Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Nəsiminin məzarı Azərbaycan və Türkmən mədəniyyətinin ortaq irsidir - Muxtar Fatih Beydili

    29 Avqust 2025 14:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Nəsiminin Hələbdəki məzarı Türkmən kimliyinin simvoludur.

    Bu barədə AzerVoice-a özəl açıqlamasında Suriya–Azərbaycan Dostluq Dərnəyinin sədri, Dr. Muxtar Fatih Beydili məlumat verib.

    O Nəsiminin Hələbdəki məzarının təkcə bir şəxsin qəbri olmadığını, həm də ortaq Türk-İslam mədəniyyətinin və türkmən kimliyinin canlı bir simvolu olduğunu vurğulayıb.

    “Harada bir məzar daşımız varsa, orası bizim torpağımızdır. Nəsiminin Hələbdəki məzarı bizə miras və əmanət kimi qalıb. Oradakı insanlar da bu əmanətə sahib çıxır və hər zaman da çıxacaqlar.” - deyə Muxtar Fatih Beydili qeyd edib.

    Beydili qeyd edir ki, Nəsimi yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Türk-İslam dünyasının ortaq dəyərlərindən biridir və onun məzarı Suriyadakı türkmənlər üçün kimlik və mənsubiyyətin konkret bir təcəssümüdür.

    Dr. Beydili tarix anlayışının yalnız yazılı mətnlərlə məhdudlaşmadığını, mədəni yaddaşın məzar daşları, abidələr və müqəddəs məkanlar kimi simvollarda da yaşadığını söyləyir. “Nəsiminin Hələbdəki məzarı türkmənlərin köklərinin və bu torpaqlardakı mövcudluğunun canlı şahididir. Onun dərisinin soyularaq şəhid edilməsi isə türkmən xalqının tarix boyu zülmlərə qarşı göstərdiyi dirənişin simvoludur.”

    O əlavə edir ki, bu məzar təkcə Suriya türkmənləri üçün deyil, ümumilikdə Suriyanın mədəni və tarixi quruluşunun əhəmiyyətli bir hissəsidir. Azərbaycanda Nəsimiyə göstərilən böyük maraq və onun Bakıya gətirilməsi mədəni sahiblənmə kimi görünə bilər, lakin bunun eyni zamanda Suriya türkmənlərinin tarixi dəyərdən məhrum edilməsi ilə nəticələnə biləcəyini də qeyd edir.

    “Onun məzarı olduğu yerdə bərpa olunmalı və Azərbaycanın üçrəngli bayrağı orada dalğalanmalıdır,” – deyə Fatih Beydili vurğulayır.

    Nəsiminin həm Azərbaycana, həm də türkmənlərə aid olduğunu qeyd edən Beydili əlavə edir ki, “Necə ki, İraq torpaqlarında doğulan Füzuli Azərbaycan şairidirsə, eyni şəkildə Bağdadda doğulmuş olsa da Nəsimi də həm Azərbaycana, həm də türkmənlərə aiddir. İraq və Suriyadakı türkmənlər də Azərbaycan türkləri kimi Oğuz tayfasına mənsubdur.”

    #Suriya #Türk dünyası #Muxtar Fatih Beydili #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya siyasi həll #Suriya-Azərbaycan münasibətləri #Mədəniyyət və irs #Hələb #Suriya Türkmənləri #Suriya-Türkiyə-Azərbaycan üçtərəfli əlaqələr #Hələb və mədəni irs #Suriya Azərbaycan münasibətləri #Türkmən kimliyi #Nəsimi #Nəsiminin məzarı #Məzarın bərpası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    PKK-nın Suriya qolu SDQ hərbi və diplomatik olaraq çökmə mərhələsindədir - Ankara

    22 Yanvar 2026 12:17

    Şəraa, Sudani və Bərzani ilə görüşdü

    21 Yanvar 2026 16:33

    Suriya Prezidenti Əhməd Əş-Şəraa Davos səfərini ləğv edib

    21 Yanvar 2026 15:42

    ​Suriya erməniləri YPG terror təşkilatına açıq şəkildə dəstək verdilər

    21 Yanvar 2026 10:55

    Ərdoğan Trampla Suriyanın gələcəyini və Qəzza sülhünü müzakirə edib

    21 Yanvar 2026 09:18

    Süni böhran: Suriyada kürd separatizminin xarici faktorları və tarixi reallıq

    21 Yanvar 2026 09:00

    Suriya ordusu və YPG arasındakı inteqrasiya sazişindən sonra başlayan hərbi gərginlik səngidi

    20 Yanvar 2026 13:52

    Hakan Fidan və Tom Barrak Türkiyə–ABŞ münasibətləri və Suriya məsələsini müzakirə ediblər

    20 Yanvar 2026 13:14

    Dəməşqin təhlükəsizliyi Ankaranın təhlükəsizliyidir - Bahçeli

    20 Yanvar 2026 12:42

    Səudiyyə Ərəbistanı Dəməşq ilə SDQ arasındakı razılaşmanı alqışlayıb

    19 Yanvar 2026 10:15

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    18 Yanvar 2026 22:00
    Demo
    XƏBƏR LENTİ

    Keçən il Türkiyədən Çinə xalça ixracı 13 milyon dolları keçib (ÖZƏL)

    Banqladeşdə 128 milyon seçici fevral ayında yeni rəhbərliyi müəyyən edəcək

    Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurası Prezident İlham Əliyevə müraciət ünvanlayıb

    Türkiyə Qəzzaya indiyədək 20 min tondan çox humanitar yardım çatdırıb

    Bakıda IV Vergi Mühasibatlıq Zirvəsi keçiriləcək

    Mədəniyyət naziri Ağsu rayonunda vətəndaşları qəbul edib

    Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları müzakirə edilib

    ASELSAN Konya müəssisələrində yeni nəsil SMASH sistemlərinin istehsalına başlanılıb

    Energetika naziri Masallıda vətəndaşları qəbul edib

    Svetoforun qırımızı işığında keçib svetoforu yararsız vəziyyətə saldı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.