Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Tramp HƏMAS-a yeni ultimatum verərək silahsızlanma tələbini sərtləşdirildi

    16 Yanvar 2026 22:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ prezidenti Donald Tramp Qəzza üzrə atəşkəs razılaşmasının ikinci mərhələsinin başlanması fonunda HƏMAS-a qarşı yeni və sərt tələblər irəli sürüb.

    AzerVoice xəbər verir ki, Donald Tramp sosial şəbəkə paylaşımında HƏMAS-ın dərhal silahsızlanmalı olduğunu bəyan edib və qrupla bağlı hədələyici ifadələr işlədib. ABŞ prezidenti HƏMAS-dan son israilli girovun cəsədinin təxirəsalınmadan İsrailə qaytarılmasını tələb edib və silahsızlanmanın “ya asan, ya da çətin yolla” həyata keçiriləcəyini bildirib.

    Trampın sözlərinə görə, ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının ikinci mərhələsində HƏMAS-ın tam demilitarizasiyası əsas prioritetlərdən biridir. Vaşinqton daha əvvəl də HƏMAS-ın razılaşmanın birinci mərhələsi üzrə öhdəliklərini yerinə yetirməsini, o cümlədən son israilli girovun – Ran Qvilinin cəsədinin təhvil verilməsini gözlədiyini açıqlamışdı.

    ABŞ tərəfi ikinci mərhələdə HƏMAS-ın silahlarının müsadirəsi və tunel şəbəkəsinin ləğvini, həmçinin beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini planlaşdırır. Donald Tramp bildirib ki, bu proses Misir, Türkiyə və Qətərin dəstəyi ilə həyata keçiriləcək. Lakin bu planın praktiki olaraq necə icra ediləcəyi hələlik qeyri-müəyyən olaraq qalır.

    Bununla yanaşı, İsrailin razılaşma çərçivəsində üzərinə düşən öhdəlikləri - qoşunlarını Qəzzadan çıxarması və humanitar yardımın həcmini artırması - hələ də tam icra edilməyib. İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzanın müxtəlif bölgələrində hücumları davam etdirir və ərazinin 50 faizdən çoxunun nəzarətdə saxlandığı “Sarı xətt” adlanan bölgədən geri çəkilməkdən imtina edir.

    Atəşkəsin ikinci mərhələsinə əsasən, Qəzzanın idarə olunması Trampın sədrliyi altında fəaliyyət göstərəcək “Sülh Şurasının” nəzarəti ilə 15 nəfərlik Fələstin texnokrat komitəsinə həvalə edilməlidir. ABŞ prezidenti Qəzzada yeni təyin olunmuş texnokrat Fələstin hökumətinə dəstəyini bir daha təsdiqləyib.

    Humanitar vəziyyət isə ağır olaraq qalır. İsrailin nəzarətində olan sərhədlər səbəbindən Qəzzada ərzaq, təmiz su, dərman və yanacaq çatışmazlığı davam edir. Beynəlxalq humanitar təşkilatlar ABŞ prezidentinin “rekord həcmdə yardım” iddialarını təkzib edərək, razılaşmada nəzərdə tutulan yardımın Qəzzaya buraxılmadığını bildiriblər.

    Birləşmiş Millətlər Təşkilatının rəsmiləri qeyd edir ki, daxil olan yardım humanitar fəlakətin və aclıq təhlükəsinin qarşısını almaq üçün kifayət deyil. Beynəlxalq Ədalət Məhkəməsinin rəyinə əsasən isə İsrail Qəzza əhalisinin əsas ehtiyaclarının təmin olunmasına məsuliyyət daşıyır.

    #Tramp Həmasa silahsızlanma ilə bağlı yeni ultimatum verdi #ABŞ Həmasın demilitarizasiyasını tələb edir #Qəzza üzrə atəşkəsin ikinci mərhələsində gərginlik artır #Tramp: Həmas silahları ya təhvil verəcək #ya da nəticələri olacaq #ABŞ Həmasın tunel şəbəkəsinin dağıdılmasını istəyir #Qəzzada atəşkəs fonunda humanitar böhran davam edir #Trump’tan Hamas’a yeni silahsızlanma çağrısı #ABD Hamas’ın demilitarizasyonunu istiyor #Gazze ateşkesinin ikinci aşamasında gerilim #Trump: Hamas ya silah bırakır ya bedel öder #Hamas’ın tünel ağları gündemde #Gazze’de insani kriz sürüyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    12 Fevral 2026 18:38

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    11 Fevral 2026 22:17

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    10 Fevral 2026 12:52

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Britaniya şəhzadəsi Səudiyyə Ərəbistanına səfər edib

    9 Fevral 2026 23:13

    "Əl-Camaa əl-İslamiyyə" partiyası rəhbəri İsrail xüsusi təyyinatlıları tərəfindən qaçırılıb

    9 Fevral 2026 22:32

    İsraildə fələstinli məhbuslar üçün edam hazırlığı: Xüsusi kameralar tikilir

    9 Fevral 2026 15:55

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22
    XƏBƏR LENTİ

    13 Fevral: Şimali Kipr Türk Cumhuriyyətinin Elanı, Erzincan Zəfəri və Dresden Cəhənnəmi - Tam Xronika

    “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı

    Ərdoğan Vuçiçlə mətbuat konfransında Türkiyənin Balkan regionuna verdiyi önəmdən danışıb

    Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

    Banqladeşdə səsvermə başa çatıb, sayım başlayıb

    ABŞ-nin Əsas Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüş keçirilib

    Böyük Britaniya Ukraynaya 1000 ədəd çoxməqsədli raket göndərəcək

    Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiç ilə görüşüb

    Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi

    Vaşinqton və Tehran nüvə razılaşmasında "çeviklik" nümayiş etdirir - Hakan Fidan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.