BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanettin Duran BMT Təhlükəsizlik Şurasının 2803 saylı qərarı ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən açıqlanan Qəzza münaqişəsinə son qoymaq üçün Kompleks Planın dəstəklənməsinə qərar verildiyini xatırladıb.
AzerVoice xəbər verir ki, bu çərçivədə Qəzzada təhlükəsizliyin təmin edilməsi və bölgənin yenidən qurulmasından məsul olacaq Sülh Şurası və müvafiq qurumların təsis edildiyi bildirilib.
Burhanettin Duranın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp 16 yanvar 2026-cı il tarixində Sülh Şurasının təsisçi sədri qismində rəsmi məktub göndərib. Tramp həmin məktubla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qəzza Sülh Şurasında təsisçi üzv kimi yer almağa dəvət edib.
