Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb

    6 Yanvar 2026 11:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin “Yaşıl Enerji Zonası” kimi inkişafına dair siyasətinə uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji potensialından istifadənin genişləndirilməsi ilə yanaşı, enerji səmərəliliyini təmin edən müasir texnologiyaların tətbiqi də ardıcıl şəkildə həyata keçirilir. Bu çərçivədə ənənəvi işıqlandırma sistemləri ilə müqayisədə az enerji sərfiyyatı, uzun istismar müddəti və aşağı texniki xidmət xərcləri ilə seçilən LED texnologiyaları “yaşıl enerji zona”larının dayanıqlı inkişafını təmin edən əsas amillərdən biridir. Müasir şəhərsalma və yaşayış məntəqələrinin infrastrukturunun tərkib hissəsi kimi LED əsaslı və günəş enerjisi ilə çalışan hibrid işıqlandırma sistemləri hazırda azad edilmiş ərazilərdə geniş şəkildə tətbiq olunur.

    İndiyədək bu ərazilərdə 7000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. Bunların təqribən 40 faizi, yəni 3 000 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocalı, Laçın, Ağdərə və digər şəhər və rayonlarda yeni salınan küçə və avtomobil yollarının işıqlandırılmasında əsasən LED texnologiyalarından istifadə edilir. Bir sıra yaşayış məntəqələrində isə monokristal günəş panelləri ilə təchiz edilmiş, avtonom rejimdə çalışan işıq dirəkləri quraşdırılıb ki, bu da mərkəzləşdirilmiş elektrik şəbəkəsindən asılılığın minimuma endirilməsinə imkan yaradır. Bərpa və yenidənqurma işlərinin mərhələli şəkildə davam etdirilməsi fonunda, bu göstəricilərin növbəti illərdə daha da artacağı gözlənilir.

    Qeyd edək ki, beynəlxalq təcrübəyə əsasən, yaşayış məntəqələrində küçə işıqlandırması ümumi elektrik enerjisi istehlakının təxminən 2-5 faizini təşkil edir. Son illərdə bir sıra ölkələrdə LED və günəş enerjisi əsaslı sistemlərə keçid nəticəsində bu göstərici 2 dəfə azalmışdır.

    Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb
    Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb
    #Azərbaycan #Prezident İlham Əliyev #Qarabağ #Zəngilan #Şuşa #Xocalı #Cəbrayıl #Füzuli #Laçın #Ağdərə #Ağdam #Şərqi Zəngəzur #Yaşıl Enerji
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ədliyyə Nazirliyi AQC-nin yeni İdarə Heyətini təsdiqləyib

    7 Yanvar 2026 17:54

    Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsi təltif edib

    7 Yanvar 2026 17:48

    Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb

    7 Yanvar 2026 17:45

    AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

    7 Yanvar 2026 17:14

    Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

    7 Yanvar 2026 16:49

    Energetika Nazirliyində “ACWA Power” şirkəti ilə müzakirələr aparılıb

    7 Yanvar 2026 14:57

    Cəbrayılın Mehdili kəndində mina partladı, bir nəfər yaralandı

    7 Yanvar 2026 14:40

    Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan dünyaya daha böyük töhfələr verəcək – Sahil Kərimli

    7 Yanvar 2026 14:35

    Keçən il Türkiyədən Azərbaycana sement ixracı 44 milyon dolları keçib (ÖZƏL)

    7 Yanvar 2026 14:07

    Keçən il Türkiyədən Azərbaycana dəri məhsulları ixracı 12 milyon dolları keçib (ÖZƏL)

    7 Yanvar 2026 12:25

    Keçən il Türkiyədən Azərbaycana xalça ixracı 9 milyon dolları keçib (ÖZƏL)

    7 Yanvar 2026 10:37

    Paytaxtda svetoforlara 115 ədəd velosiped bölməsi quraşdırılıb

    7 Yanvar 2026 10:10
    Demo
    XƏBƏR LENTİ

    Sudanda RSF tərəfindən cinsi zorakılığa məruz qalanlar arasında körpələrin də olduğu bildirilir

    ABŞ hərbçiləri Rusiya bayrağı altında üzən neft tankerini ələ keçirib

    Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub

    Venesuela hələ başlanğıcdır: ABŞ qlobal nizamı dağıdır

    Mətbuat assosiasiyası İsrailin Qəzzaya media girişinə qoyduğu qadağanı pisləyib

    Ədliyyə Nazirliyi AQC-nin yeni İdarə Heyətini təsdiqləyib

    Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsi təltif edib

    Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb

    Misirdə HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə danışıqlar keçiriləcək

    Bakıda II Qadın Liderləri Zirvəsi keçiriləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.