BAKI,TurkicWorld, Fərid Mikayılov
Van Böyükşəhər Bələdiyyəsi 380 növ idman ləvazimatının alınması üçün tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində alınacaq materiallar 30 təqvim günü ərzində təhvil verilməsi nəzərdə tutulur.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 3 fevral 2026-cı il tarixinə qədər "Seyit Fehim Arvasi Mahallesi Özdemir Sk. No: 5 İpekyolu/Van" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir
