Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrail HƏMAS - a iki ay möhlət verdi: silahsızlanma olmasa, müharibə bərpa ediləcək

    18 Yanvar 2026 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsrail Qəzza zolağında fəaliyyət göstərən fələstinli silahlı qruplara, o cümlədən “HƏMAS”a silahların tam şəkildə təhvil verilməsi üçün iki ay müddət tanıyıb.

    AzerVoice xəbər verir ki, İsrail mənbələrinin bildirdiyinə görə, Tel-Əviv bu müddət ərzində “HƏMAS”ın silahsızlaşdırılmaması halında İsrail ordusunun yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı barədə xəbərdarlıq edib. Qərarın ABŞ-la tam koordinasiya şəraitində verildiyi və silahsızlanmanın məzmunu, meyarları və icrasının İsrail tərəfindən müəyyən ediləcəyi qeyd olunur.

    İsrailin “Kanal 12” televiziya kanalının məlumatına əsasən, Qəzzada “Sülh Şurası” və texnokrat hökumətin formalaşdırılmasından dərhal sonra “HƏMAS”a iki aylıq müddət veriləcək. Əgər bu müddət ərzində silahlar könüllü şəkildə təhvil verilməzsə, İsrail ordusu prosesə birbaşa müdaxilə edəcək.

    Məlumata görə, bu mövqeyin arxasında ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında əldə olunmuş razılaşma dayanır. Donald Tramp daha əvvəl “HƏMAS”ın silahları “asan yolla da, çətin yolla da” təhvil verəcəyini bildirib.

    İsrail təhlükəsizlik strukturlarında hesab olunur ki, “HƏMAS” hərbi toqquşmalarda ciddi itkilər versə də, hələ də tam sıradan çıxmayıb və Qəzza zolağının bəzi hissələrində inzibati və hərbi nəzarəti saxlayır. İsrail mənbələri bildirir ki, mövcud keçid dövrü “HƏMAS”ın imkanlarını bərpa etməsinə, yeraltı infrastrukturunu yenidən aktivləşdirməsinə və döyüş potensialını artırmasına şərait yaradır.

    Bu səbəbdən İsraildə hazırkı mərhələnin uzadılmasının qəbuledilməz olduğu vurğulanır və aydın, məhdud vaxt çərçivəsi müəyyən edildiyi bildirilir. Rəsmi dairələr qeyd edir ki, “HƏMAS”ın silahsızlaşdırılması Qəzzada hər hansı irəliləyiş üçün məcburi şərt kimi qoyulub.

    Mənbələrin sözlərinə görə, İsrail “HƏMAS”ın silahsızlaşdırılması tamamlanana qədər Qəzzada formalaşdırılmış texnokrat hökumətlə yalnız məhdud və ehtiyatlı əməkdaşlıq edəcək. Eyni zamanda “sarı xətt” adlandırılan təhlükəsizlik xəttindən geri çəkilməyəcəyi vurğulanır.

    Bildirilib ki, İsrail qismən və ya simvolik silahsızlanmanı qəbul etməyəcək, hədəf isə Qəzzadakı bütün silah növlərinin və tunel şəbəkəsinin tamamilə məhv edilməsidir.

    “HƏMAS” daha əvvəl Qəzzada idarəetməni texnokrat hökumətə təhvil verəcəyini açıqlasa da, silahların təhvil verilməsi ilə bağlı açıq öhdəlik götürməyib. ABŞ mediasının məlumatına görə isə, “HƏMAS” gizli təmaslarda ABŞ-ın mərhələli silahsızlanma planına prinsipial olaraq müsbət siqnallar verib.

    Həmin plana əsasən, ilkin mərhələdə hərbi infrastrukturun, o cümlədən tunellərin və silah istehsalı obyektlərinin məhv edilməsi, ağır silahların toplanaraq istifadəyə yararsız anbarlarda saxlanılması nəzərdə tutulur. Paralel olaraq, Qəzzada təhlükəsizliyə cavabdeh olacaq, yalnız texnokrat hökumətə tabe polis qüvvəsinin formalaşdırılması planlaşdırılır.

    ABŞ və İsrail, həmçinin, fərdi silahlarını təhvil verərək hərbi fəaliyyətdən imtina edən “HƏMAS” üzvlərinə xüsusi amnistiya verilməsi imkanlarını da nəzərdən keçirir.

    #İsrail HƏMASa iki ay möhlət verdi: silahlar təhvil verilməlidir #Qəzza üçün ultimatum: silahsızlanma olmazsa müharibə bərpa ediləcək #İsrail və ABŞ HƏMASın silahsızlaşdırılmasında razılığa gəlib #Tel-Əviv sarı xəttdən geri çəkilməyəcəyini açıqladı #Qəzzada texnokrat hökumət #amma silahlar qalır #İsrail ordusu yeni əməliyyat ssenarilərinə hazırlaşır #İsrail’den Hamas’a iki aylık süre #Gazze için silahsızlanma uyarısı: Aksi halde savaş #İsrail ve ABD’den Hamas’a ortak ultimatom #Tel Aviv sarı hattan geri adım atmıyor #Gazze’de teknokrat yönetim #sınırlı işbirliği #İsrail ordusu yeni operasyon planlıyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail HƏMAS - a iki ay möhlət verdi: silahsızlanma olmasa, müharibə bərpa ediləcək

    18 Yanvar 2026 02:00

    Pompeo Qəzza qurbanlarını tarix dərsliklərinə salmamağa çağırıb

    17 Yanvar 2026 23:08

    İsrail ordusu Qəzzaya artilleriya və hava zərbələri endirib

    17 Yanvar 2026 20:27

    Suriya ordusu Tabkada iki əsas neft yatağını nəzarətə götürdü

    17 Yanvar 2026 18:46

    Səudiyyə Ərəbistanının yardım agentliyi ehtiyacı olan ölkələrə humanitar dəstəyi davam etdirir

    17 Yanvar 2026 16:44

    Suriya ordusu Rəqqaya girdi

    17 Yanvar 2026 15:25

    Həsən Şeyx Mahmud Somalilendin iddia etdiyi bölgəyə səfər edən ilk prezident oldu

    17 Yanvar 2026 15:10

    İsrailli nazir atəşkəsi pozmaqla və Qəzzada baş verən dağıntılarla öyündü

    17 Yanvar 2026 14:40

    Qəzzada 27 günlük körpə soyuqdan həlak olub

    17 Yanvar 2026 13:55

    Suriyada Kürd dili rəsmi dil elan edildi

    17 Yanvar 2026 11:40

    Tramp HƏMAS-a yeni ultimatum verərək silahsızlanma tələbini sərtləşdirildi

    16 Yanvar 2026 22:39

    Səudiyyə Ərəbistanı Qahirədə Fələstinə böyük yardım payı göndərib

    16 Yanvar 2026 17:25
    Demo
    XƏBƏR LENTİ

    İsrail HƏMAS - a iki ay möhlət verdi: silahsızlanma olmasa, müharibə bərpa ediləcək

    Tarixdə bu gün – 18 yanvar

    Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub

    Pompeo Qəzza qurbanlarını tarix dərsliklərinə salmamağa çağırıb

    Tramp Qrenlandiya məsələsinə görə Avropaya qarşı tariflər tətbiq edəcəyini açıqladı

    Danimarkada ABŞ-yə qarşı “Qrenlandiyaya toxunmayın” adlı aksiyalar keçirilib

    İsrail ordusu Qəzzaya artilleriya və hava zərbələri endirib

    Uqandada prezident seçkilərində Yoveri Museveni yeddinci dəfə qalib gəlib

    Zahid nədir və zahidlik nəyi ifadə edir?

    Ərdoğan rəqəmsal dövrün təhlükələri barədə xəbərdarlıq edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.