BAKI,AzerVoice, Fərid Mikayılov
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ölkə ərazisindən üç İran vətəndaşını deportasiya edib.
AzerVoice xəbər verir ki, nazirliyin yaydığı açıqlamada deportasiya olunan şəxslərin İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş əməkdaşları olduğu bildirilib.
Nazirliyin açıqlamasında vurğulanıb ki, SEPAH ABŞ Prezidenti Donald Trampın 2019-cu il qərarı ilə xarici terror təşkilatı kimi tanınıb.
Nazirlik qeyd edib ki, deportasiya olunan şəxslər 2024-cü ildə ABŞ ərazisinə qeyri-qanuni yollarla daxil olublar.
Qeyd edək ki, daha əvvəl “The New York Times” qəzeti ABŞ-dan təxminən 2 min İran vətəndaşının deportasiya edilə biləcəyi barədə məlumat yaymışdı.