BAKI, AzerVoice
“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol “Çelsi” ilə matçda ayağını sındırıb. Xorvatiyalı futbolçu APL-in 20-ci turu çərçivəsində keçirilən oyunun (1:1) 51-ci dəqiqəsində əvəzlənib.
AzerVoice xəbər verir ki, “şəhərlilər”in mətbuat xidməti Qvardiolun sağ ayağının böyük baldır sümüyündə sınıq aşkarlandığını açıqlayıb. Müdafiəçi bu həftə əməliyyat olunacaq.
Yoşkonun bərpa müddəti dəqiqləşdirilməyib. Adətən bu cür zədələrdə sağalma prosesi zədənin ağırlıq dərəcəsindən asılı olaraq 3–6 ay çəkir.
