BAKI, AzerVoice, Orxan Qədirzadə
Suriya hökuməti ordu ilə YPG/SDQ silahlı qruplaşması arasında baş vermiş toqquşmalardan sonra üç şəhərdə tətbiq olunan fövqəladə vəziyyətin başa çatdığını açıqlayıb.
AzerVoice xəbər verir ki, Suriya Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, Hələb, Deyr əz-Zor və Rakka şəhərlərində elan edilmiş fövqəladə vəziyyət rejimi ləğv olunub. Bildirilib ki, Suriya ordusunun həyata keçirdiyi əməliyyatlardan sonra təhlükəsizlik vəziyyəti stabilləşib və şəhərlərdə həyat tədricən normallaşır.
Rəsmi açıqlamada qeyd olunub ki, fövqəladə vəziyyət rejimi sözügedən bölgələrdə təhlükəsizlik riskləri ilə əlaqədar tətbiq edilmişdi. Hazırda isə dövlət qurumları ictimai xidmətlərin bərpası və normal həyatın təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.