BAKI, AzerVoice
Şimali Koreya yanvarın 4-ü səhər saatlarında ilin ilk raket sınaqlarını Yapon dənizi istiqamətində həyata keçirib.
AzerVoice xəbər verir ki, bu barədə “Yonhap” agentliyin məlumat yayıb.
Bu, son iki ay ərzində qeydə alınan ilk raket aktivliyidir.
Qeyd olunur ki, raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. Yaponiyanın Baş naziri Sanae Takaiçi müvafiq qurumlara insidentlə bağlı bütün məlumatları operativ şəkildə toplamaq və əhalini məlumatlandırmaq tapşırığı verib.
Sınaqlar Cənubi Koreyada da qeydə alınıb. Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raketlər Pxenyan yaxınlığından buraxılıb, təxminən 900 kilometr məsafə qət edərək Yapon dənizi akvatoriyasına düşüb.