Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Suriya dəyişir, Livan isə İran və Hizbullah ağuşundan çıxa bilmir

    26 May 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    7 oktyabr hadisələrindən sonra bölgədə baş verən sürətli dəyişikliklər və dərin siyasi təlatümlər, ərəb cəmiyyətlərindəki parçalanmanı daha da aydın göstərdi. Bir tərəfdə, parlaq şüarlar altında dağıdıcı xəyallar quranlar, digər tərəfdə isə dövlətinin imkanlarını və gerçəklərini dərk edən, hüquqlardan vaz keçmədən xalqını məhvə sürükləməyən rasional yanaşmanı seçənlər var.

    Bu yeni mərhələdə Suriya əsaslı dönüş nöqtəsi yaşadı. Bəşşar Əsəd rejiminin süqutu və İran layihəsinin bölgədəki iflası, Livanın sabiq baş naziri Fuad Sinyoranın sözləri ilə desək, "Berlin divarının yıxılması"na bənzər bir geosiyasi dəyişiklikdir.

    Cəmi altı ay ərzində yeni Suriya qurulmağa başladı. ABŞ və Avropa İttifaqı Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etdi və Dəməşq Ərəb dünyasındakı "mötədil qüvvələr ittifaqı"nın mərkəzinə çevrildi. Prezident Əhməd Şəraa tərəfindən səsləndirilən konstruktiv və barışa çağıran ritorika, bütün bölgədə və beynəlxalq aləmdə müsbət qarşılandı. Suriyanın hərtərəfli inşasında Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və İordaniyanın verdiyi dəstək, bu yeni mərhələnin uğurla başlamasına şərait yaratdı.

    Lakin bu böyük dəyişikliklərin fonunda, Suriyanın ən yaxın qonşusu olan Livanın hələ də nə qərara gəldiyi və ya qərar versə belə, onu həyata keçirmək iradəsi ortaya qoyub-qoymadığı qaranlıq qalır.

    Livan qərar verməyə məcburdur – zaman daralır

    İsrailin Livana son hərbi hücumu Hizbullahın hərbi və komanda strukturlarına böyük zərbə vurdu. Hərəkatın silahlı qanadı sünii nəfəs aparatına bağlı vəziyyətindədir. Qeyri-müəyyənlik isə davam edir. Artıq “Hizbullah silahı daxili məsələdir” kimi bəhanələr qəbul edilmir. Çünki bu silah həm Suriyada, həm Yəməndə, həm də İraqda günahsız insanların qanına bulaşıb, Səudiyyə Ərəbistanında terror əməliyyatlarını dəstəkləyib.

    Suriya-Livan münasibətlərində köhnə ritorika davam edir

    Suriya ilə münasibətlərdə bəzi livanlı siyasi aktorlar bu yeni dövrü dərk etməyib. Livan mediasında və bəzi siyasi dairələrdə "yeni Suriya"ya qarşı hələ də təhrik və qaralama kampaniyaları davam edir. İki ölkə arasında həll olunmamış çoxsaylı məsələlər var, lakin Livan tərəfi hələ də son 14 ilin reallıqlarını nəzərə almadan köhnə ritorikanı davam etdirir.

    Livan haqlı olaraq Bəşşar rejiminin Beyrutda törətdiyi cinayətlərə görə cavabdehlik tələb edir. Bu, hüquqi və mənəvi baxımdan zəruridir. Ancaq eyni prinsiplərlə, Suriyada günahsız insanlara qarşı zorakılıq törətmiş və hazırda Livan parlamentində təmsil olunan qrupların da məsuliyyətə cəlb olunmasını istəyir.

    Qarşılıqlı məsuliyyət və real addımlar

    Livan Suriyada saxlanılan itkin vətəndaşlarının aqibətinin müəyyənləşdirilməsini tələb edir – bu da tam haqlıdır. Amma digər tərəfdən, Suriyada inqilabla bağlı tutulan və hazırda Livan həbsxanalarında olan onlarla insanın taleyi illərlə çözülməmiş qalır. Sabir baş nazir Miqatinin Dəməşqə etdiyi səfərdən sonra bu şəxslərin azad olunması ilə bağlı razılıq əldə olunsa da, icra hələ də gecikir.
    Suriyalıların Livan banklarında dondurulmuş əmanətləri, sərhədin müəyyənləşdirilməsi məsələsi, Livandan Suriyaya yönəlik təhrikedici ritorika və digər çətinliklər hələ də həllini tapmayıb.

    Suriyadakı dəyişiklikləri qəbul etməkdən başqa yol yoxdur

    Suriya artıq regionda və beynəlxalq səviyyədə yeni bir mərhələyə qədəm qoyub. Dəməşq bu gün bölgənin mərkəzlərindən birinə çevrilir və onun rolu artmaqdadır. Coğrafiya dəyişmir, amma siyasət dəyişir. Bu dəyişiklikdən kənarda qalmaq Livan üçün riskli ola bilər.

    Artıq bəhanələrin və ideoloji don geyindirilmiş mövqelərin dövrü başa çatır. “Hizbullah” silahına dini və məzhəbi əsaslarla bəraət qazandırmaq sadəcə ölkəni dalana aparır. Qərar vermək və bu yeni mərhələyə uyğunlaşmaq zamanıdır.

    #Livan #Hizbullah #Livan xəbərləri #İran təyyarəsinin Livana uçuşu qadağan edildi #Hizbullah tərəfdarlarının etirazı #İran və Hizbullah əlaqələri #Livan parlamenti #Livanın cənubu #İsrail-Livan sərhədi #Livan siyasəti 2025 #Livanda hökumət dəyişikliyi #Livan iqtisadiyyatı və islahatlar #Hizbullah və Livan siyasəti #İsrail Livan münasibətləri #Taif Konstitusiyası və Livan #Livanda silahlı qruplar və dövlət #Livanda prezident seçkiləri #Livanda regional siyasət #Livan siyasəti #Livan Baş naziri #Livan siyasi sui-qəsdləri #Hizbullah və Livan münaqişəsi #Livan vətəndaş müharibəsi #Suriya rejiminin Livandakı rolu #Suriya rejimi və Livan siyasəti #Hizbullah və İsrail döyüşləri #Livan və Suriya sərhədində qarşıdurmalar #Suriya Gələcəyinə Dəstək konfransı və Livan nümayəndələri #Livan-Suriya sərhədində qaçqın böhranı #Suriya tərəfdən Livana açılan atəşlər və mülki itkilər #Livan-Suriya münasibətlərində yeni mərhələ #İran və Hizbullah dəstəyi #İran Hizbullah əməkdaşlığı #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Suriya-Livan sərhədi #Hizbullah Briqadaları İraq #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması #Naim Qasim və Hizbullah #Suriya İsrail Livan geosiyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Livana qarşı genişmiqyaslı hücuma hazırlaşır - Lİvan XİN

    13 Dekabr 2025 09:38

    İsrail Livana hava hücumları təşkil edib

    12 Dekabr 2025 13:08

    Livan və İsrail arasında atəşkəs müzakirələri yenidən aktivləşdi

    12 Dekabr 2025 12:49

    Livan XİN rəhbəri Tehran dəvətini geri çevirdi

    11 Dekabr 2025 11:49

    ABŞ Livana 90,5 milyon dollarlıq hərbi texnika satışını təsdiqləyib

    6 Dekabr 2025 09:25

    Livanın cənubuna hava zərbələri- BMT-dən İsrailə xəbərdarlıq

    5 Dekabr 2025 14:48

    İran İsrailin Suriyaya hücumlarını pisləyib

    29 Noyabr 2025 13:45

    Tək tərəfli addımlar bölgədə barışı yox, gərginliyi artırır - Şimali Kipr

    28 Noyabr 2025 16:10

    Atəşkəsdən sonra İsrail hücumlarında 335 nəfər həlak olub - Livan

    28 Noyabr 2025 13:45

    Kipr türklərinin hüquq və maraqlarını qorumağa davam edəcəyik - Türkiyə XİN

    27 Noyabr 2025 11:28

    Tramp və Sisi, Hizbullahın silahsızlaşdırılması üçün Livana təzyiqi artırır

    27 Noyabr 2025 09:00

    Livan və Cənubi Kipr arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi üzrə anlaşma imzalanıb

    26 Noyabr 2025 17:31
    Demo
    XƏBƏR LENTİ

    İordan çayının qərb sahilində zeytun ağacları kütləvi məhv edilir

    14 dekabr 1939: Finlandiya müharibəsi SSRİ-ni Liqadan kənarlaşdırdı

    Bu gün ABŞ-ın ilk prezidenti Corc Vaşinqton vəfat edib

    Tarixdə bu gün – 14 Dekabr

    Böyük Britaniya sahillərinə miqrant axını yenidən başlayıb

    Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

    Suriyada üç amerikalı həlak olub - ABŞ Mərkəzi Komandanlığı

    İsrail Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəf alıb

    Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib

    ABŞ İrana gedən gəmidə əməliyyat keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.