Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Tramp tənqidlərə cavab verdi - Mən diktator deyiləm

    27 Avqust 2025 09:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    ABŞ Prezidenti Donald Tramp, Oval Ofisdə keçirdiyi mətbuat konfransında avtoritarizm ittihamlarına cavab verərək, “Mən diktator deyiləm, ağıllı insanam,” - deyə bildirib.

    AzerVoice xəbər verir ki, Tramp, təxminən 80 dəqiqəlik konfransda immiqrasiya və təhlükəsizlik siyasətlərinə görə tənqidlərə məruz qalıb. Milli Qvardiyanın Vaşinqton küçələrinə yerləşdirilməsini müdafiə edərək, “Məni respublikaya hücumda ittiham edirlər, halbuki təbrik etməlidirlər,” - deyə o bildirib.

    O, Müdafiə Nazirliyinin adını “Müharibə Departamenti” kimi dəyişdirmək planını açıqlayıb və bunun “qələbə tarixi” daşıdığını qeyd edib.

    Tramp, ABŞ bayrağını yandıranlara bir il həbs cəzası tətbiq edən sərəncam imzalayıb. “Bayraq yandırmaq ifadə azadlığı deyil,” deyən Tramp, 1989-cu ildə ləğv edilmiş oxşar qanuna istinad edib.

    Tramp, Cənubi Koreya prezidenti Li Jae-Myunqla görüşündə Şimali Koreya lideri Kim Çen Inla ilin sonunda görüşmək istədiyini də bildirib. 2019-cu ildə Kimlə hərbisizləşdirilmiş zonada görüşdüyünü xatırladan Tramp, “Onunla əla münasibətim var,” - deyə qeyd edib.

    Qeyd edək ki, mətbuat konfransında Trampın əlindəki tünd qançırlar diqqət çəkib. Ağ Ev mətbuat katibi Karoline Leavitt, bunun Trampın minlərlə insanla əl sıxması və aspirin qəbulu nəticəsində yarandığını açıqlayıb. Trampa əvvəllər xroniki venoz çatışmazlıq diaqnozu qoyulduğu da qeyd edilib.

    #ABŞ #Donald Tramp #Cənubi Koreya #Kim Çen In #təhlükəsizlik #Tramp administrasiyası #Mətbuat konfransı #ABŞ-da immiqrasiya siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Trampın hədəfi Qrenlandiyanı işğal etmək deyil, satın almaqdır - Rubio

    7 Yanvar 2026 11:14

    Sevil Mikaylova: Prezident İlham Əliyevin müsahibəsi strateji mesajdır və növbəti illərin yeni geosiyasi mərhələsinin təsvirini yaradır

    6 Yanvar 2026 17:28

    İran ABŞ-ın hegemonluğuna boyun əyməyəcək - SEPAH rəsmisi

    6 Yanvar 2026 13:58

    Venesuela müxalifət lideri Maria Korina Maçado ölkəyə qayıdacağını bəyan edib

    6 Yanvar 2026 13:33

    Venesuela XİN rəhbəri ABŞ-ın hərbi təcavüzünü qınadığına görə İrana təşəkkür edib

    6 Yanvar 2026 12:02

    Venesuelada 1 ay ərzində seçki olmayacaq - Tramp

    6 Yanvar 2026 12:01

    İranda etirazlarda ölənlərin sayı 35-ə çatıb

    6 Yanvar 2026 11:36

    ABŞ vitse-prezidentinin evinə hücum edilib

    5 Yanvar 2026 17:19

    Maduro helikopterlə Manhetten məhkəməsinə aparılıb

    5 Yanvar 2026 16:59

    Kolumbiya suverenliyi heç bir xarici təhdidlə sarsıdıla bilməz - Kolumbiya lideri

    5 Yanvar 2026 16:25

    Qrenlandiya baş naziri Trampın ilhaq təhdidlərinə cavab verib

    5 Yanvar 2026 14:12

    Ərdoğan Türkiyənin Putin və Zelenski ilə birbaşa təmas qurmağa hazır olduğunu bildirib

    5 Yanvar 2026 13:24
    Demo
    XƏBƏR LENTİ

    Sudanda RSF tərəfindən cinsi zorakılığa məruz qalanlar arasında körpələrin də olduğu bildirilir

    ABŞ hərbçiləri Rusiya bayrağı altında üzən neft tankerini ələ keçirib

    Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub

    Venesuela hələ başlanğıcdır: ABŞ qlobal nizamı dağıdır

    Mətbuat assosiasiyası İsrailin Qəzzaya media girişinə qoyduğu qadağanı pisləyib

    Ədliyyə Nazirliyi AQC-nin yeni İdarə Heyətini təsdiqləyib

    Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsi təltif edib

    Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb

    Misirdə HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə danışıqlar keçiriləcək

    Bakıda II Qadın Liderləri Zirvəsi keçiriləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.