BAKI,AzerVoice, Fərid Mikayılov
ABŞ Prezidenti Donald Tramp, ölkəsinin Qrenlandiya üzərində nəzarəti ələ keçirmək planını dəstəkləməyən dövlətlərə gömrük vergiləri tətbiq edə biləcəyini açıqlayıb.
AzerVoice xəbər verir ki, Tramp uzun müddətdir ABŞ-ın Qrenlandiyanın nəzarətini ələ keçirməsi lazım olduğunu müdafiə edir.
Bu fikir, NATO müttəfiqi Danimarka-nın yarımuxtar bölgəsinə yönəlmiş son təhdidlərindən sonra yenidən gündəmə gəlib.
Tramp bildirib ki, Avropa müttəfiqləri ABŞ-ın təşəbbüsünü dəstəkləməkdə israr etməsələr, dərman məhsullarına gömrük vergisi tətbiq edə bilər.
Ağ Evdən gələn bu təhdidlərə baxmayaraq, Tramp hələlik gömrük tariflərindən istifadə edəcəyi barədə rəsmi addım atmayıb.
Qeyd edək ki, bu həftə Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri ABŞ-ın vitse-prezidenti Cey di Vens və dövlət katibi Marco Rubio ilə Vaşinqtonda görüşüb. Görüş iki tərəf arasında dərin fikir ayrılıqlarını həll etməyib, lakin müxtəlif baxışları araşdırmaq üçün işçi qrupu yaradılması qərara alınıb.