Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    HƏMAS Qəzzadakı münaqişənin həlli üzrə danışıqlar aparmağa hazırdır

    4 Avqust 2025 19:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov – HƏMAS Qəzza zolağındakı münaqişənin hərtərəfli həlli və anklavda saxlanılan bütün israilli girovların azad edilməsi məqsədilə danışıqlar aparmağa hazırdır.

    AzerVoice xəbər verir ki, bu barədə "The National" qəzeti mənbələrə istinadən məlumat yayıb.

    Məlumata görə, ABŞ sözügedən sənəd layihəsini İsrail, həmçinin Misir və Qətərdən olan vasitəçilərlə müzakirə edir.

    Qeyd edək ki, iyulun 27-də HƏMAS lideri Xəlil əl-Həyyə, Qəzzanın blokadası davam etdiyi müddətcə İsraillə danışıqların mənasız olduğunu bəyan edib. Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Qətərin paytaxtı Dohada keçirilən danışıqlarda iştirak edən İsrail nümayəndə heyətinin geri çağırılması barədə göstəriş verib. Bu qərar HƏMAS-ın atəşkəslə bağlı təklifə verdiyi cavabdan sonra qəbul edilib.

    Stiven Uitkoff isə "X" sosial şəbəkəsində yazıb ki, Vaşinqton da öz nümayəndələrini Dohadan geri çağırıb. O bildirib ki, HƏMAS-ın son cavabı Qəzzada atəşkəsə razı olmadığını açıq şəkildə ortaya qoyur.

    Yanvar ayında əldə edilmiş atəşkəsə baxmayaraq, mart ayında İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edib. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə keçirilən bir neçə danışıqlar raundunda tərəflər yeni razılaşma şərtləri üzərində razılaşa bilməyiblər.

    #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #ABŞ #Misir #Qətər #HƏMAS #Doha #atəşkəs #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Girov mübadiləsi danışıqları #Girov mübadiləsi #Stiven Uitkoff
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    Türkiyənin Misir bazarına mebel satışı azalıb (ÖZƏL)

    11 Fevral 2026 09:00

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51
    XƏBƏR LENTİ

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    ABŞ Cənub Komandanlığı Karib dənizində əməliyyat keçirdi

    Bu il “Məşğulluğa Dəstək Layihəsi”nin daha 250 benefisiarına biznesini genişləndirmək üçün əlavə dəstək veriləcək

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

    Ankarada cinayətkar qruplaşmaya qarşı əməliyyat: 23 nəfər həbs olunub

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    ABŞ aralıq seçkilərə hazırlaşır

    "Müqavimət Oxu"nun süqutu: Vaşinqton niyə İranın zəiflədiyini düşünür?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.