BAKI, AzerVoice
NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla Qrenlandiya və Arktika bölgəsində təhlükəsizlik məsələlərini müzakirə edib.
AzerVoice-un məlumatına görə, bu barədə M.Rutte "X" sosial şəbəkəsində yazıb.
NATO-nun baş katibi tərəflərin bu cür təmasları, xüsusən də 19-23 yanvar tarixlərində Davosda keçiriləcək Dünya İqtisadi Forumunda davam etdirəcəklərini vurğulayıb.
Qeyd edək ki, D.Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsini hədəflədiyini bildirib, çünki bunu ölkəsinin milli təhlükəsizliyi üçün vacib hesab edir.
