi amerikalı personalın təhlükəsizlik məqsədilə bazanı tərk etməsi tövsiyə olunub. Diplomatlar bu addımı “mövqe dəyişikliyi” kimi qiymətləndirib və hələlik genişmiqyaslı hərbi evakuasiya əlamətlərinin müşahidə olunmadığını bildiriblər.

Qətərin sabiq baş naziri və xarici işlər naziri Həmd bin Cəssim bin Cabir Al Sani ABŞ ilə İran arasında mümkün hərbi qarşıdurmanın region üçün ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. O, Vaşinqton və Tehran arasında ciddi və qısa danışıqların vacibliyini vurğulayaraq, hərbi eskalasiyanın Yaxın Şərqin sabitliyini təhlükə altına atacağını bildirib. Sabiq baş nazir İran daxilində sabitliyin pozulmasının nəticələri bəlli olmayan xaosa yol aça biləcəyini qeyd edib. Açıqlama regional gərginliyin artdığı bir dövrdə yayımlanaraq sosial şəbəkələrdə geniş və ziddiyyətli müzakirələrə səbəb olub.