Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Kim Çen In ilk dəfə çox tərəfli diplomatik tədbirdə iştirak edib

    3 Sentyabr 2025 15:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Şimali Koreya lideri Kim Çen In Çində keçirilən hərbi paradla ilk dəfə çox tərəfli beynəlxalq diplomatik tədbirdə iştirak edib.

    AzerVoice xəbər verir ki, Kim xüsusi zirehli qatarla Pxenyandan Pekinə gələrək Tiananmen Meydanında keçirilən möhtəşəm hərbi keçid mərasiminə qatılıb.

    Şimali Koreya liderinin 12 yaşında olduğu təxmin edilən qızı Kim Cu Ae də nümayəndə heyətində yer alıb. Onun dünya liderlərinin iştirak etdiyi toplantıda görünməsi beynəlxalq mediada “Kim-in varisi” kimi qiymətləndirilib. Heyətdə həmçinin Xarici işlər naziri Çoe Son-hui və digər yüksək vəzifəli şəxslər də iştirak edib.

    Kim Çen In-in babası və Şimali Koreyanın qurucusu Kim İl-Sunq da 1959-cu ildə Pekində keçirilən hərbi paradda iştirak etmişdi. Bu dəfə isə Kim Çen In, tədbir çərçivəsində Çində olan Cənubi Koreya parlament sədri Vu Von-şik ilə görüşüb.

    Kim Çen In 2011-ci ildə hakimiyyətə gəldikdən sonra ilk xarici səfərini 2018-ci ilin martında Çinə etmişdi. Sonrakı illərdə Çinə, Cənubi Koreyaya, Sinqapura, Rusiyaya və Vyetnama səfərlər reallaşdırıb. 2023-cü ildə isə Moskvaya və sentyabrın əvvəlində yenidən Pekinə gedib.

    Çinin hərbi keçidində yeni nəsil pilotsuz uçuş aparatları, kiber və elektron müharibə vasitələri, həmçinin hipersəs silahları nümayiş etdirilib. Tədbirdə Rusiya, İran, Pakistan, Monqolustan, Belarus və digər ölkələrin liderləri ilə yanaşı, ümumilikdə 30-a yaxın dövlətin nümayəndələri iştirak edib.

    Türkiyəni tədbirdə xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Pekindəki səfir Selçuk Ünal təmsil edib. Bu, Türkiyənin Çin paradına ilk dəfə nazir səviyyəsində qatılması ilə diqqət çəkib.

    #Çin #Si Cinpin #Şimali Koreya #Kim Çen In #Çin hərbi paradı #Şimali Koreya–Çin münasibətləri #beynəlxalq diplomatik tədbir #Şimali Koreya diplomatiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Şimali Koreya hipersəsli raket sınağı ilə nüvə çəkindirməsini gücləndirir

    5 Yanvar 2026 10:17

    Tramp Meksika və Kolumbiya ilə bağlı sərt bəyanatlar verdi

    5 Yanvar 2026 09:16

    Şimali Koreya ilin ilk raket sınaqlarını keçirib

    4 Yanvar 2026 14:10

    Cənubi Koreya Prezidenti Çin Xalq Respublikasına səfər edib

    4 Yanvar 2026 12:25

    Çin ABŞ-dan Maduronun dərhal azad edilməsini tələb edir

    4 Yanvar 2026 12:07

    Maduro hekayəsi: Populizm, avtoritarizm və ABŞ müdaxiləsi fonunda Venesuela

    3 Yanvar 2026 15:11

    Çində Azərbaycanın turizm imkanları təbliğ edilib

    29 Dekabr 2025 16:55

    Çindən Türkiyə limanlarına 5 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    28 Dekabr 2025 16:00

    Çin ABŞ-ni Çin–Hindistan münasibətlərini pozmağa çalışmaqda ittiham edib

    25 Dekabr 2025 16:47

    Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub

    22 Dekabr 2025 10:41

    Şərq Şərqdən öyrənəndə: Çin modeli Mərkəzi Asiyanın aynasında

    20 Dekabr 2025 14:23

    Çin və Filippin arasında Cənubi Çin dənizində gərginlik artıb

    17 Dekabr 2025 17:13
    Demo
    XƏBƏR LENTİ

    Sudanda RSF tərəfindən cinsi zorakılığa məruz qalanlar arasında körpələrin də olduğu bildirilir

    ABŞ hərbçiləri Rusiya bayrağı altında üzən neft tankerini ələ keçirib

    Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub

    Venesuela hələ başlanğıcdır: ABŞ qlobal nizamı dağıdır

    Mətbuat assosiasiyası İsrailin Qəzzaya media girişinə qoyduğu qadağanı pisləyib

    Ədliyyə Nazirliyi AQC-nin yeni İdarə Heyətini təsdiqləyib

    Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsi təltif edib

    Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb

    Misirdə HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə danışıqlar keçiriləcək

    Bakıda II Qadın Liderləri Zirvəsi keçiriləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.