Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur

    28 Yanvar 2026 12:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    Azərbaycanın qida və içki sənayesi məhsulları Dubayda keçirilən “Gulfood 2026” – 31-ci Beynəlxalq Qida və İçkilər Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir.

    AzerVoice xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 22 şirkəti və “İstisu” mineral su zavodu iştirak edir. Milli stenddə qənnadı və un məmulatları, konservləşdirilmiş məhsullar, qurudulmuş və təzə meyvələr, çərəzlər, yağlar və əzmələr, alkoqolsuz içkilər, mineral sular, bal və digər ərzaq məhsulları təqdim olunur.

    Stend çərçivəsində ziyarətçilərə Azərbaycanda sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, əlverişli biznes və investisiya mühiti barədə çap materialları, eləcə də iştirakçı şirkətlərin təşviqat videoçarxları nümayiş etdirilir. Eyni zamanda, xidmət ixracının təşviqi məqsədilə Xəzəryanı regionda qida sənayesinin əsas platformalarından biri olan “InterFood Azerbaijan” sərgisi haqqında da məlumat verilir və xarici şirkətlərin bu sərgidə iştirakı təşviq olunur.

    Yanvarın 30-dək davam edəcək “Gulfood 2026” sərgisi çərçivəsində AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəliyinin dəstəyi ilə yerli sahibkarlar müxtəlif ölkələrdən olan şirkət nümayəndələri ilə görüşlər keçirir, məhsulların ixracı ilə bağlı müzakirələr aparırlar.

    Qeyd edək ki, hər il Dubayda təşkil edilən “Gulfood” sərgisi dünya üzrə, xüsusilə Körfəz və Yaxın Şərq regionunda qida və içki sənayesinin ən böyük ixtisaslaşmış beynəlxalq platformalarından biri hesab olunur. 2026-cı il sərgisində 195-dən çox ölkədən iştirakçılar təmsil olunur.

    #Azərbaycan Gulfood 2026 sərgisində milli stendlə çıxış edir #Dubayda Made in Azerbaijan qida məhsulları nümayiş olunur #Azərbaycan şirkətləri Gulfood 2026 beynəlxalq sərgisində #AZPROMO Azərbaycan məhsullarını Dubayda təqdim edir #Azərbaycan qida sənayesi Gulfood 2026da təmsil olunur #Gulfood 2026: Azərbaycan ixrac imkanlarını genişləndirir #Azerbaycan Gulfood 2026 fuarında yer alıyor #Made in Azerbaijan ürünleri Dubai’de sergileniyor #Azerbaycan gıda sektörü Gulfood 2026’da #AZPROMO Dubai’de Azerbaycan ürünlerini tanıtıyor #Gulfood 2026’da Azerbaycan standı #Azerbaycan firmaları uluslararası gıda fuarında
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Postmüharibə dövründə 29 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı məşğulluq tədbirlərinə cəlb edilib

    28 Yanvar 2026 13:38

    Ombudsmana yeni səlahiyyət veriləcək

    28 Yanvar 2026 12:36

    Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur

    28 Yanvar 2026 12:22

    Mədəniləşin ey möminlər

    28 Yanvar 2026 12:00

    Bakıda bir il ərzində 2 mindən çox yol-nəqliyyat hadisəsi qeydə alınıb

    28 Yanvar 2026 09:53

    Bakı Metropoliteninin nümayəndə heyəti Çində strateji görüşlər keçirib

    27 Yanvar 2026 23:02

    Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin yekunlarını və 2026-cı ilin hədəflərini açıqlayıb

    27 Yanvar 2026 20:46

    Azərbaycan əl işi sənayeləri üzrə I Beynəlxalq Forumda təmsil olunub

    27 Yanvar 2026 20:10

    2025-ci ildə 2813 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

    27 Yanvar 2026 17:30

    Energetika naziri Qubada vətəndaşları qəbul edəcək

    27 Yanvar 2026 17:18

    Süni intellekt ixtisaslarına tələbat artacaq - Dövlət Məşğulluq Agentliyi

    27 Yanvar 2026 17:07

    İllər dəyişir, insanlar dəyişir - dostluq qalır

    27 Yanvar 2026 15:32
    Demo
    XƏBƏR LENTİ

    Postmüharibə dövründə 29 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı məşğulluq tədbirlərinə cəlb edilib

    ARDNF-nin 2025-ci il üzrə gəlir və xərcləri açıqlanıb

    ABŞ-ın Venesuela əməliyyatında istifadə etdiyi gizli silahın detalları açıqlanıb

    Keçən il Türkiyədən İrana mebel ixracı 283 milyon dolları keçib (ÖZƏL)

    Qəzzada Fələstin dövlətinin yaradılmasına icazə verilməyəcək - Netanyahu

    Ombudsmana yeni səlahiyyət veriləcək

    Vyetnamdan Rusiyaya uçan təyyarə məcburi eniş edib

    Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur

    Qırmızı bülletenlə axtarılan şəxslər Türkiyəyə gətirildi

    Mədəniləşin ey möminlər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.