BAKI, AzerVoice
Quba 1 saylı MT-nın 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyətlər, əldə olunan nailiyyətlər və görülən işlərin nəticələri bu hesabatda əksini tapmışdır. Hesabat müəssisənin inkişaf dinamikasını, qarşıya qoyulan məqsədlərin icra səviyyəsini və gələcək perspektivləri əhatə edir.
Quba 1 saylı Mediasiya Təşkilatı (MT) Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa uyğun olaraq 2024-cü ildə yaradılmış və mübahisələrin məhkəmədənkənar, qarşılıqlı razılaşma əsasında həllini təmin edən alternativ hüquqi mexanizm kimi fəaliyyət göstərir.
Təşkilatın əsas məqsədi fiziki və hüquqi şəxslər arasında yaranan mübahisələrin qısa müddətdə, az xərc və tərəflərin maraqlarına uyğun şəkildə həllinə nail olmaq, cəmiyyətdə barışıq mədəniyyətini təşviq etmək və məhkəmələrin iş yükünün azaldılmasına töhfə verməkdir.
Quba 1 saylı MT fəaliyyətində könüllülük, tərəfsizlik, müstəqillik, məxfilik və bərabərlik prinsiplərini rəhbər tutur. Mediasiya prosesində tərəflərin hüquq və mənafelərinin qorunması, qarşılıqlı anlaşmanın yaradılması və davamlı razılaşmaların əldə olunması təşkilatın əsas fəaliyyət fəlsəfəsini təşkil edir.
Təşkilat regionda mediasiya institutunun tətbiqini və tanıdılmasını genişləndirməklə, hüquqi münasibətlərin sağlam əsaslar üzərində qurulmasına, sosial münasibətlərdə gərginliyin azalmasına və hüquqi şüurun yüksəldilməsinə xidmət edir.
İnkişaf, fəaliyyət və nəticələr: Quba 1 saylı MT-nın 2025 hesabatını bu keçiddən yükləyə bilərsiniz.
Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti,
"İlqaroğlu" Business Center, II mərtəbə.
Tel.mob: (+994) 77 250.77.44, (+994) 77 450.77.44
E/ünvan: [email protected]
Şabran ofisi:
Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)
Tel.mob: (+994) 77 588.77.44
