Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Şimali Koreya hipersəsli raket sınağı ilə nüvə çəkindirməsini gücləndirir

    5 Yanvar 2026 10:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Şimali Koreya lideri Kim Çen Inın dünən paytaxt Pxenyanda izlədiyi təlimdə hipersəsli raketin buraxıldığı bildirilib.

    AzerVoice xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya ordusuna bağlı “böyük atəş gücü hücum qrupuna” daxil olan alt bölmə “ölkənin müharibə çəkindirmə qabiliyyətini və silah sistemlərinin hazırlıq səviyyəsini sınaqdan keçirmək məqsədilə” dünən raket buraxılışı üzrə təlim keçirib.

    Kim Çen Inın şəxsən nəzarət etdiyi təlim zamanı hipersəsli raket Pxenyandan şimal-şərq istiqamətinə buraxılıb və Yapon dənizindəki (Şərq dənizi) hədəfləri 1000 kilometr məsafədən vurub.

    Kim açıqlamasında “Nüvə qüvvələrimizi faktiki olaraq müharibəyə hazır vəziyyətə gətirmək istiqamətində son dövrlərdə mühüm nailiyyətlər əldə edilib” ifadəsini işlədib.

    Hücum potensialının daim inkişaf etdirilməsinin vacibliyini vurğulayan Kim, son dövrlərdəki geosiyasi böhranlara işarə edərək bu fəaliyyətlər vasitəsilə nüvə müharibəsinin çəkindirmə səviyyəsini mərhələli şəkildə yüksək səviyyəyə çatdırmağı hədəflədiklərini bildirib.

    Cənubi Koreya və Yaponiya isə dünən Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətinə raket buraxdığını açıqlamışdı.

    #Şimali Koreya #Kim Çen In #Kim Çen In hərbi strategiya #Şimali Koreya və Cənubi Koreya mübarizəsi #hipersəsli raket #nüvə çəkindirmə #raket buraxılışı #Şimali Koreya ordusu #strateji silahlar #nüvə qüvvələri #Cənubi Koreya və Yaponiya #təhlükəsizlik siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    "Kimçenizm" Erası: İsveçrə təhsilindən nüvə güclü generalissimusa gedən yol

    31 Yanvar 2026 16:28

    Şimali Koreya ilin ilk raket sınaqlarını keçirib

    4 Yanvar 2026 14:10

    ABŞ nüvə silahlarından imtina tələbini gündəmdən çıxarmalıdır - Kim Çen

    22 Sentyabr 2025 11:05

    Kim Çen In ilk dəfə çox tərəfli diplomatik tədbirdə iştirak edib

    3 Sentyabr 2025 15:59

    Koreya yarımadasında gərginlik azalır

    1 Sentyabr 2025 11:22

    Tramp tənqidlərə cavab verdi - Mən diktator deyiləm

    27 Avqust 2025 09:42

    Tramp bu il ərzində Çinə səfər etməyi planlaşdırır

    25 Avqust 2025 22:01

    ABŞ Koreya yarımadasına F-35 qırıcıları yerləşdirib - Gərginlik artır

    25 Avqust 2025 11:19

    Şimali Koreyanın Çin sərhədində gizli raket bazası aşkarlanıb

    21 Avqust 2025 09:45

    Kim Çen nüvə gücünü artıracağına söz verib

    19 Avqust 2025 14:55

    Şimali Koreya lideri nüvə silahlanmasının sürətləndirilməsinə dair çağırış edib

    19 Avqust 2025 11:28

    Putin və Kim Çen In strateji tərəfdaşlıq imkanlarını müzakirə edib

    13 Avqust 2025 17:08
    Demo
    XƏBƏR LENTİ

    "Balkan qəssabı" ləqəbi ilə tanınan keçmiş Yuqoslaviya prezidentinin məhkəmə prosesi başladı

    12 Fevral: Maraşın Qurtuluşu, Bənnanın Qətli, Minsk Sülhü və Darvinin Doğum Günü - Tam Xronika

    Ukrayna mediası ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfərinə geniş yer ayırıb

    “Microsoft” şirkətinin Mərkəzi Avropa və Mərkəzi Asiya regionu üzrə prezidenti ilə görüş keçirilib

    ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    Rusiya Dövlət Dumasında Telegram-ın bloklanması qalmaqal yaradıb

    Malayziya səfirliyində azərbaycanlı tələbələr üçün yeni təhsil imkanları müzakirə olunub

    Avropa Parlamenti Qərbi azərbaycanlıların yurdlarına qayıdışını dəstəkləməlidir

    Bakıda "İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026" keçiriləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.