Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Rusiya nəzarət etmədiyi əraziləri də tələb edir - Reuters

    23 Yanvar 2026 20:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Rusiya Ukrayna və ABŞ-la Abu-Dabidə keçirilən danışıqlarda nəzarətində olmayan ərazilər də daxil olmaqla Donbasın tamamilə ona verilməsində israr edir.

    AzerVoice xəbər verir ki, Reuters agentliyinin Kremlə yaxın mənbəyə istinadən yaydığı məlumata görə, Moskva danışıqlarda “Ankoric formulu” adlandırılan sxemi irəli sürür. Rusiya tərəfi iddia edir ki, bu yanaşma ötən ilin avqustunda ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş sammitdə razılaşdırılıb.

    Agentliyin məlumatına əsasən, Moskvanın təklif etdiyi plan Donbasın bütün ərazisinin Rusiyaya verilməsini, Ukraynanın şərq və cənub bölgələrində isə mövcud cəbhə xətlərinin dondurulmasını nəzərdə tutur. Kiyev isə daha əvvəl dəfələrlə bəyan edib ki, bu cür şərtlər Ukrayna üçün qəbuledilməzdir.

    Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Abu-Dabidə keçiriləcək üçtərəfli görüş ərəfəsində Ukrayna nümayəndə heyəti ilə məsləhətləşmələr aparılıb. Onun sözlərinə görə, komanda danışıqların çərçivəsini və gözlənilən nəticəni anlayır.

    Zelenski qeyd edib ki, dialoqun formatı görüş zamanı dəyişə bilər və qərarlar yerində qəbul olunacaq, çünki bu format uzun müddətdən sonra ilk dəfə tətbiq olunur. O, daha əvvəl bəyan etmişdi ki, Ukrayna, ABŞ və Rusiya arasında danışıqların əsas mövzusu ərazi məsələsi olacaq və müzakirələrin mərkəzində Donbasın taleyi dayanacaq.

    Kreml də təsdiqləyib ki, danışıqlarda əsas məsələ ərazilərlə bağlıdır. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskvanın mövqeyi Ukrayna Silahlı Qüvvələrinin “Donbas ərazisini tərk etməsi” tələbindən ibarətdir.

    Vladimir Putinin köməkçisi Yuri Uşakov isə daha əvvəl qeyd edib ki, ərazi məsələsi üzrə diplomatik həll əldə olunmasa, Rusiya “qarşıya qoyulan məqsədlərə” hərbi yolla nail olmağa hazırdır.

    #Rusiya Donbasın tamamilə ona verilməsini tələb edir #Moskva nəzarət etmədiyi Donbas ərazilərini istəyir #Donbas danışıqlarında Rusiya tələblərini sərtləşdirir #Ərazi məsələsi Ukrayna–Rusiya danışıqlarının mərkəzində #Kreml Donbasdan Ukrayna qoşunlarının çıxmasını tələb edir #Abu-Dabidə danışıqlarda əsas mübahisə Donbasdır #Rusya Donbas’ın tamamını talep ediyor #Moskova kontrol etmediği bölgeleri istiyor #Donbas müzakerelerinde Rusya’dan sert talepler #Ukrayna–Rusya görüşmelerinde toprak krizi #Kremlin Donbas şartı masada #Abu Dabi’de Donbas pazarlığı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    18 Fevral 2026 14:32

    Sanae Takaici yenidən Yaponiya Baş naziri seçildi

    18 Fevral 2026 14:05

    Klinton Orbanı Trampın siyasi təsiri altında olmaqda ittiham etdi

    18 Fevral 2026 13:31

    İsrail ordusu Kuneytrada reydlər keçirib – Dəməşq 1974-cü il sazişinin pozulduğunu bildirir

    18 Fevral 2026 12:37

    İsrailli nazir Qərb Sahildə fələstinlilərin köçünü təşviq etməyə çağırıb

    18 Fevral 2026 11:19

    Mədinədə "Hicrət: Peyğəmbərin izi ilə" sərgisinin açılışı olub

    18 Fevral 2026 04:00

    Rusiyada rabitə prezidentin fərmanları əsasında kəsilə biləcək

    17 Fevral 2026 22:53

    Qəzza aclıq və bahalıq fonunda üçüncü Ramazana daxil olur

    17 Fevral 2026 22:13

    Kral Salman dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik edib

    17 Fevral 2026 21:26

    İran ABŞ arasında Cenevrədə kritik nüvə danışıqları baş tutub

    17 Fevral 2026 20:14

    Türkiyə Suriya məsələsində kompleks yanaşma nümayiş etdirmişdir - Kalın

    17 Fevral 2026 16:35

    Səkkiz ölkənin XİN rəhbəri İsrailin torpaq qərarını beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib

    17 Fevral 2026 16:29
    XƏBƏR LENTİ

    ABŞ-Belçika münasibətlərində yeni mübahisə

    Böyük şeytanın gözü İranın sərvətlərindədir... "Sülh qarşılığında neft"?

    Alim Nəbiyevdən ardıcıl üçüncü qələbə

    Se7en - Yeddi günahın qanlı izi

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.