Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İran ABŞ bazalarını hədəfə alacağı ilə bağlı xəbərdarlıq edib

    14 Yanvar 2026 17:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    İran ABŞ-ın ölkəyə mümkün hərbi müdaxiləsi halında regionda yerləşən ABŞ hərbi bazalarına zərbələr endirə biləcəyi barədə ABŞ qoşunlarına ev sahibliyi edən qonşu dövlətləri xəbərdar edib.

    AzerVoice xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən yüksəkvəzifəli iranlı rəsmi məlumat verib.

    Onun sözlərinə görə, Tehran Vaşinqtonun İranda davam edən hökumət əleyhinə etirazlara müdaxilə planlarının qarşısını almaq məqsədi ilə regional tərəfdaşlara açıq mesaj ötürüb.

    Məlumata əsasən, ABŞ-ın regiondakı əsas hərbi obyektlərindən biri olan Qətərdəki Əl-Udeyd aviabazasında xidmət edən bəzi amerikalı personalın təhlükəsizlik məqsədilə bazanı tərk etməsi tövsiyə olunub. Diplomatlar bu addımı “mövqe dəyişikliyi” kimi qiymətləndirib və hələlik genişmiqyaslı hərbi evakuasiya əlamətlərinin müşahidə olunmadığını bildiriblər.

    ABŞ Prezidenti Donald Tramp son günlər İranda etirazçılara qarşı zorakılığın artacağı təqdirdə “çox sərt addımlar” atılacağını bəyan edib. O, açıq şəkildə İran xalqını etirazları davam etdirməyə çağıraraq, Vaşinqtonun bu prosesləri yaxından izlədiyini vurğulayıb.

    İranlı rəsminin sözlərinə görə, Tehran Səudiyyə Ərəbistanı, BƏƏ və Türkiyə daxil olmaqla region ölkələrinə bildirib ki, ABŞ İrana zərbə endirərsə, həmin ölkələrdə yerləşən ABŞ bazaları legitim hədəf hesab ediləcək. Eyni zamanda, İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi arasında mövcud olan birbaşa əlaqə xəttinin də dayandırıldığı qeyd olunub.

    Bununla yanaşı, Qərb rəsmiləri bildiriblər ki, İran hakimiyyəti hazırda ciddi daxili təzyiqlərlə üzləşsə də, təhlükəsizlik strukturları vəziyyətə nəzarəti saxlayır. Hüquq-müdafiə təşkilatlarının məlumatına görə, etirazlar zamanı minlərlə insan həlak olub, on minlərlə şəxs isə saxlanılıb.

    #İran #ABŞ #Donald Tramp #Tehran #Vaşinqton #İran-ABŞ münasibətləri #Etiraz aksiyası #İran–ABŞ danışıqları #ABŞ İran toqquşması #İran-ABŞ qarşıdurması #İranda kütləvi etirazlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə–İran ticarətində kimyəvi məhsullar üzrə geriləmə (ÖZƏL)

    17 Fevral 2026 18:00

    İran hərbi təlimlər fonunda Hörmüz boğazının bir hissəsini müvəqqəti bağlayacaq

    17 Fevral 2026 16:51

    ABŞ Filippinə əlavə raket sistemləri yerləşdirməyi planlaşdırır

    17 Fevral 2026 14:15

    Tramp Səudiyyə Ərəbistanı ilə BƏƏ arasındakı gərginliyə münasibət bildirib

    17 Fevral 2026 11:47

    Hindistan İranla əlaqəli üç tankeri ələ keçirib

    17 Fevral 2026 11:45

    SEPAH Hörmüz boğazının 24 saat nəzarətdə saxlanıldığını açıqlayıb

    17 Fevral 2026 11:14

    Tramp Kuba ilə danışıqların başlandığını açıqlayıb

    17 Fevral 2026 10:19

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    SEPAH Hörmüz boğazında təlimlər keçir

    16 Fevral 2026 17:09

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53
    XƏBƏR LENTİ

    Bakıda texnoloji yenilik: "Crescent Mall"da ilk "RoboCafe" açıldı

    Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçiriləcək

    Naxçıvanda aqrar sahənin inkişafı və vətəndaş müraciətləri diqqət mərkəzindədir

    Türkiyə–İran ticarətində kimyəvi məhsullar üzrə geriləmə (ÖZƏL)

    Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalanıb

    Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır

    Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlimlərə start verilib

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri ilə görüş keçirilib

    İran hərbi təlimlər fonunda Hörmüz boğazının bir hissəsini müvəqqəti bağlayacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.