BAKI, Azervoice, Nərmin Ağayeva
Dünyanın müxtəlif yerlərindən humanitar yardım daşıyan gəmilər “Qlobal Qətiyyətli Donanma” adı ilə Qəzzaya doğru hərəkətə hazırlaşır.
Azervoice xəbər verir ki,təşkilat İsrailin blokadasını yarmaq məqsədilə 2007-ci ildən bəri ən böyük mülki dəniz ekspedisiyasını elan edib.
Tunisdə keçirilən mətbuat konfransında bildirilib ki, donanmanın birinci missiyası avqustun 31-də İspaniyadan, ikinci isə sentyabrın 4-də Tunisdən yola düşəcək. Missiyaya 44 ölkədən nümayəndələr qoşulur.
Donanma Mərakeş Qətiyyətli Donanması, Qəzzaya Doğru Qlobal Hərəkat, Şərqi Asiya Təşəbbüsü və Azadlıq Donanmasının birgə təşəbbüsü ilə təşkil olunub. Məqsəd Qəzzaya humanitar yardım çatdırmaq və bölgəyə tətbiq edilən embarqonu beynəlxalq müstəvidə gündəmə gətirməkdir.
Qeyd edək ki, Qlobal Qətiyyətli Donanmanın bu ekspedisiyası 2007-ci ildə blokada başladıqdan sonra həyata keçirilən ən genişmiqyaslı mülki təşəbbüsdür.