Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ İran neftini daşıyan gəmilərə və şirkətlərə sanksiyalar tətbiq edib

    23 Yanvar 2026 21:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ administrasiyası İranda etiraz aksiyaları zamanı nümayişçilərin öldürülməsini əsas gətirərək Tehranla əlaqəli bir sıra gəmiləri və şirkətləri sanksiya siyahısına daxil etdiyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, ABŞ Dövlət Departamentinin yazılı bəyanatında bildirilib ki, bu addım İran hakimiyyətinin etirazçılara qarşı təzyiq mexanizmlərini maliyyələşdirmək üçün istifadə etdiyi maliyyə axınlarının kəsilməsi məqsədi daşıyır. Açıqlamaya əsasən, Hindistan, Oman və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla müxtəlif ölkələrdə yerləşən 9 gəmi və onlarla əlaqəli 8 şirkət yüz milyonlarla dollar dəyərində İran nefti və neft məhsullarının xarici bazarlara daşınmasında iştirak edib.

    Qeyd olunub ki, sözügedən gəmilər və şirkətlər sanksiya siyahısına salınmaqla İran rəhbərliyinə təzyiq artırılır. ABŞ Maliyyə Nazirliyi də ayrıca bəyanat yayaraq, yeni sanksiyaların əsas səbəbi kimi Tehran hakimiyyətinin dinc etirazçılara qarşı zorakılığı və bu prosesi gizlətmək üçün internetin kəsilməsini göstərib.

    Bu qərar ABŞ Prezidenti Donald Trampın son açıqlamaları fonunda verilib. Tramp daha əvvəl bildirmişdi ki, ABŞ donanmasının bir hissəsi region istiqamətində hərəkət edir. O, “Hər ehtimala qarşı həmin istiqamətə gedən çox sayda gəmimiz var, böyük bir donanmamız mövcuddur. Hadisələri yaxından izləyirik” deyə vurğulamışdı.

    ABŞ rəsmiləri qeyd edirlər ki, Vaşinqton İranda insan haqlarının pozulması ilə bağlı mövqeyini sərtləşdirəcək və Tehran üzərində siyasi-iqtisadi təzyiqləri davam etdirəcək.

    #ABŞ İrana qarşı yeni neft sanksiyaları tətbiq etdi #Vaşinqton İranla əlaqəli gəmiləri sanksiya siyahısına saldı #ABŞ etirazçılara görə Tehrana təzyiqi artırır #İran neftini daşıyan gəmilər ABŞ-ın hədəfində #Trampın açıqlamasından sonra İrana yeni sanksiyalar #ABŞ İranda etirazların yatırılmasına görə addım atdı #ABD’den İran’a yeni petrol yaptırımları #Washington İran bağlantılı gemileri hedef aldı #ABD protestolar gerekçesiyle İran’a baskıyı artırdı #İran petrolü taşıyan gemilere yaptırım kararı #Trump’ın açıklamasının ardından İran’a yeni adım #ABD’den Tahran yönetimine sert yaptırım
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    14 Fevral 2026 21:31

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    14 Fevral 2026 21:13

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Almaniya kansleri Avropanın "nüvə qalxanı"nın yaradılmasını təklif edir

    13 Fevral 2026 22:08

    Dünyanın ən böyük aviadaşıyıcısı Yaxın Şərqə göndərilir

    13 Fevral 2026 20:45

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Səudiyyə Ərəbistanı və Pakistan strateji müdafiə tərəfdaşlığını gücləndirir

    13 Fevral 2026 09:53

    Səudiyyə Ərəbistanında kadr islahatı: Kral Salmandan şok təyinatlar - Kəşfiyyat rəhbəri də dəyişdi

    13 Fevral 2026 07:29

    İranla bir ay ərzində razılıq əldə oluna bilər – Tramp

    13 Fevral 2026 07:22
    XƏBƏR LENTİ

    YouTube 21 illik yubileyini 2,7 milyard aktiv istifadəçi ilə qeyd edib

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.